Məhkəmə qərarları › İş №2(102)-2869/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2869/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2869/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mücərrəd müqavilə, öhdəliyin icra olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 “M.İ.SOUTHTRANS" MMC-nin təsiçisi və rəhbəri kimi İddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, Cavabdeh1 İddiaçı 33548 ABŞ dolları və 9000 manat borc öhdəliyi yarandığını bildirmiş, göstərilən borcu xx.xx.2020-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. 2. "Daf Yük" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 3. "DAF 95XF430 yük" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin sahibliyindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 30698 ABŞ dolları və 7000 manatın, habelə ödənilmiş 274 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 2013-cü ildə şirkət təsis etmək üçün 23000 manat maddi yatırım etmək müqabilində şəriklik təklif etmişdir. 2013cü ilin iyun ayında anası X1 adına olan ünvan 1 ünvandakı evini və Cavabdeh1 aid olan ünvan 2nzil 15-də yerləşən evi "xxxx" ASC-yə girov qoyaraq 70.000 ABŞ dolları götürmüş, X2 adına olan yəhərli dartıcı DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adına etibarnamə ilə almışlar. Aralarında olan razılığa əsasən Cavabdeh1 təsis edəcəyi şirkətə gələcək gəlirlər aralarında bölünməli, eləcə də kredit bitdikdən sonra avtomobildən gələn gəlir də aralarında bölünməli idi. Cavabdeh1 ona bildirmişdir ki, bu iş üzrə təcrübəsi olduğundan və bu sahədə çalışdığından bütün idarəçilik və qərar vermə məsələləri ona aid olmalıdır. Şirkət işlədiyi ilk dövrlərdə hesabat istəyərkən ona kredit ödəyəcəyini bildirmiş, sonra da devolvasiya olduğundan ona bir az zaman verməsini xahiş etmişdir. 2018-ci ilin son aylarında gəlir və zərərin hesabatlarının hamısının ortaya qoyulmasını tələb etmişdir. 5 il ərzində şirkətin bayrağı altında gedən yük avtomobillərinə ödənişli beynəlxalq yükdaşıma sənədlərinə (TİR Cornet, CMR, icazə sənədi) minlərlə manat pul verilmişdir, lakin ortada heç bir hesabat yoxdur. 2019-cu ildə Olham Mirzəyev yalanları ilə bu işi ört-basdır edə bilməyəcəyini anlamışdır və verdiyi guya ki, səhv qərarlar və səhv idarəçilik nəticəsində qazanc olmadığını bildirərək ayrılmağı təklif etmişdir. Beləcə ayrılmaq qərarına gəlmişlər. Bunun müqabilində yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi və təsis edilmiş "xxxx" şirkəti cavabdehdə qalmaq şərti ilə ona 23000 manat, bankdakı girov müqabilində alınan yuxarıda qeyd etdiyi avtomobilə görə 25000 ABŞ dollarını verəcəyini şirkəti və özü üzərinə öhdəlik götürmüşdür. Borcunun ABŞ dolları ilə olan hissəsini 10000 ABŞ dolları 2019-cu ilin iyun ayına kimi, qalan məbləği isə hər ay 1000 ABŞ dolları olmaqla 15 ay müddətinə qaytaracağını bildirmişdir. Lakin cavabdeh dəfələrlə etdiyi zənglərə və görüşlərə baxmayaraq 2019-cu ilin may ayına kimi heç bir ödəniş etmədiyi üçün adına olan “Chevrolet Orlando” markalı 99BL216 dövlət qeydiyyat nişanlı avtomobili 16000 manatın əvəzi kimi dəyərləndirərək xx.xx.2019-cu il tarixdə ona satmışdır. Beləliklə də, aralarındakı 23.000 manatlıq borcu 9000 manata endirmişlər. 2019-cu ilin iyun ayına kimi yuxarıda qeyd etdiyi ABŞ dolları ilə olan borcdan cavabdeh ödəniş etmədiyindən özünə məxsus "xxxx" ilə “AVT Logistiks” şirkətinin daxili yük daşımasında iştirak etmək və əldə olunan gəlirdən həm qazanc, həm də ona olan borcunu ödəməyi təklif etmişdir. Cavabdeh onun bu təklifi ilə razılaşmış və bu işi oğlu Cavabdeh2 rəhbərliyi ilə başlamışlar. Bu iş təqribən 6 ay davam etmişdir. Daşınma başlayandan bir müddət sonra sürücülərə ödənilməli olan pullarda yubanma olmuş, Cavabdeh2 atasının verdiyi pulla işi tam apara bilmədiyini demişdir. Cavabdehlər ona bildirmişlər ki, bu işdə kapitala ehtiyac vardır. Ona görə də o, Cavabdeh2 hissə-hissə olmaqla 10500 ABŞ dolları vermişdir. İşləri ilə bağlı ölkədən 15 günlük gedib geri dönərkən artıq bu daşınmanın da dayandığını öyrənmişdir. Bunun hesabatını aparan dövrdə bu puldan 1952 ABŞ dolları ona qaytarılmışdır. Ümumilikdə xx.xx.2020-ci il tarixində cavabdehlərin ona 33548 ABŞ dolları və 9000 manat borc öhdəliyi yaranmışdır. Sonradan Cavabdeh1 yenidən öhdəlik götürərək pulu xx.xx.2020-ci il tarixədək ödəyəcəyini bildirib. Cavabdeh2 ona borclu olduğu 8548 ABŞ dollarından bu 2 il ərzində onun dəfələrlə danışıqlarından sonra yalnız 2850 ABŞ dolları ödəyib, 5700 ABŞ dolları borcu qalıb. Bir ildən artıqdır ki, bütün səylərinə baxmayaraq heç bir ödəniş ödəməyibdir. Cavabdehlər son dövrdə onun zənglərinə cavab vermir və görüşlərdən müxtəlif bəhanələrlə qaçırlar.

6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə heç bir ortaqlığı və hansısa bir işlə bağlı şərikliyi olmamışdır. İddiaçının atası ilə yaxın dostluq münasibəti olmuş və onu oradan tanımışdır. Hazırda iddiaçının mübahisələndirdiyi DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət nişanlı avtomobili alanda iddiaçı heç bir maddi vəsait ödəməmişdir. 2019-cu ildə iddiaçının “Veysəloğlu” şirkəti ilə əlaqəsi olduğundan razılıq vermişdir ki, həmin şirkətin yükdaşımalarını öz şirkəti tərəfindən həyata keçirsin. Ödənişlər isə daxili yükdaşıma olduğundan manatla aparılmalı idi. Bu zaman haqq-hesabın aparılmasını iddiaçıya tapşırmışdır və əldə olunmuş qazancdan iddiaçıya pay verilirdi. Həmin 10500 A BŞ dollarını isə o özü vermişdir. Şirkətə məxsus möhür də İddiaçı olmuşdur. “Veysəloğlu” şirkəti vaxtında pulu ödəmədiyindən o, məcbur qalaraq ağ kağıza imza etmişdir. Hazırda kağızda tərtib olunan mətni iddiaçı özü tərtib etmiş və möhür də iddiaçının özündə olduğundan möhür vurmuşdur. İddiaçı tərəfindən ona heç bir maddi vəsait verilməmiş və avtomobilə görə banka olan borcu da o, özü ödəmişdir.

7. Digər Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onunla yalnız forvard işi görmüşdür. Belə ki, iddiaçı ilə telefon və ya votsap vasitəsilə əlaqə saxlayaraq müntəzəm işləmiş, yüklər daşınmış, pul əvəzləşdirilmişdir. Bundan başqa onun iddiaçı ilə ortaqlığı olmamışdır və iddiaçı bu şirkətin qurulmasına heç bir pul vəsaiti verməmişdir.

8. Məhkəmənin qərardadı ilə iş üzrə məhkə mə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1484 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənəddə vərəqin aşağı sağ küncündə "xxxx" MMC-nin möhür əksi üzərindəki imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Həmin sənədin yuxarı sağ küncündəki “10 noyabr” sözləri Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Leya Talıbova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 25000 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesa bı ilə) və 7000 manat pulun tutulub İddiaçı ödənilməsi, Cavabdeh2 5200 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 274 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 110 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 tərəfindən imzalanan xx.xx.2020-ci il tarixli öhdəlik məktubunu məhkəməyə təqdim edərək cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu olmasını iddia etmişdir. Cavabdeh1 tərəfindən verilmiş öhdəlik məktubuna əsasən şirkətin təsis edilməsinə görə 2 3000 manat və bankda girov müqabilində alınan avtomobilə görə 25000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı borclu olması barədə öhdəlik götürmüşdür. Sonradan Cavabdeh1 özünə məxsus “Şhevrolet Orlando” markalı, ** BL *** markalı avtomobili qiymətləndirərək 16000 manata İddiaçı satmış və 23000 manat borc azalaraq 7000 manat təşkil etmişdir. Bundan əlavə Cavabdeh1 onun oğlu Cavabdeh2 tərəfindən 10500 ABŞ dolları aldığını və həmin vəsaitdən 1952 ABŞ dolları qaytardığını öhdəlik məktubunda etiraf etmişdir. İddiaçı isə Cavabdeh2 verdiyi 10500 ABŞ dollarından ona 1952 ABŞ dolları və 2850 ABŞ dolları qaytarıldığını bildirmişdir. Tərəflər arasında olan votsap yazışmasında isə 5700$-500$=5200$ dollar qalıq qalması barəsində yazışma mövcuddur.

11. Məhkəmə hesab edib ki, hazırkı halda borc müqa viləsinin yazılı formasına riayət olunmasa da, borcun etirafı barədə yazılı sənəd mövcuddur.

12. Hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdehin adından imzalanmış sənəd təqdim edərək cavabdehin ona borclu olmasını iddia edir və məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyinə əsasən mübahisəli sənəddə təqdim olunmuş imza Cavabdeh1 məxsusdur. Cavabdeh tərəf məhkəmə iclasında həmçinin həmin sənədə vurulmuş möhürün də ona məxsus olan "xxxx" MMCyə məxsus olduğunu etiraf etmiş və mübahisələndirməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 739.1, 739.2, 337.1, 1091.1, 1091.2, 1092.1, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçı tələbinin əsası kimi guya bu işdə şərik olmaları barədə razılaşmanın olmasını iddia etdiyi halda, heç bir sənəd təqdim etməmişdir. İddiaçının saxtakarlıq edərək təqdim etdiyi sənədin yuxarı sağ küncündəki tarixin onun (cavabdehin) tərəfindən yazılmadığı ekspert rəyi ilə aşkar edilib. İddiaçı guya həmin sənədin cavabdehin ofisində tərtib edildiyini qeyd etsə də, ünvanın harada olması ondan soruşulduqda, ilk öncə bu suala cavab vermək istəmədiyini, sonra isə yalan danışaraq həmin ünvanı unutduğunu bildirib. Məhkəmə iddianı təmin edərkən iddiaçının saxtakarlıqla tərtib etdiyi sənəddəki tarixin onun tərəfindən yazılmadığını n əzərə almamışdır. Halbuki, iddiaçı sənədin cavabdehin ofisində tərtib edildiyini və tarixin də cavabdeh tərəfindən yazıldığını bildirmişdir.

16. Digər Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

17. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə onun təqdim etdiyi sübutlara ümumiyyətlə münasibət bildirməmiş, onun təqdim etdiyi dəlillərə dair təkzibedici əsaslar göstərməmişdir. Məhkəmə ona münasibətdə iddianı təmin edərkən yalnız iddiaçı tərəfindən yarımçıq təqdim edilmiş “whatsapp” yazışması əsasında qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (E.Kazımov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Şirinov və N.Cəfərov) cava bdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

20. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Hazırki işdə də iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdehlər isə iddia tələbinə etiraz etsə lər də, etirazlarının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edə bilmir və bu halları sübut edə bilmir.

22. İşin mübahisəli halı cavabdeh tərəfin iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilənin və tarixinin onun tərəfindən yazılmadığı, ekspert rəyi ilə də həmin sənədin tarix hissəsindəki yazının ona aid olmadığını, həmin sənədin imzadan sonra iddiaçı tərəfindən saxtakarlıq edilərək sonradan tərtib edilməsini bəyan etməsidir.

23. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirib rəy almış və rəydə həmin sənəddəki imzanın Cavabdeh1 məxsus olduğu təsdiq olunmuşdur. Düzdü, ekspert rəyində sənədin yuxarı hissəsində “10 noyabr” rəqəm və sözünün Cavabdeh1 tərəfindən icra olunmadığı qeyd olunmuşdur. Lakin bu hal həmin sənədin cavabdeh tərəfin iradəsi ilə tərtib edilmədiyini təsdiq etmir. Çünki həmin rəqəmin və sözün kim tərəfindən yazılması həmin sənədin məzmununa təsir etmir. Əksinə həmin sənədi imzalaması və möhürlə təsdiq etməsi cavabdehin onda qeyd edilənləri təsdiq və etiraf etdiyinə dəlalət edir.

24. Bununla yanaşı, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsində mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmə yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirm ək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdeh tərəfin 10 noyabr 2020-ci il tarixli borcun etirafı barədə sənədi imzası ilə təsdiq edərək borcunu etiraf etməsi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirdikdə də yenədə iddia əsaslı idi və məhkəmənin də iddianı təmin etməsi əsassız olmamışdır.

32. Digər Cavabdeh2 iddiaçı ilə 27 yanvar 2022-ci il tarixdə “whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışması əsasında sonuncuya 5200 ABŞ dolları borcu qaldığını (bax.i.v.83) etiraf və qəbul etmişdir. Lakin 2023-cü ilin əvvəlinə kimi ticarət münasibətləri davam etdiyi üçün iddiaçıya heç bir borcunun qalmadığını bəyan edir. Başqa sözlə, Cavabdeh2 qeyd olunan tarixdə 5200 ABŞ dolları borcu qaldığını etiraf və təsdiq edir, ancaq sonradan ticarət münasibətlərinin davam etməsi nəticəsində borcunu ödədiyini və qalmadığını söyləyir. Demək ki, Cavabdeh2 etirafedici izahatı iddiaçını bu halları, yəni 5200 ABŞ dolları borcu qalması halını sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib. Lakin Cavabdeh2 həqiqətən 5200 ABŞ dolları məbləğində borcunu iddiaçıya qaytarmasına dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Bəyan etdiyi bu halı sübut etmək yükü isə Cavabdeh2 üzərinə düşür. Ancaq o, bəyan etdiyi bu halı sübut edə bilmir.

33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 5.3, 385.1, 386.1, 442, 448.2, 528, 529.1, 882.1, 882.2, 882.3, 882.4, 882.5, MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq mün asibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli po zuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

34. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

35. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

36. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

37. Maddə 882.2. Bu Məc əllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

38. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

39. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

40. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

51. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

52. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Müqavilə, tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, t ərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Buna görə də yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Hazırki işdə cavabdeh yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir.

53. Bundan başqa, borcun etirafını əks etdirən mücərrəd müqavilənin hüquqi təbiəti ondan ibarətdir ki, bu müqavilə, borclunu mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn hər han sı etiraz irəli sürməkdən məhrum edir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassatorun dəlilləri işin faktin halları ilə əlaqəlidir. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və mə hkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar