Məhkəmə qərarları › İş №2(102)-2871/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2871/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2871/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia müddətinin kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməyən sığorta hissəsinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10282/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmə nin binasında 13 iyun 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 10.973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra – cavabdeh və ya ASC) İddiaçı (bundan sonra – iddiaçı) xeyrinə tutulması qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ASC-də işlədiyi 2010-2015-ci illər üzrə əmək haqqına uyğun ödənilməli olan 2743 manat sığorta h aqqı məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilməsi və həmin illər ərzində ona ödənilməli olan 10.973 manat əmək haqqının cavabdehin təqsirindən vaxtında ödənilmədiyi üçün dəymiş 5371,60 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə ASC-nin Ucar rayon filialına aparıcı mütəxəssis-mexanik vəzifəsinə təyin olunmuş və xx.xx.2015-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş, 5 il ərzində əmək haqqını vaxtında ala bilməmişdir. Məhkəmə qətnaməsinə əsasən, 10.973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulu cavabdehdən xeyrinə tutulmuşdur. Lakin həmin illər ərzində DSMF-yə qismən ö dənişlər edilmişdir. Halbuki, həmin illər üzrə 10.973 manatın 25 faizini təşkil edən 2743 manat sosial sığorta haqqı ödənilməli idi. Həmçinin, 10.973 manat əmək haqqı vaxtında ödənilmədiyi üçün ona inflyasiya faizinə uyğun 5371,60 manat maddi zərər dəymişdir. ASC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3207/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2017-ci ildən hüququnun pozulduğunu bildiyi halda, hazırkı iddia ilə 4 ildən sonra məhkəməyə müraciət edərək müddəti ötürmüşdür. Be lə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 2.3, 372.1, 372.2, 375.1, 375.2, 445.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10282/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanriverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2017-ci ildən hüququnun pozulduğunu bilmiş, lakin hazırkı iddia ilə 4 ildən sonra müraciət etmiş, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üç ün hüquqi əsaslar müəyyən olunmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin 380-ci maddəsini tətbiq etməli idi. Belə ki, ASC tərəfindən 05 avqust 2021-ci il tarixdə DSMF-nin müvafiq hesabına 1303,25 manat məbləğində vəsait köçürülmüşdür, həmin məbləğin köçürülməsinə dair müvafiq sənədlər apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sənədlərə heç bir münasibət bildirməmişdir. Sözügedən ödəniş tapşırığının əsası və təyinatı ki mi iddiaçının əmək haqqından 2010-2015-ci illərdə qalmış borcun 25 faizi formasında qeydlər aparılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

13. Əmək Məcəlləsi Maddə 296.4. Pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələlərinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

14. Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməs indən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının cavabdeh tərəfindən onun hesabına xx.xx.2021-ci il tarixdə pul köçürməsi nəticəsində müddətin axımının kəsildiyi barədə mövqeyinin hüquqi əsası yoxdur. Çünki Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddə tinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə borclu şəxsin yalnız iddia müddəti bitmədən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilər. Əgər həmin hərəkət edilənədək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.

20. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10282/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar