Məhkəmə qərarları › İş №2(102)-288/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-288/2020

06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili X9 oğlunun, nümayəndəsi Əliyev Arif Vəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdehə qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10815/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X9 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəm ə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3486/19 saylı, 02 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) İddiaçı Cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5121/2013 saylı 19 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh X. 2009-cu il təvəllüdlü X3 və X. 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat,cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10815/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (h akimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.K.Xəlilov), Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3486/19 saylı, 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-5121/13 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq X.2009-cu il təvəllüdlü X3 və X.2010-cu il təvəllüdlü X4 hər biri üçün 160 manat, cəmi 320 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)5121/13 saylı, 19 iyul 2013-cü ıl tarixli qətnaməsinə əsa sən onun iddiası təmin edilmiş, 21 may 2009-cu il təvəllüdlü X3 və X. 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 93 manat olmaqla cəmi 186 manat aliment təyin olunmuşdur. Həmin qətnamədən artıq 6 il keçir.Uşaqlar günü gündən böyüyür və maddi tələbatları artır. O təkbaşına iki övladı böyüdə bilmir. Daimi iş yeri yoxdur, cavabdeh uşaqlara alimentdən başqa heç bir şey ödəmir. Cavabdehin yaxşı imkanı və gəlirləri var. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X9 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X9 oğlu və nümayəndəsi Əliyev Arif Vəli oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından x ahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkili X9 oğlunun, nümayəndəsi Əliyev Arif Vəli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin təl əbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materia llarında olan Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(008)-1368/2011 saylı qətnaməsi ilə tərəfər arasında olan nikah pozulmuş və birgə nikahdan olan 21 may 2009-cu il təvəllüdlü X6 və 30 iyul 2010-cu il təvəllüdlü X7 analarının yanında saxlanılmışdır. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli 2(008)-5121/2013 saylı qətnaməsi Sabunçu Rayon Məhkəməsinin 20.05.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin növü və miqdarı hissəsində dəyişdirilərək 21 may 2009-cu il təvəllüdlü X3 və 30 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 93 manat, cəmi 186 manat alimentin tutulması müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 566895 nöm rəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 may 2009-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 03.12.2010-cu il tarixdə verilmiş digər doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyul 2010-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 19.04.2019-cu il tarixli, **********0 saylı arayışdan görünür ki, Cavabdeh Xəzər rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyatdadır, işsizlikdə-sığorta ödənişi almamış və onun Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X2 qüvvədə olan əmək müqaviləsi qe ydə alınmamışdır. İşdə olan “xxxx“ MMC tərəfindən verilmiş 01.04.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 10.11.2015-ci il tarixdən hal-hazırkı dövrə qədər “xxxx“ MMC-nin satış şöbəsində satış təmsilçisi vəzifəsində işləyir və əmək haqqısı 350 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -112.1 -ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını s axlamağa borcludurlar. -78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı v əzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırkı vaxtda işləməsi və 350 manat əmək haqqı alması, Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmədiyindən birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanun normalarına əsasən Cavabdeh 21 may 2009-cu il təvəllüdlü X3 və 30 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat,cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikas ı Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Respublika üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən olunduğundan uşağın mənafeyi əsas götürülməklə tutulmalı alimentin məbləği həmin qanuna uyğunlaşdırılmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gə lmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstəri lənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10815/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar