Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2870/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Məmmədov Azər Oruc oğlunun, Cavabdeh2 vəkili Yadigarov Vüsal Alxan oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1573/2020 saylı, 05 fe vral 2020-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(008)6900/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim V.İ.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh1 70.000 (yetmiş min) ABŞ dolları məbləğində borcun ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçıya verilməsi hissəsində iddianın təmin edilməsi, iddianın Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun tutulması, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair hissəsinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli, 2(103)5813/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunması, ipoteka predmetinin ilkin satış qiyməti 138.000 manat müəyyən edilməklə 25 may 2017-ci il tarixli kredit müqaviləsindən irəli gələn 70.000 ABŞ dolları məbləğində tutmanın Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mən zilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli, 2(102)-6711/2019 saylı qərarı ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli, 2(103)-5813/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1573/2020 saylı, 05 fevral 2020-cu il tarixli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən, məruzəçi), V.T.Həsənov və Ş.A.Məmməd ova) İddiaçı tərfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(008)-6900/2018 saylı qətnaməsinin mübahisələndirilən- iddia tələbinin Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasının təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmeti nə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçının xeyrinə 70.000 ABŞ dolları kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 may 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bir il müddətinə 70.000 ABŞ dolları məbləğində borc verilmişdir. Kr edit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında 25 may 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus olan X. ünvanında yerləşən mənzilini ipoteka qoymuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh1 25 may 2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdehlərə şifahi olaraq 27 iyun 2018-ci il tarixdə və 06 iyul 2018-ci il tarixlərdə yazılı bildirişlər göndərilməsinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. İddiaçı tərəfindən cavabdehlərə yazılı şəkildə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bil diriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq Cavabdeh1 həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə onun maraqlarına zidd olmaqla qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Məmmədov Azər Oruc oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsi nə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 vəkili Məmmədov Azər Oruc oğlunun, Cavabdeh2 vəkili Yadigarov Vüsal Alxan oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və inzibati -iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd etmişdir ki, hazırki halda apelyasiya baxışının hədlərini- qətnamənin iddia tələbinin Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzi lin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə ərizə və notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, mübahisələndirilən hissədə iddia tələbindən imtina edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: -370.1-ci maddəsinə əsasə n apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. -370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. -191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. -191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. -261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsindən imtina edilməsi məhz iddiaçıya məxsus subyektiv hüquq olduğundan və iddia tələbinin həmin hissəsi apelyasiya qaydasında cavabdeh tərəfindən mübahisələndirilmədiyindən işə apellyasiya instansiyası məhkə məsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə qeyd olunan hissədə prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1573/2020 saylı, 05 fevral 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2870/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2870/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver