Məhkəmə qərarları › İş №2(102)-2875/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2875/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2875/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli 2(103)-13192/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19994 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.11.2016-cı il tarixinə 2569 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1144 ABŞ dolları faiz borcunun, cəmi 23707 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhk əməsinin 24 aprel 2018-ci il tarixli, 2(009)1061/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zaur Əliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2019 saylı, 08 aprel 2019-cu iltarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununapellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1061/2018 saylı işi üzrə 24 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 19994 ABŞ dolları əsas, 2559.52 ABŞ dolları faiz borcunun, cəmi 22553.52 ABŞ dolları borcun (ödənildiyi zaman manata məzənnəsi ilə) tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmasının hesabına ödənilməsi, iddian ın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat məbləğdə pul vəsaiti və audit xidmətinə görə 1000 (bir min) manat məbləğdə pul vəsaitinin müvafiq olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “xxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Elşən Kazımov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5957/2019 saylı, 29 avqust 2019-cu iltarixli qərarı ilə cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1039/2019 saylı, 08 aprel 2019-cu iltarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13192/2019 saylı, 1 1 dekabr 2019-cu iltarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1061/2018 saylı iş üzrə 24 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qyrbanov) İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil oğlu) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəb ul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Cavabdehı əmanət hesabına deyil, bankda xarici valyutada olan cari hesabına(********************) istinad etməklə düzgün və ədalətli olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkilkassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsər də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi onunla cavabdeh arasında 18 noyabr 2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 17 faizlə 20000 ABŞ dolları kredit verilməsinə, cavabdehin kredit öhdəliklərini yerinə yetirməməsinə, bu səbəbdən sonuncunun ümumilikdə 23707 ABŞ dolları borcunun olmasına istinad etmişdir. Tələbinin hüquqi əsası kimi isə iddiaçı Milki Məcəllənin 385.1, 425, 442 və 443-448-ci maddələrini qeyd etmişdir. Cavabdeh isə etirazının əsası kimi bankla onuna arasında 17.11.2015-ci il tarixdə bağlanmış depozit müqaviləsinə əsasən banka 18.11.2016-cı il tarixədək 1 illik 12 faizlə 25000 ABŞ dolları məbləğində pul vəsaitini depozitə qoyması, bir gün sonra bankla kredit müqaviləsi bağlaması, 18.11.2015-ci il tarixli ərizə ilə həmin öhdəliyin icra edilməməsi halında təminat kimi bankda olan 25.000 ABŞ dolları məbləğində əmanətindən müvafiq silinmənin aparılmasına razılıq verməsi, banka olan borcunun da əmanətə qoyduğu pul hesabına silinməsi, bununla da banka borcunun olmamasına istinad etmişdir. İş materiallarına əsasən məhkəmələr müəyyən etmişlər ki, 18.11.2015-ci il tarixli KXM 01 saylı Kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 20000 ABŞ dolları həcmində kredit vermişdir. Həmçinin 17.11.2015-ci il tarixdə Cavabdeh ilə bank arasında bağlanmış depozit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-yə 17.11.2015-ci il tarixdən 18.11.2016-cı il tarixədək 1 illik 12 faizlə 25000 ABŞ dolları məbləğində pul vəsaitini depozitə qoymuşdur. Cavabdeh 18.11.2015-ci il tarixli ərizəsi ilə bank qarşısında öhdəliyin icra edilməməsi halında bankda olan 25.000 ABŞ dolları əmanətindən müvafiq silinmənin aparılmasına razılıq vermişdir. Bundan əlavə, o da müəyyən edilmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun İcraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən xxx tərəfindən Azərbaycan Respublikasının Maliyyə X1 Baş İcraçı direktoru İbrah im Alışova və Cavabdeh 21.12.2017-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda Cavabdeh bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq cari hesabın qalığı tələbi olaraq mühasibat uçotu sənədlərində (hesabdan çıxarışda) əks etdirilmiş 25565 ABŞ dolları məbləğində müştərinin tələbi ləğvetmə prosesində olan İddiaçı ASC tərəfindən 256 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir və bu Qanunun 78.1-ci maddəsinə əsasən 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla olan kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 23.04.2018-ci il tarixli məktubda isə Cavabdeh 3183 ABŞ dolları məbləğində kreditor tələbinin müştərinin ərizəsi əsasında “xxxx” ASC-nin kreditorlarının təsdiq olunmuş reyestrində 352 nömrəsi ilə qeydə alınması göstərilmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilən yuxarıdakı hallarına əsasən cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun həmin banka 17.11.2015-ci il tarixdə depozit müqaviləsi ilə qoyulmuş əmanət hesabına silinməsi və borcun olmamasına dair cavabdehə hesabdan çıxarış verilməklə cavabdehin ləğv prosesində olan bank qarşısında kredit müqaviləsindən irəli gələn borcunun lazımınca icra səbəbilə xətm olunması, eləcə də cavabdehin depozit hesabında olan pulunu qaytarmaq vəzifəsini yerinə yetirməyən iddiaçının cavabdehdən kredit borcunu tələb etməsini hüquqdan sui-istifadə etməsi nəticəsinə gələrərk, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mü lki Müəcəllənin 527.1, 528, 529.1, 529.3 və 560-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarında şərh olunan göstərişləri nəzərə almaqla işin müəyyən etdiyi hallarına uyğun olaraq iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bank kredit müqaviləsi əsasında cavabdehə 20000 ABŞ dolları həcmində kredit versə də, iddiaçı da həmin müqavilədən bir gün əvvə l banka 25000 ABŞ dolları məbləğində depozit qoymuş və öhdəliyini təminatı kimi həmin məbləğin borcuna silinməsinə razılıq vermiş, 23.04.2018-ci il tarixli məktubla isə Cavabdeh 3183 ABŞ dolları məbləğində kreditor tələbi “xxxx” ASC-nin kreditorlarının təsdiq olunmuş reyestrində 352 nömrəsi ilə qeydə alınmış, bununla da cavabdehin qoyduğu depozit hesabına sonuncunun kredit borcu silinmiş, hətta cavabdehin iddiaçı qarşısında depozit müqaviləsindən irəli gələn 3183 ABŞ dolları məbləğində öhdəliyi vardır. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528.1-ci maddəsinə görə öhd əliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi, apelyasiya instansiyası cavabdehin öhdəliyinə icra nəticəsində xitam verildiyini müəyyən etmişdir. İşin bu halı Mülki Məcəllənin 527.1 və 528.1-ci maddələrinin dispozitiv şərtləri baxımından iddianını təmin edilməsini istisna edir. Belə olan halda da apelyasiya instansiyası həmin normalara istinadən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçının cavabdehdən kredit borcunu tələb etməsinin hüquqdan suiistifadə olması barədə apelyasiya instansiyası məhkəməsini gəldiyi nəticə və hüquqi dəyərləndirməni də məhkəmə kollegiyası qəbul edir. İşin məhkəmələr tərəfindən mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, kred it müqaviləsi üzrə cavabdehə 20000 ABŞ dolları borc verən iddiaçı bank həm də depozit müqaviləsi əsasında cavabdehdən 25000 ABŞ dolları pulu əmanət götürüb. Kredit müqaviləsi üzrə verdiyi kreditə görə əsas məbləği və faiz almaq bankın hüququdursa, depozit müqaviləsinə görə aldığı əmanətə faiz hesablayıb həmin əmanəti tam qaytarmaq da bankın vəzifəsidir. Lakin hazırki halda bank iddiaçıdan əmanətə götürdüyü pulu qaytamaq öhdəliyini icra etmədən kreditə verdiyi daha az məbləğdə pulu cavabdehdən tələb edir. Bu isə hüquqdan sui-istifadə deməkdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə də şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini tam ar aşdırmış, işdəki sübutları Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər də apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasi ya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddi açı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli 2(103)-13192/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar