Məhkəmə qərarları › İş №2(102)-2874/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2874/2022

17.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2874/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(104)572/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 21 fevral 2019-cu il tarixli, 4Ə-81 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən X1 şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 101 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 75.000 manata İddiaçı satmışdır.

2. Gəncə şəhəri,Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2015-ci il tarixli qərardadına əsasən, iddiaçı X2 Cavabdeh qarşı mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev prospekti 101 ünvanda yerləşən otaqların pəncərələrinin açılması, cavabdeh tərəfindən ona məxsus olan binanın divarı ilə iddiaçıya məxsus pəncərələrin üstündə d ivara birləşdirilmiş hissənin sökülməsi, iki binanın arasında olan keçidə daxil olmaq üçün giriş qapısının açılması, iki bina arasında normativ ara məsafəsinin qoyulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı iddia tələbindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 nömrəli (313d) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 4 ədəd pəncərəsinin çöl tərəfinə qanunsuz olaraq qoyulmuş maneənin (alçipan materialdan istifadə olunmaqla) cavabdehin vəsaiti hesabına sökülərək onun mülkiyyətinə edilən qəsdə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 nömrəli (313d) ünvanda yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* RX seriya nömrəli ********** qeydiyyat tarixli çıxarış tərtib edilmişdir. Mülkiyyət hüququ əsasında ona məxsus olan qeyri-yaşayış sahəsi Cavabdeh məxsus və hazırda "xxxx" ASC-yə icarəyə verilmiş qeyri-yaşayış sahəsi ilə yanbayan yerləşmişdir. Həmin əmlaklar arasında (sərhəddində) ümumi istifadədə olan yanğın zamanı çıxış üçün dəhliz mövcuddur ki, iddiaçıya məxsus əmlakın həmin dəhlizə baxan və texniki pasportda da qeyd edilmiş 4 ədəd pəncərəsi Cavabdeh tərəfindən alçipan materialından istifadə etməklə qapadılmışdır. Hazırda cavabdehin ona məxsus qeyri-yaşayış s ahəsinin pəncərələrini çöl tərəfdən qanunsuz olaraq bağlaması nəticəsində mülkiyyət hüququna qəsd edilməklə yanaşı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə göstərilən bir sira zəruri şərtlər, yəni havalandırma, təbii və süni işıqlandırma kimi vacib komponentlər də pozulmaqdadır. Halbuki, sanitariya normaları bütün istehsalat, inzibati, köməkçi və məişət otaqlarında təbii işıqlandırma olmasını tələb edir ki, bu zəruri norma cavabdehin qanunsuz əməlləri nəticəsində pozulmuşdur. Eləcədə təbii işıqlandırma insana böyük bioloji və psixoloji təsir göstərir, işıq bütün orqanizmin fəaliyyətini güçləndirir, uzun müddət təbii işıq olmadıqda bu, insanlara can sıxıcı təsir göstərir və onların ruhunu sarsıdır.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 oktyabr 2021 -ci il tarixli, 2(043)870/2021 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyularaq qanunsuz qoyulmuş maneənin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, əvvəlki mülkiyyətçi məhkəmədə eyni predmet və eyni əsasla iddia qaldıraraq iddiasından imtina etdikdən sonra iddiaçı mübahisələndirdiyi hazırkı mülkiyyətində olan əmlakı əvvəlki mülkiyyətçidən alarkən həmin mülkün mövcud vəziyyətdə olmasını qəbul edərək öz sərbəst iradə ifadəsniə uyğun olaraq almışdır.

8. Birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 10/2080 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli, çıxarış üzrə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 101 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pəncərələrinin önündə həmin binada aparılmış yenidənqurma işləri ilə bağlı Cavabdeh tərəfindən inşa edilmiş hasar (FHN TTNDA DBLİ Azərdövlətlayihə Gəncə filialı tərəfindən Gəncə şəhəri, H. Əliyev prospekti 103 ünvanında 51 nömrəli ticarət obyektinə dair tərtib edilmiş layihəyə uyğun inşa edildiyindən) tikinti norma qaydalarına uyğun inşa olunmuşdur. Belə ki, Cavabdeh hər hansı qanuna zidd hərəkətləri müəyyən olunmamış, eləcədə iddiaçının sökülməsinin tələb etdiyi hasarın tikinti normalarının tələblərinə uyğun inşa edilmi şdir.

9. Yaranmış vəziyyəti qiymətləndirəkən birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyət hüququ olsa da mülkiyyətindən dinc istifadə olunmasına cavabdeh tərəfindən hər hansı bir maneəçilik törətməsi müəyyən olunamışdır. 10.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 390 maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat 11.İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(043)-870/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(104)572/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və İ.T.Həsənovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(043)870/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmiş və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olmuşdur. 14.Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 153.1, 157.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: 15.İddia çı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(104)-572/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə verilmiş ekspert rəyini əsas götürməklə tamamilə əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki sözügedən ekspert rəyi kifayət qədər qüsurludur və məhkəmə bu rəyə əsaslanaraq iddianı rədd edə bilməzdi. Rəyə nəzər salındıqda ekspertin məsələni ciddi araşdırmaması açıq-aydın bəlli olmaqdadır. Ekspert «Azərdövlətlayihə»-nin Gəncə filialı tərəfindən verilmiş qüsurlu layihənin tikinti norma və qaydalarına uyğun inşa edildiyini bildirməklə məsələyə səthi yanaşmasını ortaya qoymuşdur. «Azərdövlətlayihə»-nin Gəncə filialı tərəfindən Cavabdeh məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti 103 ünvanında 51 saylı ticarət obyektinə dair tərtib edilmiş layihədə iddiaçıya məxsus obyektin çöl divarında mövcud olan 4 ədəd pəncərə göstərilməmiş, layihə hazırlanarkən sözügedən pəncərələr mövcud ola-ola layihəyə salınmamışdır. Ekspert isə həmin layihənin doğruluğunu təsdiqləməklə düz nəticəyə gəlməmişdir. Rəydə layihənin qanunauyğun olduğu qeyd edilsə də sözügedən layihə üzrə aparılan tikinti işləri Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aşkar edildikdə cərimələnmə ilə nəticələnməkdədir. Bundan başqa belə qüsurlu layihənin Memarlıq və Şəhərsalma xidməti ilə razılaşdırılması da qanunvericiliyin tələbl ərinə ziddir. Qüvvədə olan qanunvericiliyə əsasən «Azərdövlətlayihə»-nin Gəncə filialı tərəfindən verilmiş layihə üzrə tikililərin aparılması elə Memarlıq və Şəhərsalma xidmətinin tabe olduğu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aşkar olunan zaman ciddi qanun pozuntusu hesab edilərək cərimələnmə ilə nəticələnir. Bundan başqa hər iki instansiya üzrə məhkəmələr Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17.02.2005-ci il tarixli qərardadına səthi yanaşaraq ətraflı araşdırmamış qərardadın yalnız nəticəvi hissəsinə diqqət çəkərək iş üzrə icraata xitam veriməsini əsas gətirmişdir. Halbuki sözügedən qərardadda tərəflər izahat verərək köhnə mülkiyyətçi X2 iddiasının qalan hissəsindən cavadehin özü tərəfindən pəncərələrin açılması səbəbi ilə imtina etdiyini bildirmiş, cavabdeh isə bunu qəbul etmişd ir. Məhkəmə iddianı rədd etməklə mülkiyyətçiyə mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını kobud surətdə pozmuşdur. Pəncərələrin mülkiyyətçinin iradəsinə uyğun istifadə olunmaması, onlara sahibliyin həyata keçirilə bilməməsi mülkiyyət hüququnun ünsürlərini pozmaqdadır. İddiaçıya məxsus əmlaka 05.03.2019-cu il tarixdə texniki pasport verilmiş və həmin texniki pasportda sözügedən pəncərələr mövcud olmuşdur. Həmçinin 2012-ci il tarixdə layihəyə uyğun olaraq 4 ədəd pəncərə qapadılsa idi, 2019-cu il tarixdə əmlaka texniki pasport verilərkən həmin pəncərələr texniki pasportada öz əksini tapmazdı. 17.Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. 18.C avabdeh iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, həmin şikayətin əsassız olduğunu göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:

19. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin q ərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 21.Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 23.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sa həsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 26.Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 27.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 97.5. Tərəf ekspertizanı n keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 33.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 34.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə lər tərəfindən qiymətləndirilir. 35.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kasasiya baxışının hədləri: 36.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveric iliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 37.İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: 38.Məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur. 39.Kassasiya şikayətinin dəlilləri aşağıdakılara əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri faktiki olaraq apellyasiya şikayətinin dəlillər ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər qiymətləndirilmişdir.

40. Qeyd edilməlidir ki, hazırkı iddiaçıdan əvvəl qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan şəxs hazırkı tələblə eynlik təşkil edən tələblə məhkəməyə müraciət etmiş, lakin iddiadan imtina etməsi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı göstərir ki, həmin məhkəmə aktında olan nəticənin hazırkı iş üçün əhəmiyyəti ola bilməz. Qərardadda olan iddiaçıın izahatına istinad edərək cavabdehlə razılıq əldə olunması səbəbindən iddiadan imtina edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin iş üzrə tərəflər barışıq sazişi bağlamamışlar, məhz iddiaçı iddiadan imtina etmişdir. Belə olan halda həmin qərardadda tərəflərin üzərinə hər hansı öhdəlik götürməsi müəyyən olunmur. 41.Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı hər hansı bir sübut təqdim etmir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qüvvədə deyil, həmin qərardadda cavabdehin üzərinə öhdəlik qoyulmuş və məhz onun tərəfindən öhdəlik icra olunmayıb. Qərardadda hər hansı şərt var idisə və qısa müddət ərzində bunun icrası təmin olunmamışdırsa əvvəlki mülkiyyətçi bu qərardadı mübahisələndirilə bilərdi, lakin belə bir mübahisələndirmənin olması müəyyən edilmir. 42.Həmin vaxtadək isə artıq ekspertin rəyində istinad olunan layihə mövcud olmuş v ə layihə əsasında yenidənqurma işləri həyata keçirilmişdir. 43.Belə olan halda isə məhkəmələr haqlı olaraq o, nəticəyə gəlmişlər ki, iddiaçı mövcud vəziyyətdə qeyri-yaşayış sahəsini əldə etmiş və cavabdeh ona mülkiyyətində olan əmlakdan istifadəyə hər hansı maneə yaratmır. 44.Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. 45.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(104)-572/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar