Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2873/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-462/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayəti üzrə işə 05 oktyabr 2023-cü il tarixdəAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh Bank tərəfindən illik 28 faizlə 18 ay müddətinə 3.000 manat kredit verilmişdir. 2. 05 fevral 2022-ci il tarixli, **********822 nömrəli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001S01 saylı kredit müqaviləsi üzrə 2712,12 manat əsas borc, 3147,71 qəpik faiz borcu, 2570,61 manat cərimə borcu, 398,62 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 398,62 manat faiz borcu olmaqla, ümumilikdə 8829,06 manat borcu vardır. 3. 08 fevral 2022-ci il tarixli, **********899 saylı bildiriş məktubu ilə borclu yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir.
4. Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2022-ci il tarixli, 01.16-2- 2022-12692 saylı məktubda qeyd edilir ki, X3 İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə, yəni xx.xx.2019-cu il tarixə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 2712,12 manat təşkil etdiyindən həmin borcun restrukturizasiyası nəzərdə tutulmuşdur.
5. Cavabdeh aid hesabdan çıxarışdan görünür ki, borclu kredit müqaviləsi üzrə sonuncu ödənişi (210 manat) 07 dekabr 2017-ci il tarixdə icra etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,712.12 manat əsas, 3,147.71 manat faiz, 2,570.61 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 398,62 manat faiz borcu və iş üzrə ödənilmiş 108,30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 28 faizlə 3.000 AZN kredit verilmiş, müqavil ənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.
8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən müqavilədə qeyd edilən şərtlərlə Bankdan 3.000 manat kredit götürmüşdür. Həmin müddət ərzində ödənişlər etmişdir. Son ödənişi 2017-ci ilin dekabr ayında olmuş, ödəniş cədvəlində isə sonuncu ödəniş tarixi 09 aprel 2019-cu il qeyd edilmişdir. Bundan sonra Bank ləğv prosesində olduğundan Bankın ofisini tapa bilməmiş və məhz bu səbəbdən ödəniş etməmişdir. Lakin həmin tarixdən üç ildən artıq müddət keçmişdir. Bu müddət ərzində Bank iddia ərizəsi ilə məh kəməyə müraciət etməmişdir.
9. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
10. Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-124/2022 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2017-ci il tarixli, KM034T10170001S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3.000 manat kredit verilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci ilin dekabr ayında olmuş, lakin iddia ərizəsi məhkəməyə 12 aprel 2022-ci il tarixdə daxil olmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 373.3 və 375-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən iş üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyən edilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanılır. Sözügedən müqavilə üzrə icra müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
15. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə olunan "xxxx" MMC-nin qəbzindən göründüyü kimi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixdə kuryer şirkətinə verilmiş və sonuncu tərəfindən sənədlər xx.xx.2022-ci il tarixdə məhkəməyə çatdırılmışdır. Belə olan halda iddia müddəti ötürülməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-462/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərova sədrlik edən, məruzəçi, R.Mamedov və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-124/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarını nəzərdən keçirərkən müəyyən olunur ki, 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 18 ay müddətinə 3.000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəliyi tam icra olunmamış, sonuncu ödəniş xx.xx.2017-ci ildə aparılmışdır. Bank hazırkı iddia tələbinə dair ərizəni xx.xx.2022-ci il tarixdə poçt məntəqəsinə təqdim etməklə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə ərizəni əsaslı hesab edərək kredit müqaviləsinin müddətinin 18 ay müəyyən olunması və müqavilənin müddətinin 2019-cu ildə artıq bitməsi əsası ilə iddia müddəti tətbiq etməklə iddia tələ bini rədd etmişdir. İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlili kimi müqavilənin icra müddətinin tam bitməsindən sonra üç illik iddia müddətinin axımının başa çatması tarixi ilə əsaslandırmış və qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə kuryer şirkətə verildiyindən tərəflərindən iddia müddəti ötürülməmişdir.
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 09 aprel 2019-cu il tarixinədək şərtləndirilmiş, cavabdeh olan borclu müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasına dair sonuncu dəfə dekabr 2017-ci il tarixdə hərəkətlilik göstərmişdir. Bu zaman kəsiyindən sonra vaxtaşırı icra edilməli olan tələb üzrə hər hansı icra hərəkətləri olmamışdır. Həmçinin kreditor müqavilə üzrə öhdəliklərinin icrasının borclu tərəfindən yerinə yetirilməməsi əsası ilə məhkəmə müdafiə mexanizmindən 12 aprel 2022-ci ildə Bakı şəhəri poçt mərkəzinə müraciət etməklə istifadə etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 07 mart 2023-cü il tarixli, 3-27-109- 2/392 saylı məktubunda qeyd olunmuşdur ki, SS680732431AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub xx.xx.2022-ci il tarixdə 2 saylı Poçt filialının 9 saylı poçt şöbəsində qəbul olunmuş, xx.xx.2022-ci il tarixində xidmət ərazisi üzrə Goranboy RF-nin Ağcakənd PŞ-nə daxil olmuş və xx.xx.2022-ci il tarixdə ünvanı üzrə çatdırılmışdır. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 07 saylı məktubundan məlum olur ki, iddiaçının cavabdehə qarşı “kredit borcunun qaytarılması” barədə 1 ədəd mülki iş 29 aprel 2022-ci il tarixdə Xocalı Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan başqa cavabdeh barəsində başqa heç bir sənəd məhkəməyə daxil olmamışdır. İddiaçının apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi, cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq olunmasının əsassız olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, o cümlədən qalıq kredit borcunu tələb etmək üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməsi, cavabdeh müddətin tətbiqi barədə ərizə verdiyindən iddianın rədd edilməli olması barədə birinci instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Belə ki, xx.xx.2022ci il tarixdə məhkəmədə iddia qaldıran iddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il 3 gün, sonuncu ödəniş tarixi nəzərə alınsa belə ondan 4 ildən artıq müddətdən sonra məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 372.1, 372.2, 375.2, 376, 377.2, 554.3, 739.1, 739.2-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti ve rərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edərkən iddia tələbi üzrə dəlillər nə birinci instansiya məhkəməsi, nədə ki apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Sözügedən müqavilə üzrə iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı bank tərəfindən isə iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə 3 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Mübahisə edilən bu halı təsdiq edən poçt göndərişidir ki, hansı ki, ape llyasiya şikayətinə əlavə edilmişdir. Poçt göndərişinə, yəni “Famko Kuryer və Kargo" MMC-nin 228721 seriyalı mədaxil qəbzinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, **********23 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Xocalı Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, poçt xidmətinin əməkdaşı Zahid adlı kuryer tərəfindən qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Xocalı Rayon Məhkəməsinin dəftərxanasının əməkdaşı tərəfindən “alan şəxsin soyadı və imzası “ qrafasına imza atılaraq qəbul edilmişdir (göndərişin surəti təkrarən kassasiya şikayətinə əlavə edilir) Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmələr tərəfindən iş materialları ətraflı araşdırılsaydı, müəyyən olunardı ki, sö zügedən mülki iş üzrə dövlət rüsumunun ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Bu hal bir daha təsdiq edir ki, müvafiq mülki iş üzrə məhkəməyə iddia müddəti ötürülməmiş müraciət edilmişdir. “Famko Kuryer və Kargo" MMC-nin 228721 seriyalı mədaxil qəbzi bankın nümayəndəsi tərəfindən apellyasiya icraatı zamanı hakimlərin nəzərinə çatdırılmış və həmin sənəd əyani olaraq onlara göstərilərək təhvil verilmiş, lakin kollegiya nümayəndənin təqdim etdiyi əsaslı sübutu nəzərə almayaraq apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. Kollegiya həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafıq hesab etməmişdir. Belə ki, kollegiya "xxxx" MMC ilə göndərilmiş iddia ərizəsi ilə bağlı sorğunu "xxxx" MMC-yə deyil "xxxx" MMC- nə ünvanlamış və müvafiq cavab əldə etmişdir. Yalnız bu cavaba əsaslanaraq mövcud ziddiyyəti tam, hərtərəfli araşdırmadan apellyasiya şikayətini rədd etmişdir. Məhkəmə iş matenallarına əlavə olunmuş "xxxx" MMC-yə məxsus göndəriş qəbzində “təhvil alan” qrafasında şəxsin şəxsiyyətini müəyyənləşdirməmiş, müvafiq sənədlərin onun tərəfindən qəbul edilibedilməməsini araşdırmamışdır. Yalnız yuxarıda qeyd edilən bu kimi xüsusatlar araşdırıldıqdan sonra məsələyə tam şəkildə aydınlıq gətirilməklə tam və obyektiv qərar verilə bilərdi. Birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndırməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağ lanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh Bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
22. Kassasiya şikayəti əsaslandırılarkən Mülki Məcəllənin 373-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 88, 385.1.1 və 385.1.2-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
25. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsin də qərar çıxarması üçün əsasdır.
28. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
29. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
30. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı
33. Həmin qərarda göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hü quq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamışçəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur e dir...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansi yası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 09 oktyabr 2017-ci il tarixli, KM034T10170001 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə, 18 ay müddətinə 3.000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəliklər tam icra olunmamış və sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə aparılmışdır. Bank hazırki iddia tələbinə dair ərizəsini xx.xx.2022-ci il tarixdə poçt məntəqəsinə təqdim etməklə məhkəməyə müraciət etmişdir.
48. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni əsaslı hesab edərək kredit müqaviləsinin müddəti nin 18 ay müəyyən olunması və müqavilənin müdddətinin 2019-cu ildə artıq bitməsi əsası ilə iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etmişdir.
49. İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlili kimi müqavilənin icra müddətinin tam bitməsindən sonra üç illik iddia müddətinin axımının başa çatması tarixi ilə əsaslanmış və qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə kuryer şirkətə verildiyindən tərəflərindən iddia müddəti ötürülməmişdir. 50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməli dir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, hebalə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellypasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 09 aprel 2019-cu il tarixədək şərtləndirilmiş, cavabdeh olan borclu isə müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasına dair sonuncu dəfə dekabr 2017-ci il tarixdə hərəkətlilik göstərmişdir. Bu zaman kəsiyindən sonra vaxtaşırı icra edilməli olan tələb üzrə hər hansı icra hərəkətləri olmamışdır. Həmçinin, kreditor müqavilə üzrə öhdəliklərinin icrasının borclu tərəfindən yerinə yetirilməməsi əsası ilə məhkəmə müdafiə mexanizmindən 12 aprel 2022-ci il də Bakı şəhəri poçt mərkəzinə müraciət etməklə istifadə etmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, "xxxx" MMC-nin 07 mart 2023-cü il tarixli, 3-27-1092/392 saylı məktubunda qeyd olunmuşdur ki, SS680732431AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub xx.xx.2022-ci il tarixində 2 saylı Poçt filialının 9 saylı poçt şöbəsində qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə xidmət ərazisi üzrə Goranboy RF-nin Ağcakənd PŞ-nə daxil olmuş və xx.xx.2022-ci il tarixdə ünvan üzrə çatdırılmışdır.
53. Eyni zamanda, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məlum olmuşdur ki, iddiaçının cavabdehə qarşı “kredit borcunun qaytarılması” barədə 1 ədəd mülki iş 29 aprel 2 022-ci il tarixdə Xocalı Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan başqa cavabdeh barəsində başqa heç bir sənəd məhkəməyə daxil olmamışdır.
54. Beləliklə, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi, cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq olunmasının əsassız olması barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, o cümlədən qalıq kredit borcunu tələb etmək üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməsi, cavabdeh müddətin tətbiqi barədə ərizə verdiyindən iddianın rədd edilməli olması barədə birinci instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
55. Belə ki, xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldıran iddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il 3 gün, sonuncu ödəniş tarixi nəzərə alınsa belə ondan 4 ildən artıq müddətdən sonra məhkəməyə müraciət etmişdir.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Mə hkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı LPO İddiaçı ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(104)-462/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.