Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2871/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2871/2019 29 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(107)441/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim V.N.Sadıqov) 22 sentyabr 2017-ci il tarixli, 2(025)-436/2017 nömrəli qətnaməsi ilə i ddia qismən təmin edilmiş, Cavabdeh1 51.044,36 manat əsas, 16.737,33 faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 67.831,69 manat (altmış yeddi min səkkiz yüz otuz bir manat altmış doqquz qəpik) məbləğində kredit borcu, 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı və 31 manat iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu (30 manat rüsum, 1 manat bank xərci) İddiaçı BOKT QSCnin xeyrinə tutulması, tutma Cavabdeh1 adına qeydə alınmış ünvan 1 ünvanda olan 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binası və Qəbələ şəhəri H.Aslanov küçəsində dalan 5-də 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 3B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, qeyri yaşayış binası 122.000 (y üz iyirmi iki min) manat, fərdi yaşayış evi isə 74.000 (yetmiş dörd min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına 06.06.2014-cü il tarixli KA Gab 116982/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 67.831,69 manat kredit borcu tutulması, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılması, ipoteka predmetilərinin ilkin qiymətləndirilməsinə görə cəmi 600 manat xidmət haqqı Cavabdeh1 tutularaq «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.H.Şükürov, M.M.Hüseynov və R.Ə.Əliyev) 06.12.2018-ci il tarixli, 2(107)-441/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Qəbələ Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı BOKT QSC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2014-cü il tarixli KAGab 116982/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 51.045,00 manat əsas, 11.707,00 manat faiz və 12.779,00 manat cərimə borcu olmaqla, cəmi 75.532 manat məbləğində kredit borcu, 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün rüsum və xidmət haqqı, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, bor cun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 222.1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət Qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış: seriya RX, №0279784, reyestr nömrəsi – **********11-06301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 11.12.2013), həmçinin Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 68.7 m2 yaşayış, 49.41 m2 köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinə (Hüquqların Dövlət Qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış: seriya RX, №00000910, reyestr nömrəsi – **********12-10301, qeydiyyat nömrəsi – 190619 76, qeydiyyat tarixi – 18.12.2006) yönəldilərək, həmin qeyri yaşayış binası və fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 56.000 manat, qeyri-yaşayış sahəsinin isə 100.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə olunan pul məbləğindən Cavabdeh1 06 iyun 2014-cü il tarixli KAGab 16982/14 nömrəli Kredit müqaviləsi üzrə yaranmış cəmi 75.532 manat məbləğində borcun ödənilməsi, 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün rüsum və xidmət haqqı, iddia ərizəsi verilərkən ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı BOKT QSC Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra əsas, faiz və cərimə borcundan heç bir ödəniş aparılmadığı üçün faiz və cərimə borcunun artdığını göstərərək, Cavabdeh1 06 iyun 2014-cü il tarixli KAGab 116982/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 51.044,36 manat əsas, 16.737,33 manat faiz və 58.248,11 manat cərimə olmaqla, cəmi 126.029,80 manat məbləğində kredit borcunun tutulmasını, habelə iddianın qalan hissəsinin tam təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hakim onu dinləmədən, izahat verməyə imkan vermədən qətnamə qəbul etmişdir. Bundan başqa, ekspertizanın keçirilməsi barədə qərardad ona verilmədiyinə görə qiymətləndirici barədə məlumatı olmamış, ekspertiza xərcinin əvvəldən ödənilməsi barədə tələb, yaxud hər-hansı hesab nömrəsi ona verilməmişdir. Bundan başqa, ekspertiza məhkəmə tərəfindən təyin edildiyinə görə, onun keçirilməsinin təmin edilməsi də məhkəmənin vəzifəsinə aiddir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gə lməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətna mə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 06 iyun 2014-cü il tarixli KAGab 116982/14 saylı Kredit müqaviləsi əsasında İddiaçı BOKT QSC tərəfindən Cavabdeh1 biznesin inkişafı məqsədilə 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə 70.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh ona verilmiş kredit vəsaitini hər ay əsas və həmin tarixə hesablanacaq faiz borcu da nəzərə alınmaqla bərabər hissələrlə enən xətt üzrə annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. 06 iyun 2014-cü il tarixli KA Gab 116982/14 saylı İpoteka müqaviləsinə əsasən kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh1 adına qeydə alınmış ünvan 1 ünvanda olan 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış bina sı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə 2014-cü iyunun 14-də RX seriyalı ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. 06 iyun 2014-cü il tarixli KA Gab 116982/14 saylı Sonrakı İpoteka müqaviləsinə əsasən kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri H.Aslanov küçəsində dalan 5-də 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 3B nömrəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə 2014-cü iyunun 13-də RX seriyalı ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. 17 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə 51.045 manat əsas, 11.707 manat faiz və 12.779 manat cərimə borcu olmaqla, cəmi 75.532 manat məbləğində kredit borcu mövcud olmuşdur. 0 5 sentyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə 51.044,36 manat əsas, 16.737,33 manat faiz və 58.248,11 manat cərimə borcu olmaqla, cəmi 126.029,80 manat məbləğində kredit borcu mövcud olmuşdur. İpoteka saxlayan tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılmış və bildiriş ipoteka saxlayanın ərizəsi əsasında dövlət qeydiyyatına alınmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hü quqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüq uq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxi l olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götür ür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanmüqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri “ödəniş cədvəlinə” əsasən “kredit alan”ın “Bank”dakı cari hesabına nağd mədaxil etməklə və ya köçürməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tamamən qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilm əməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, onun məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədik də və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipo tekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə t utulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; Tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, cavabdeh müddəti başa çatmamış kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından və iddiaçı tərəfindən tələbin ipoteka predemetinə yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edildiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli və ippoteka predmeti açıq hərracdan satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipote ka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəmə əmlakın qiymətləndirilməsi sahəsində xüsusi biliyə malik olmadığından və hazırki mülki iş üzrə bu məsələ ilə bağlı həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədi ilə ipoteka predmeti üzrə qiymətləndirmə aparılması üçün müvafiq qərardad qəbul edilmiş və qiymətləndirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılması qərara a lınmış, lakin, cavabdeh qiymətləndirilmənin aparılması üçün tələb olunan xidmət haqqını ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin ipoteka predmetinin qiymətləndirilməsi barədə vəsatəti işin uzadılmasına xidmət etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərardadına əsasən, əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda olan 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binası və Qəbələ şəhəri H.Aslanov küçəsində dalan 5-də 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 3B nömrəli fərdi yaşayış evinin hazırkı real bazar dəyərinin müəyyən edilməsi, qiymətləndirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 noyabr 2018-ci il tarixli məktubuna əsasən, xidmət haqqının ödənilməməsi səbəbindən qiymətləndirilmənin aparılması və müvafiq rəyin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iş üzrə qiymətləndirilmənin baş tutmaması məhz cavabdehin hərəkətləri ucbatından baş vermişdir. Kassasiya kollegiyası bununla yanaşı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanun la sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Göründüyü kimi, cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmadığına apellyasiya şikayətində istinad etsə də, həmin qiyməti şübhə altına ala biləcək hər hansı altermnativ rəyi və ya digər sübutları nə apellyasiya şikayətinə əlavə etməmiş, nədə ki işə apellyasiya icraatında baxılarkən təqdim etməmişdir. Bu səbəbdən də məhkəmələr Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini düzgün olaraq işdə olan sübutlar əs asında müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(107)-441/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan
Məhkəmə qərarları › İş №2(102)-2871/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2871/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver