Məhkəmə qərarları › İş №2(102)-2877/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2877/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2877/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:yaşayış sahəsinə köçürülmə) 19.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2259/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X6 arasındakı nikah ləğv edilmiş, bu barədə Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 iyun 2019-cu il tarixdə 57 № ilə qeyd aparılmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 sentyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ 533782 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X7 21 avqust 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə X6 göstərilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 sentyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ 533780 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X11 30 sentyabr 2010-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə X6 göstərilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-203/2019 saylı 01.05.2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 10 avqust 2009-cu il tarixdə bağlaqmış və Balakən rayon İH-nin Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları - 21 avqust 2009-cu ildə anadan olmuş X7 və 04 sentyabr 2010-cu ildə anadan olmuş X4 anası X1 yanında saxlanması, 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu il təvəllüdlü X7 və 04 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. JN-1174 KOD 40114018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə kəndi ərazisindən X9, X3, X10, Cavabdeh və X8 1,02 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə kəndi ərazisindən X5 700 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası tərəfindən kəndində onun üçün tikilmiş yarımçıq 2 otaqlı evdən cavabdehin çıxarılması və onun 2 azyaşlı övladı ilə birlikdə həmin evə yaşamaq və istifadə hüququ t anınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası ona kömək etmək məqsədilə kəndində 05 sot sənədsiz torpaq sahəsində onun üçün iki otaqlı ev tikdirmişdir. Həmin torpağın heç bir sənədi yox idi. Onun qızı “Nevropatiya” diaqnozu ilə ağır yataq xəstəsi olduğu üçün Tülü Bələdiyyəsi və Tülü kənd İcra Nümayəndəliyindən atasına şifahi icazə vermişlər. Gələcəkdə həmin tikilini hüquqi qeydiyyatdan keçirib qanuni sənədlərini almalarını bildirmişlər. Həmin evi atası tikəndən sonra o, iki uşağı ilə həmin evə köçmüşdür. Daha sonra valideynləri onun ailəsini bərpa etrmək məqsədilə danışıqlar apararaq cavabdehlə onu barışdırmışlar. Bir müddətdən sonra cavabdeh onu 2 uşağı ilə atasının tikdiyi evdən qovmuş, özü həmin evə yiyələnmişdir. Ev daxma kimi tikilmiş 2 otaqlıdır. Həmin evin 2 otağından birini nisbətən istifadə etmək mümkündür. Digər otağı isə yararsızdır. Həmin evə köçməmişdən əvvəl cavabdehlə ailəli olduğu vaxtlarda onun valideynlərinin evində və daha sonra kirayələrdə yaşamışlar. O, hazırda 2 azyaşlı uşağı ilə Balakən şəhərində məcburi kirayədə qalır. Kirayə haqqı kommunal xərclər daxil olmaqla ümumilikdə 250-300 manat təşkil edir. Qızı xəstə olduğu üçün kirayə haqqı ödəməyə onun maddi imkanı yoxdur. O, dəfələrlə cavabdehlə atasının onun üçün tikdiyi evi boşaltması barədə danışmışdır. Lakin cavabdehlə heç bir razılıq əldə edə bilməmişdir. Onun cavabdehlə həmin özbaşına tikilidə yaşaması mümkün deyildir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qə bul etməyərək izahatında göstərmişdir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi atası X5 məxsus torpaq sahəsində, atasının maddi yardımı ilə tikilmişdir. Həmin evin qeydiyyat çıxarışı yoxdur. İddiaçı və uşaqlarının həmin evə köçürülməsinə razı deyildir. Sözügedən ev yaşayış üçün yararlıdır, ora işıq çəkilmişdir və orada digər kommunal şərait vardır. Özü həmin evdə yaşayır. İddiaçı da 5 il ərzində həmin evdə yaşamış, iddiaçı ilə birlikdə həmin evdə ümumi təsərrüfat aparmışlar. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 15 sentyabr 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) iddia tələbi qismən təmin edilmiş, İddiaçı uşaqları - 21 avqust 2009-cu ildə doğulmuş X7 və 04 sentyabr 2010-cu ildə doğulmuş X11 ilə birlikdə kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hazırda cavabdehin mübahisələndirdiyi hissədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2009 və 2010-cu il təvəllüdlü uşaqlarının yaşayış yeri kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçməsinə və oradan istifadə etməsinə maneələr yaradılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin ailə üzvü olduğundan və cavabdehlə birlikdə iddia predmetini təşkil edən evdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, o və yetkinlik yaşına çatmayan uşaqları həmin evdə yaşadığından və onların daimi yaşayış yeri həmin ev sayıldığından, bununla da onların daimi yaşayış yeri sözügedən fərdi yaşayış evi olduğundan iddiaçı və yetkinlik yaşına çatmayan uşaqları iddia predmetini təşkil edən həmin evə köçürülməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Mirbahəddin Hüseynov - sədrlik edən və məruzəçi, Elşin Hüseynov, Gündüz Abbasov) 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kəndi ərazisindən cavabdehin atası (iddiaçının qaynatası) X9 və ailə üzvlərinin mülkiyyətinə verilən, cavabdehin də mülkiyyət payı olan 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz və özbaşına inşa edilmiş olsa da, lakin son 5-6 il ərzində iddiaçı və onun azyaşlı uşaqlarının, habelə cavabdehin faktiki yaşayış yeri olmuşdur. Bu ev onların orada birlikdə yaşaması üçün inşa edilmişdir. Həmin evin hüquqi müstəvidə daşınmaz əmlak obyektini və mənzilhüquq münasibətlərinin predmetini təşkil etməməsinə baxmayaraq o, yaşayış sahəsi kimi faktiki olaraq mövcuddur, hal- hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Sözügedən evdən yaşayış sahəsi kimi istifadəyə məhkəmə qaydasında, yaxud başqa səlahiyyətli dövlət orqanları tərəfindən qadağa və ya məhdudiyyət qoyulmadığından həmin evdə həm iddiaçı, həm cavabdeh və həm də onların uşaqları əvvəllər olduğu tərzdə yaşamağı davam etdirməyə haqlıdırlar. Cavabdehin iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsindən məhrum etməsi və onları həmin yaşayış sahəsindən çıxarması qanunsuz hərəkətdir. Sözügedən evin qeyri-qanuni və özbaşına tikinti olması cavabdehə əsas vermir ki, o, iddiaçı və azyaşlı uşaqlarını həmin evdən çıxartsın, özü isə orada yaşamağı davam etdirsin. Eləcə də iddiaçı tərəfindən cavabdehin mübahisəli evdən çıxarılmasının tələb olunması qanuni deyildir. Nə qədər ki, mübahisəli ev yaşayış sahəsi kimi mövcuddur, orada yaşamaq həm cavabdehin, həm də azyaşlı uşaqları ilə birlikdə iddiaçının haqqıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün heç bir əsas görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilm işdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının iddiasını təmin edərkən onun gəlin köçərkən həmin evə yox atası Rəşid Dabaxovun evinə gəlin köçməsini orada yaşamasını nəzərə almamışdır. Həm birinci, həm də apellyasiya məhkəməsi mübahisəli evin pay torpaq sahəsində tikildiyini, qanunsuz tikili olduğunu, gələcəkdə həmin torpaq sahəsinin mülkiyyətçiləri tərəfındən evin dağıdılaraq yerlə-yeksan edilməsi ehtimalını nəzərə almamışdır. Bundan əlavə, evin ancaq bir otağının təmir olunduğunu, iddiaçının onunla gələcəkdə həmin bir otaqda yaşaya bilib-bilməməsini nəzərə almamış, cavabdehi n ailə qurub həmin bir otaqda yaşadığı halda digər şəxslərin də həmin otaqda yaşamaq üçün imkanlarının olubolmamasını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xa hiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayış sahəsinin cavabdeh də daxil olmaqla onun ailə üzvlərinə ayrılmış kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşın a tikili olmasını nəzərə alaraq iş üzrə nəticəyə gəlmiş, eyni zamanda iddiaçı və azyaşlı uşaqlarının həmin yaşayış sahəsində cavabdehlə birlikdə yaşayaraq birgə təsərrüfat aparmasını, həmin yaşayış evindən iddiaçı və uşaqlarının yaşayış sahəsi kimi istifadə etməsini nəzərə alaraq iddia tələbini iddiaçının və azyaşlı uşaqlarının yaşayış sahəsinə köçürülmə hissəsində təmin etmiş və məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Konstisiyasının 43-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən hər hansı bir prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hsab edir ki, İddiaçı və azyaşlı uşaqlarının mübahisəli evdən yaşayış sahəsi kimi istifadə imkanının olması və həmin imkanın cavabdeh B əhruz Doqanovla bərabər həddə olması evin tikintisində iddiaçı tərəfindən (atası) müəyyən xərc çəkməsi və əməyinin olması kimi hallardan da irəli gəlir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2259/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar