Məhkəmə qərarları › İş №2(102)-2866/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2866/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2866/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, ***** nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx.xx.2019-cu il tarixli, ***** nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, ******** nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, ****** saylı qətnaməsinin İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat pulu n cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Səfərov Orxan Vahid oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İş materiallarından aydın görünür ki, Cavabdeh5 birini instansiya prosesi zamanı məhkəmə iclasında iştirak etmiş və iddia tələbini qəbul etmişdir. İddia tələbinin qəbulu ilə yanaşı iddianın təmin edilməsini xahiş etmişdir. Bu hissədə aydın görünür ki, cavabdeh borcun olmasını qəbul edir və təsdiq edir. Digər cavabdehlərin borc t ələbini qəbul etməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Tərəflərin təqdim etdikləri sübutların tam qiymətləndirilməməsi yekun məhkəmə aktının ziddiyyətliyinə və ədalətli məhkəmə baxışının təmin edilməməsinə gətirib çıxarmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ******** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Səfərov Orxan Vahid oğlu, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bi lməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etm əsi məhkəmə iclasının protokoluna yazılır və protokolu cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticələri aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddia nın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Apelyasiya instansiya məhkəməsi Cavabdeh5 iddianı özünəməxsus şəkildə etiraf etməsi ilə bağlı qeyd etmişdir ki, əvvəla, qeyd olunduğu kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdə olan məhkəmə aktları da hazırkı iddianın əsassızlığına dəlalət edən sübut kimi qiymətləndirilir. İkincisi, Cavabdeh5 iddianı bilərəkdən etiraf edir. Lakin onun iddia tələbini bu formada etiraf etməsi heç də iddianın əsaslı olduğuna dəlalət edə bilməz. Çünki, cavabdehin iddianı etiraf etməsi qanunun tələblərinə uyğun olmalı və hər hansı bir şəxsin, o cümlədən hazırkı iş üz rə cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Lakin Cavabdeh5 iddianı etiraf etməsinin qanuna zidd olması və cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materiallarından açıq-aşkar görünür. Üçüncüsü, apelyasiya baxışı zamanı da iddia tələbinin əsassız olması, iddiaçının hazırkı iddianı irəli sürməklə, Cavabdeh5 isə iddianı etiraf etməklə hüquqlarından pis niyyətlə sui-istifadə etmələri öz təsdiqini tapır. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddiaçının və Cavabdeh5 hüquqdan sui-istifadə edərək, digər cavabdehlərə ziyan vurmaq məqsədi ilə bu iddianı irəli sürməsi və iddianı etiraf etməsi təqdim olunan sənədlərlə, o cümlədən işdə olan məhkəmə aktları ilə təsdiq olunur. Belə ki, həmi n qətnamələrdən görünür ki, Cavabdeh5 hazırkı iş üzrə cavabdehlərdən ikisi olan Cavabdeh1 və Cavabdeh3 qarşı mərhum həyat yoldaşı X2 ilə birlikdə, birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evlərinə görə çəkilmiş tikinti xərcinin ½ hissəsini tələb etmiş, lakin iddiaları rədd olunmuş, eyni zamanda iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - miras qoyan X1 ona olan əsas borcu 84360 manat və həmin məbləğdən əsassız faydalanmağa görə bank uçot dərəcəsi illik 15% müəyyən olunmaqla 4 ilə hesablanmış faiz borcu 50516 manat, cəmi 134876 manatın vərəsələrdən alınaraq ona ödənilməsi tələbi rədd edilmiş, hər iki qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhz bu iddialardan sonra əvvəlcədən düşünülmüş şəkildə planlaşdırılan hazırkı iddia ortaya çıxmış və Cavabdeh5 bu iddianı da etiraf etməsinə baxmayaraq haqlı olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Əslində hazırkı iddia təmin edilərdisə bu cavabdehlərin mənafeyinə açıq-aşkar zidd olardı. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd olması məhz bu halla bağlıdır. Dördüncüsü, apelyasiya baxışı zamanı da müəyyən olunur ki, iddiaçının gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmamaqla işin hallarına da uyğun deyildir. Apelyasiya baxışı zamanı nə iddiaçının özü, nədə Cavabdeh5 məhkəmə iclasına gələrək apelyasiya şikayətində göstərilən dəlilləri təsdiq edəcək hər hansı bir mötəbər dəlil irəli sürmədilər. Ona görə də, ədalət mühakiməsini həyata keçirən məhkəmə həqiqətə nail olunmasını təmin edərək hə m işdə iştirak edən, həm də iştirak etməyən şəxslərin hüquqlarının və qanuni mənafeyinin qorunmasını təmin etməlidir. Bu həm də məhkəmənin dövlət və cəmiyyət qarşısında pozitiv öhdəliyinin icrası ilə bağlı olan bir məsələdir. Beşincisi, qeyd olunduğu kimi iddia tələbində və apelyasiya şikayətində göstərilən dəlillər hazırkı iddianın hüquqdan sui-istifadə edilməklə, məhz digər cavabdehlərə ziyan vurmaq məqsədilə iddiaçının və Cavabdeh5 birgə mövqedən çıxış edərək irəli süruldüyünü açıq-aşkar təsdiq edir. Belə ki, onların bilərəkdən bu vasitədən istifadə edərək digər cavabdehlərdən pul əldə edilməsinə nail olmaları əlbəttə ki, onları məmnun etməyə bilməz. Əks halda, heç olmasa bu qətnamədən Cavabdeh5 da apelyasiya şikayəti verməli idi. Lakin bu cür qətnamənin onu da “qane” etməsi, onların va hid niyyətlə, bilərəkdən, məhz digər cavabdehlərə hüquqdan sui-istifadə edərək ziyan vurmaq, daha doğrusu onlardan pul əldə etmək məqsədilə düşünülmüş şəkildə edilməsinin bariz nümunəsidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində Cavabdeh5 iddianı etiraf etməsinə və məhkəmənin bu halı nəzərə almamasına istinad etsə də, apelyasiya kollegiyası qeyd edilən cavabdehin iddianı etiraf etməsi üzrə hüquqi mövqeyini düzgün əsaslandırmış, həmin etirafın qəbul edilməməsi ilə bağlı hansı prosessual pozuntuya yol verməmişdir. Tərəflərin təqdim etdikləri sübutların apelyasiya kollegiyası tərəfindən tam qiymətləndirilməsi barədə iddiaçının dəlilinə gəldikdə isə, iş mat eriallarından da görünür ki, apelyasiya kollegiyası iş materiallarında olan sübutları bir-bir vurğulamış və həmin sübutlara münasibətdə mövqeyini əsaslandırmışdır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, ***** nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar