Məhkəmə qərarları › İş №2(102)-2878/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2878/2020

02.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2878/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı vəkili X5 və cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14480/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4014/2018 saylı qətnaməsi ilə (sədrlik edən, ha kim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan iddiaçının xeyrinə itirdiyi və əvəzi ödənilməli olan qazanca görə 49.606 manat, maddi ziyana görə 1.000 manat, mənəvi ziyana görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)699/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdeh təşkilatın apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi l əğv edilib, iddia ərizəsi rədd olunub və iddiaçının apelyasiya şikayəti təmin edilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-5598/2019 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14480/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “itirdiyi və əvəzi ödənilməli olan qazanca, gəlirə görə 49.606 manat, vurulmuş maddi zərərə görə 7.000 manat, mənəvi zərərə görə 30.000 manat pul tələbinə dair” iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Heydər Abuzərov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə və apelyasiya instansiyası məhk əməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdeh təşkilat isə kasasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh təşkilatın kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, cavabdeh təşkilatın işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının sağlamlığına maddi, m ənəvi ziyan dəyməsinə, öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə cavabdeh təşkilatın mülki məsuliyyət daşımasına və cavabdeh təşkilata münasibətdə iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1099.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qayda sında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı cavabdeh təşkilatın Şimal RETSİ-nin X3 paylayıcı şəbəkə sahəsində usta işləyib və işəgötürənin xx xxxxxx 2018-ci il tarixli, k/18-00471 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsasına görə xx xxxxxx 2018ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib. Daha sonra, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, cavabdeh təşkilatın Şimal RETSİ-nin X4 rəisi vəzifəsində işləyən xxx “xxxx” ASC-nin X1 Şabran bölməsinin rayonun Padar kəndi ərazisində yerləşən 10 kv-luq yüksək gərginlikli elektrik transformatorunda profilaktiki işlərin yerinə yetirilməsi barədə şifahi olaraq Elektrik Şəbəkəsinin paylayıcı şəbəkə sahəsinin ustası İddiaçı göstəriş verib və nəticədə xxxin ehtiyatsızlığından İddiaçı xx xxxxxx 2016-cı il tarixdə sözügedən transformatorda işləyərkən elektrik gərginliyinə düşərək yetirilən anda həyat üçün təhlükəli olan “hər iki əlin, hər iki saidin, qarnın ön divarının, İİİ-İV dərəcəli elektrotermik yanıqlarından, başın alın nahiyəsinin əzilmiş yarasından, sağ baldırın sümüklərinin açıq qəlpəli sınıqlarından” ibarət olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər almışdır. Bundan sonra, Şabran rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə cavabdeh təşkilatın Şimal RETSİ-nin X4 rəisi xxx Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci madd əsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli sayılaraq 500 manat cərimə cəzasına məhkum edilib. Eyni zamanda, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” ASC və digərlərinə qarşı “istehsalat xəsarəti almasına dair akt tərtib edilməsi” barədə iddiası təmin edilərək, İddiaçı istehsalat zədəsi alması barədə akt tərtib edilməklə, hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında “İZ” formalı aktla rəsmişləşdirilməsi və həmin aktın İddiaçı verilməsi vəzifəsinin “xxxx” ASC öhdəsinə qoyulması qət edilib. Göründüyü kimi cavabdeh təşkilatın işçisi xxxin hüquqla və qanunla müdafiə edilən iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ, hərəkətsizliyə yol verməsi mülki i ş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə istisna olunmur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin maddənin mənasına görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün o, vaxt məcburi sayıla bilər ki, hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti həmin hökmlə müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qullu q, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini araşdırıb, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh təşkilatın işçisi xxxin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, əvvəla, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmi ş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, hə m müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın kasasiya şikayətində irəli sürdüyü arqumentlərlə razılaşmayıb hesab edir ki, cavabdeh təşkilatın işçisi xxxin hüquqla və qanunla müdafiə edilən iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa nunvericiliyin normalarını pozan) əmələ, hərəkətsizliyə yol verməsi mülki iş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh təşkilat tərəfindən yenidən mübahisələndirilə bilməz. Kasator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, həmçinin cavabdeh təşkilatın iddiaçıya dəymiş zərər görə mülki məsuliyyət daşımamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandı rmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları s übut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi k asatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14480/2019 saylı qətnaməsi mübahisələndirilən his sədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar