Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2875/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018citarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: K.Süleymanov; 2(075)-2957/18)iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə Azərbaycan Res pulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 1891,63 ABŞ əsas borcun, 739,62 ABŞ faiz borcunun və 97,78 ABŞ dolları cərimə borcunun və bank tərəfindən ərizə ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 20 manatın tutulması, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov(sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)-2898/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xeyrinə 1891,63 ABŞ dolları əsas və 1502 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3446,63 ABŞ dolları borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən 29 may 2018- ci il tarixli, 2 (075)-2957/2018 saylı əmr çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2 (075)-2957 nömrəli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2 (075)- 2957/2018 nömrəli əmrinin ləğv edilməsi və həmin işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı-nin nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə borcunun tutularaq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, İddiaçı Cavabdeh arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli kredit sazişinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 28% olmaqla, 2740 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Cavabdeh kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını tərəflər arasında imzalanmış kredit ödəniş cədvəlinə əsasən ödəməli idi. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərə vaxtında və lazımi qaydada əməl etməmişdir. Nəticədə ərizənin məhkəməyə verildiyi günə Cavabdeh banka 08 noyabr 2014-cü il tarixli kredit sazişi üzrə 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə bo rcu qalmışdır. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmuş, lakin cavabdeh həmin xəbərdarlıqlara məhəl qoymamışdır. Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına dü zgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən,o, cümlədən İddiaçı Cavabdeh arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli kredit sazişindən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 28% olmaqla, 2740 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmişdir. Kredit ödəniş cədvəlinə əsasən banka 08 noyabr 2014-cü il tarixli kredit sazişi üzrə 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etmə li, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdə liyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. - 463.2-ci mаddəsinə əsasən dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli kredit sazişinə əsasən Cavabdeh 24 ay müddətinə, i llik 28% olmaqla, 2740 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Cavabdeh kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını tərəflər arasında imzalanmış kredit ödəniş cədvəlinə əsasən ödəməli idi. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərə vaxtında və lazımi qaydada əməl etməmişdir. Nəticədə ərizənin məhkəməyə verildiyi günə Cavabdeh banka 08 noyabr 2014-cü il tarixli kredit sazişi üzrə 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə borcu qalmışdır. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmuş, lakin cavabdeh həmin xəbərdarlıqlara məhəl qoymamışdır. Bankın pul vəsaitlərinin qayta rılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı öhdəliklərinin vaxtında və lazımınca icrası, əks tədqirdə müqavilənin ləğvi üçün məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. Müqavilə üzrə öhdəlik İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı Cavabdeh üçün də məcburi olmasına baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ödənilməmiş 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə bo rcunu tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı-nin xeyrinə 1891,63 ABŞ əsas borc, 739,62 ABŞ faiz borcu və 97,78 ABŞ dolları cərimə borcu və bank tərəfindən ərizə ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutulmalıdır. Göründüyü kimi hazırki iddianın qiyməti 500 manatdan çoxdur. Lakin iş üzrə iddiaçı məhkəməyə əmr icraatı qaydasında baxılması üçün ərizə ilə müraciət etmiş və ərizəsinə 20 manat dövlət rüsumu qəbzini əlavə etmişdir. Onun ərizəsi təmin edilsə də, sonra iş üzrə cavabdehin etiraz ərizəsi əsasında işə yenidən iddia icraatı qaydasında baxılmışdır. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki tələbl ə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə tələbi təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamand a iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları məhkəməyə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək mə hkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-2875/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2875/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver