Məhkəmə qərarları › İş №2(102)-2876/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2876/2019

24.04.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2876/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.İ.Qarayev, iş 2(024)-513/2018) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülməsi üçün maneələrin aradan qaldırılm ası və məcburi qaydada ölçülərək sərhədlərinin dəqiqləşdirilməsi tələbinə dair iddiаsı təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №-li, 181454 saylı torpaq sahəsinin plan və ölçüləri haqqında sənədə əsasən 1.1845 ha torpaq sahəsinin ölçülməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və torpaq sahəsinin məcburi qaydada ölçülərək sərhədlərinin dəqiqləşdirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev, 2(107)-2916/2018 saylı mülki iş) Qax Rayon Məhkəməsin in 19 sentyabr 2018-ci il tarixli, 2(024)-513/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №-li, 181454 soylı torpaq sahəsinin plan və ölçüləri haqqında sənədə əsasən 1.1845 ha torpaq sahəsinin ölçülməsi üçün maneələrin aradan qaldırılması və məcburi qaydada ölçülərək sərhədlərinin dəqiqləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qə rarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0022 saylı, KOD 40317038 saylı dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X7, X15 və X8 verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0021 saylı, KOD 40317038 saylı dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı məhsulları istehsalı t əyinatlı torpaq sahəsi X4, İddiaçı və FSna verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0081 saylı, KOD 40317038 saylı dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 5.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X12, X2, X10, X9. X11, X16, X5 verilmişdir. İş materiallarına əlavə edilmiş AN 181454 torpaq sahəsinin ölçü və planından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 11845 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 verilmişdir. İşdə olan AN 181241 saylı torpaq sahəsinin ölçü və planından görünür ki, Qax rayon Aqrar İsl ahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 1773.39 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh verilmişdir. İş materiallarına əlavə edilmiş AN 181310 saylı torpaq sahəsinin ölçü və planından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 12122 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh verilmişdir. İşdə olan AN 181452 saylı torpaq sahəsinin ölçü və planından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə Qax rayonu, X kəndində yerləşən 3433 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 verilmişdir. İş materiallarında olan 2016-cı ildə tərtib edilmiş Şəki 12 saylı Layihə tədqiqat idarəsinin mühəndisləri və Qax rayonu Turaclı Bələdiyyəsinin sədri və aktda göstərilən digər şəxslər tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Şəki 12 saylı Layihə tədqiqat idarəsinin əməkdaşları tərəfindən Qax rayonu, X kənd sakini X6 mülkiyyətinə verilmiş AN 181454 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsinin tanıdılması zamanı göstərilən ərazidə X kənd sakini Cavabdeh həmin ərazini özbaşına zəbt edərək istifadə etdiyi məlum olmuş, oraya dəvət olunan Cavabdeh və oğulları ərazinin ölçülüb tanıdılmasına mane olmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin iddiaçının oğl u Nicat Süleymanlıya ünvanladığı məktubdan görünür ki, həmin məktubda mübahisəli Qax rayonu, X kəndində yerləşən 1.1845 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün sözügedən torpaq sahəsinə naturada baxış keçirilməsi və müayinə ölçü işlərinin aparılmasının zəruri olduğu, həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilməsi və müayinə ölçü işlərinin aparılmasının mümkün olmadığı izah edilmişdir. İş materiallarında olan Qax rayon Turaclı Bələdiyyəsinin verdiyi 20.09.2018-ci il tarixli arayışdan görünür ki, torpaq islahatı zamanı X kəndində subyekt başına 1.70 ha əkin və ya 0.85 ha zəbt torpaq sahəsi verilmişdir. İşdə olan Qax rayon VVAQ şöbəsinin v erdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X4 və İddiaçı nikahları 14.08.1992-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Turaclı kənd İƏD üzrə nümayəndəsinin verdiyi AZ-İ № 720027 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.11.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qax RİHB-nın Turaclı kənd İƏD-nin verdiyi 16.05.2018-ci il tarixli, 334 saylı arayışdan görünür ki, X4 10.11.2015-ci il tarixdə vəfat etmiş, vəfatından sonra X kəndində yoldaşı İddiaçı, oğulları X13 və X3 ibarət tərkibdə ailə üzvləri vardır. İş materiallarında olan seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu, X kəndində yaşayır. İşdə olan 04 iyun 2018-ci il tarixli, TT444703288 saylı ödəniş qəbzindən görünür ki, iddia çı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə və 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azər baycan Respublıkası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Qax rayon AİK-nın 28.12.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X1 Qax rayonu, Turaclı kəndində yerləşən 1.1845 ha kənd təsərrüfatı məhsullarını istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X4 10.11.2015-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfat ından sonra iddiaçı həmin torpaq sahəsini oğlu X6 mülkiyyətinə keçirmək üçün Qax rayon DNK-na müraciət etmiş və DNK-da vərəsəlik işi açılmışdır. DNK-nun DƏDRX-nə həmin torpaq sahəsinin mülkiyyətini təsdiq edən sənədin verilməsi barəsə sorğusu əsasında DƏDRX-nin nümayəndəsi həmin torpaq sahəsi ilə bağlı ölçmə işləri aparılarkən cavabdeh tərəfindən buna maneçilik törədilmişdir. Nəticədə torpaq sahəsinin ölçülərək hüquqi sənədin verilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar