Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2877/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13733/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.A.Paşayeva, iş № 2(008)-1467/2019) iddiaçı “xxxxxxxxxx” Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 2010-cu il tarixli Daxili Maliy yə lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında xx xxxxxxxx 2013-cü il tarixli əlavə razılaşmaya əsasən gecikən cəmi 16.637,93 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan məzənnəyə uyğun olaraq manatla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “xxxxxxxxxx” Lizinq Şirkəti QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Lizinq Şirkəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2010-cu il tarixli X4 müqaviləsinə əsasən bağl anmış xx xxxxxxxx 2013-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında razılaşmaya əsasən lizinq şirkəti “Range Rover” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh2 müvəqqəti istifadəsinə vermişdir. Həmin razılaşmaya əsasən Cavabdeh2 7200 ABŞ dolları avans olmaqla 36.000 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla 36 ay müddətində Lizinq şirkətinə ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin razılaşma üzrə lizinq alanın öhdəliklərinin təminatı kimi lizinq şirkəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Lizinq şirkətinin iddiası təmin olunaraq lizinq obyekti olan avtomobil cavabdehin istifadəsindən alınıb şirkətə qaytarılmışdır. 2018-ci ilin dekabr ayında Lizin q Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 lizinq obyektini təhvil verdiyi tarixə 17.075,93 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun lizinq alan Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulub lizinq şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək lizinq obyekti olan avtomobilin şirkətə təhvil verilməsi ilə şirkətin Cavabdeh2 borcunun olmamasını etiraf etməsinə baxmayaraq əsassız olaraq yenidən borcun ödənilməsi barədə Cavabdeh2 qarşı tələb irəli sürməsini, şirkətin iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsini, qətnamənin sübutlara düzgün qiymət ve rilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilib iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Digər Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın lizinq alan Cavabdeh2 qarşı qismən təmin olunmasını əsaslı sayarkən onun xx xxxxxxxx 2013-cü il tarixli öhdəliyin ötürülməsi barədə razılaşmaya əsasən borcun tam qaytarılmasını təmin etməməklə öhdəliyini lazımınca icra etməməsini və borcun eyni zamanda zamin Cavabdeh1 tutulmasını qanuni hesab edərkən onun zaminlik müqaviləsi ilə lizinq alanın öhdəlikləri üçün üzərinə məsuliyyət götürməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə m addi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxx 2019-cu il tarixli qətnaməsindən yalnız zamin Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş, lizinq alan Cavabdeh2 isə həmin qətnamənin qanuniliyini mübahisələndirməmiş, qətnamədən apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. B elə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən görünür ki, öhdəliyin ötürülməsi haqqında xx xxxxxxxx 2013-cü il tarixli razılaşma 36 ay müddətinə bağlanmış və Cavabdeh1lə zaminlik müqaviləsi də həmin razılaşma üzrə lizinq alanın öhdəliklərinin təminatı kimi bağlanmışdır. İşdən göründüyü kimi həmin razılaşmanın və eləcə də zaminlik müqaviləsinin müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitmiş, li zinq şirkəti tərəfindən isə zaminə qarşı 2018-ci ilin dekabr ayında, yəni 2 ildən artıq müddət keçdikdən sonra borcun qaytarılması barədə tələb irəli sürülmüşdür. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi işin həmin halını araşdırmadan, onlara müvafiq qiymət vermədən borcun eyni zamanda zamindən tutulmalı olması barədə nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2877/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2877/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver