Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2880/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Şəki Regional Qİ və TB ş öbəsi) qarşı “pul” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-445/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 3 sentyabr 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ***-**** nömrəli məktubdan qeyd olunmuşdur ki, şöbədə yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 1/10 mən. 12-də qeydiyyatda olan İddiaçı2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış JAC J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüquqi) və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Kürdəmir rayonu Sovla kəndində qeydiyyatda olan İddiaçı1 (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) idarə etmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh1 Abşeron rayon 1 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə əsasında İddiaçı2 məxsus JAC J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 adına 62B0337 dövlət qeydiyyat nişanla rı təyin edilməklə qeydiyyata alınmışdır. Cavabdeh2 məxsus olan JAC J5 markalı, 62B0337 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.
2. Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ***-**** nömrəli məktubda qeyd olunmuşdur ki, şöbədə yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 1/10 mən.12-də qeydiyyatda olan İddiaçı2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış JAC J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) və Bakı şəhəri 48 saylı notari at ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Kürdəmir rayonu Sovla kəndində qeydiyyatda olan İddiaçı1 (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) idarə etmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh1 Abşeron rayon 1 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə əsasında İddiaçı2 məxsus JAC J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2021-ci il tarixdək idarə etmişdir. xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd olunan nəqliyyat vasitəsinə Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 adına 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxa rılmışdır. xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd olunan nəqliyyat vasitəsi Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan X1 adına 12BX604 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır.
3. Zaqatala Rayon Polis X8 tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli qərara görə, qərarın təsviri hissəsindəkilərə əsasən Cavabdeh2 İddiaçı1ın avtomobilini ələ keçirərək ona qarşı dələduzluq etməsi xususatı təsdiq olunmadığına görə cinayət işi başlanılması rədd edilmişdir.
4. Həmin qərarda qeyd olunmuşdur ki, xx.xx.2021 ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər sakini Alıyev X14 RPŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldadaraq ona məxsus JAC J-5 markalı hazırda dövlət qeydiyyat nişanlı **-BO-*** olan avtomobili ələ keçirdiyi, avtomobilinin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir.
5. Həmin qərarda yer alan İddiaçı1 izahatından görünür ki, Cavabdeh2 onun arvadının xalası qızıdır və Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. O, əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar xidmətində işlədiyinə görə Cavabdeh2 onun əlaqələrinin geniş olduğunu düşünərək 2019-cu ilin sonlarında sonuncunun oğlu Ruslanı işə düzəltməyi üçün ondan xahiş etmişdir. Bu məqsədlə Cavabdeh2 oğlu Ruslanla birlikdə onun yaşadığı evə gəlmiş, birlikdə yeyib içdikdən sonra onun idarə etdiyi JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmiş, Validə Ramzanovanı əvvəllər tanıdığı Rəsul Rüstəmovla tanış etmiş, Cavabdeh2 və Rəsul Rüstəmo v öz aralarında söhbət edərək razılaşdıqdan sonra Cavabdeh2 onun və sonuncunun oğlu Ruslanın yanında Rəsul Rüstəmova X10 Nazirliyinə Yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün 8000 (səkkiz min) manat pul vermişdir. Bir müddət sonra pandemiya dövrü olduğuna görə Rəsul Rüstəmov məsələni uzatmağa başlamış, 2021-ci ilin yanvar ayında isə Rəsul Rüstəmovun intihar etdiyi məlum olmuşdur. Bir müddət sonra Cavabdeh2 Rəsul Rüstəmovla tanış olmasına onun səbəb olmasını bildirərək Rəsul Rüstəmova verdiyi 8 min manat pulu ondan tələb etməyə başladı. O, Validə ilə bu məsələni həll etmək üçün Bakı şəhərindən Zaqatalaya rayonu Aşağı Tala kəndində Cavabdeh2 yaşadığı evə getmiş, sonuncu ilə söhbət əsnasında o, qohumluq münasibətinin pozulmaması üçün Ruslanı işə düzəldəcəyini, hətta bu məqsədlə maşınını da sa ta biləcəyini bildirmişdir. Daha sonra o, Bakı şəhərinə qayıtmış, xəstələndiyi üçün Cavabdeh2 telefon zənglərinə cavab verə bilməmiş, Cavabdeh2 onu telefonunu qəsdən söndürməklə onu aldatmaqda günahlandırmışdır. O, Validə Ramzanovaya xəstə olduğuna görə Zaqatala rayonuna gələ bilməyəcəyini, özlərinin gəlib maşını götürüb aparıb satmaqlarını təklif etmişdir. Bir müddət sonra Validə Ramzanovanın əri Aslan və onun yanında Sərxan adlı bir şəxs Xırdalan şəhərinə gəlmiş, o, özünə məxsus JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 sata bilməsi üçün sonuncunun əri Aslan Ramazanova mülki etibarnamə vermişdir. Daha sonra həmin avtomobili Zaqatala rayonunda Cavabdeh2 oğlu Ruslan Ramazanovun sürdüyü ona məlum olmuşdur. O, bir müddət sonra Zaqatala rayonu Aşağı Tala kəndin ə toya gəlmiş və Cavabdeh2 4000 manat verərək avtomobili satdıqdan sonra isə 4000 manat da qaytaracağını bildirmişdir. Bu səbəbdən də, o, Cavabdeh2 arvadı Esmıra Alıyevanın adına mülki etibarnamə almış və avtomobili Zaqatala rayonu Aşağı Tala kəndinə yaşayan qaynı Elxanın həyətində saxlayaraq Bakı şəhərinə qayıtmışdır. Daha sonra isə Cavabdeh2 onun arvadı Esmira Alıyevaya verdiyi mülki etibarnaməni ləğv edərək avtomobili öz adına keçirmiş və ona qaytarmamışdır.
6. Həmin qərarda yer almış Cavabdeh2 izahatından görünür ki, İddiaçı1 onun xalası qızının əridir, onlar arasında münasibətlər normaldır. Təxminən 2018-ci ildə onun Bakıda yaşayan qohumu İddiaçı1 öz ailəsi ilə birlikdə onun yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndinə toya gəlmiş, onun evində qonaq olarkən Əli onun oğlu Ruslanı işə dü zəldə biləcəyini, onun işə düzəltmək üçün yaxın bir dostunun olduğunu və X10 Nazirliyinə düzəldə biləcəyini bildirmişdir. O, Əlidən Ruslanı işə düzəltməsı üçün xahiş etmişdir. İddiaçı1 Bakı şəhərinə qayıtdıqdan təxminən 10-15 gün sonra ona zəng edərək Ruslanın işə düzəlməsi üçün Rəsul Rüstəmovun 8000 (səkkiz min) manat pul istədiyini bildirmişdir. O, pulu verməyə tərəddüd etsə də, Əli onun arxayın olması üçün söz vermişdir. O, 8000 manat pulu götürərək tək Bakı şəhərinə getmiş, Əlinin yaşadığı evə gedərək oradan da Əli ilə birlikdə sonuncunun idarə etdiyi JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmiş, orada Əliyə məxsus avtomobilin içində söhbət edib razılaşdıqdan sonra 8000 manat pulu Əliyə vermiş, Əli isə pul u sayaraq orada Rəsul Rüstəmova vermişdir. O, uzun müddət Rəsul Rüstəmovun onun oğlu Ruslanı işə düzəltməsini gözləmiş, lakin 2021-ci ilin yanvar ayında Rəsul Rüstəmovun intihar etdiyi məlum olmuşdur. Bundan sonra o, Əli ilə pulun qaytarılması barədə danışsa da, Əli pulu qaytarmamışdır. Bir müddət keçdikdən sonra Əli özünə məxsus JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini satdığını bildirmişdir. O, Bakı şəhərinə gedərək Əlinin evində 9500 manat pulu Əliyə verərək Xırdalan şəhərində mülki etibarnamə alaraq Zaqatala rayonu Aşağı Tala kəndinə qayıtmışdır. O, JAC-J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhərində öz adına keçirərək qeydiyyat şəhadətnaməsi almış və avtomobilin dövlət qeydiyyat nişanı dəyişərək **-BO-*** olmuşdur. Bir müddət sonra o, həmin avtomobilin keyfiyyətli olmadığını öyrənmiş Əlidən pulu geri istəmişdir. Əli isə ona avtomobili sataraq pulu qaytara biləcəyini deyərək arvadı Esmiranın adına mülki etibarnamə almış, lakin o, həmin avtomobilin başqa şəxs tərəfindən sürüldüyünü görüb yenidən həmin etibarnaməni ləğv edərək avtomobili geri almışdır.
7. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X13 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. Həmin qərardan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1979cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizə ilə Zaqatala rayon prokurorluğuna müraciət edərək iki il qabaq qohumu İddiaçı1 təsiri və təzyiqi ilə oğlu X4 Hall ar Nazirliyində işə düzəldilməsi üçün rüşvət qismində pul verdiyini bildirərək İddiaçı1 barəsində tədbir görülməsini xahiş etmişdir.
9. Həmin qərarın təsviri hissəsində yer almış İddiaçı1 izahatından görünür ki, Cavabdeh2 onun arvadının xalası qızıdır və Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. Cavabdeh2 2019-cu ilin sonlarında ona yaxınlaşaraq oğlu X6 Hallar Nazirliyində işə düzəltməyi ondan xahiş etmişdir. O da Ruslanı işə düzəltməsi ilə bağlı məsələləri, yollarını izah etmiş və bildirmişdir ki, əvvəllər onunla birlikdə penitensiar xidmətdə işləmiş Rəsul Rüstəmov adlı şəxs vardır, sonuncu pul müqabilində ayrı-ayrı şəxsləri işə düzəldə bilir, tanış edə bilər, özləri görüşüb məsələni müzakirə edərlər. Bu məqsədlə Validəni və oğlunu Rəsul Rüstəmov adlı Bakı şəhər sakini ilə tanış etmişd ir. Həmin vaxtdan sonra Cavabdeh2 oğlu Ruslanla birlikdə onun yaşadığı evə gəlmiş və onlar birlikdə yeyibiçdikdən sonra onun idarə etdiyi JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmişlər. Yolda olarkən o Validəyə Rəsulun səsini yazmağı, sonra bir şey olarsa əllərində sübut ola biləcəyini bildirmişdir. Zabrat qəsəbəsinə getdikdən sonra Rəsulun yaşadığı evin yaxınlığında Rəsul Rüstəmovla görüşmüşlər, öz aralarında söhbət etmişlər və razılaşmışlar. Validə onun və oğlu Ruslanın yanında X3 Fövqəladə Hallar Nazirliyinə Yanğınsöndürən işinə düzəltməsi üçün 8000 manat pul vermişdir. Bir müddət sonra pandemiya olduğuna görə Rəsul Rüstəmov məsələni uzatmağa başlamışdır. Onlar da Rəsula inandıqları üçün gözləmişlər. 2021- ci ilin yanvar ayında eşitmişlər ki, Rəsul Rüstəmov intihar etmişdir. Bundan sonra Validə ondan pulunu geri tələb etməyə başlamışdır. O, da qohumluq əlaqələrinin olduğunu, məsələnin dərinləşməməsini bildirərək mülkündə ancaq JAC J-5 markalı dövlət qeydiyyat nömrəsi olan **-HF-*** nişanlı avtomobilin olduğunu, həmin avtomobilin satılmasını, pulun 8000 manat hissəsinin onlara, qalan hissəsinin isə özünə qaytarılmasına dair razılığa gəlmişlər. Avtomobili Validəyə verdikdən bir müddət sonra avtomobilinin Zaqatala rayonunda idarə olunduğunu görmüşdür. Sonra aralarında razılaşma olmuş ki, o Validəyə 4000 manat versin. Validə isə ona maşını qaytarsın. Yerdə qalan 4000 manatı o, Validəyə hissə-hissə qaytaracaqdır. Validə də bunu qəbul etmişdir. Bir müddət sonra Validə Abşeron rayonuna, onun yaşadı ğı evə gəlmiş və o Validəyə təklikdə 4000 manat pul vermişdir. Eləcə də maşınla bağlı arvadı Esmira Alıyevaya mülki etibarnamə almış və maşını arvadının qardaşı Elxanın Zaqatala rayonunda yerləşən, yaşadığı evin həyətində saxlamışdır. Bir müddət sonra Elxan ona zəng edərək maşınını yol patrul xidmətinin əməkdaşlarının həyətdən apardığını bildirmişdir. Bu məsələni araşdırdıqda ona məlum olmuş ki, Aslan onun arvadı Esmiranın adına olan etibarnaməni ləğv etdirmiş, avtomobili öz adına keçirmiş və avtomobilə yeni dövlət qeydiyyat nişanı almışdır. Həmin avtomobilin yeni dövlət qeydiyyat nişanı **-BO-***-dir və Cavabdeh2 adınadır. Yol-patrul xidmətinin əməkdaşları maşını həyətdən götürərək müvəqqəti dayanacağa qoymuşlar və Cavabdeh2 vermişlər. Sonra isə o Validəyə zəng etmiş və maşını almaq istəy ən müştəri olduğunu bildirmişdir. Validə razılaşmamış və maşının texniki şəhadətnaməsini tələb etmişdir. O isə Validəyə bildirmişdir ki, onlar maşını satan günü o texniki şəhadətnaməni götürüb Zaqatala rayonuna gələcək və onlara 4 min manat verəcəkdir. Daha sonra isə Validə maşının artıq onun olduğunu, maşını satmadığını və öz şəxsi mülkiyyətinə çevirdiyini bildirmişdir. Validə onu aldadaraq şəxsi mülkiyyətini əlindən almış və hal hazırda onun 4 min manat pulu və avtomaşını Validənin əlindədir. Bu hadisə ilə bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. 10. 14 iyun 2021-ci il tarixli AE 088045 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-BO-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı, mühərrik həcmi 4300 kub sm olan JAC-J5 markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 olmuşdur. 11. 15.07.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 868942 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən, Cavabdeh2 Jac-J5 minik markalı **BO-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək sərəncam vermək hüququ da daxil olmaqla X5 etibar etmişdir. 12. "xxxx" MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, aparılmış hesablamalara və təhlillərə əsasən istehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, **BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixinə ədalətli bazar dəyəri 15600,0 (on beş min altı yüz) manat təş kil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İddiaçı2 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14000 manat pulun iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, İddiaçı2 mülkiyyətində "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı2 həmin avtomobili iş üzrə digər İddiaçı1 satmış, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamış və avtomobil etibarnamə əsasında İddiaçı1 sahibliyinə verilmişdir. İddiaçı1 iş üzrə Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi il ə bağlı olaraq 4000 manat pulun təminatı olaraq "JAC J-5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sahibliyinə vermək məqsədi ilə iş üzrə digər Cavabdeh1 adına etibarnamə vermişdir. İş üzrə digər Cavabdeh1 isə iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığı olmadan formal olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin avtomobili iş üzrə Cavabdeh2 adına rəsmiləşdirmişdir. İş üzrə Cavabdeh2 həmin avtomobili daha sonradan özgəninkiləşdirmişdir. İşin bu halı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsində aparılmış araşdırma materialları və iş üzrə Cavabdeh2 verdiyi izahatı ilə tam təsdiq olunur. Göründüyü kimi iş üzrə Cavabdeh2 bütün bu hərəkətləri ilə əsassız varlanmışdır. İş üzrə Cavabdeh2 həmin avtomobili özgəninkiləşdirmiş, lakin avtomobilin dəyəri ola n dəyəri 14000 manat pulu İddiaçı1 verməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iş üzrə Cavabdeh2, mülkiyyətində olmuş "JAC J-5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili və yaxud onun dəyəri olan 14000 manat pulu tələb etsə də, sonuncu bundan qərəzli olaraq boyun qaçırmışdır.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək göstərmişdir ki, Cavabdeh2 ilə aralarında qohumluq münasibətləri var. Cavabdeh2 Ruslan adlı oğlu var. 2018-ci ildə Ruslan həqiqi hərbi xidmətdən gəldikdən sonra Validə onu işə düzəltmək istəmiş və dediyinə görə bir şəxslə razılaşmış və həmin şəxs bunun qarşılığında ondan 14000 manat tələb etmişdir. Cavabdeh2 isə onun həmin məbləği verə biləcək imkanının olmadığını əsas gətirərək, ondan oğlunu işə düzəltmək üçün kömək istəmişdir. O da öz növbəsində qohum olduğu üçün Cavabdeh2 kömək etmək məqsədi ilə araşdırmış və Rəsul Rüstəmovun belə işlərlə məşğul olduğunu öyrənmiş və Validəyə bu barədə demişdir. Bir müddət sonra o, Validə, onun oğlu Ruslan və Rəsul görüşmüş və Validə onların yanında X3 Fövqaladə Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işlə düzəltməsi üçün 8000 manat vermişdir. Bir müddət sonra pandemiya dövrü olmuş elə həmin vaxtlarda Rəsul Rüstəmov intihar etmişdir. Onun intihar etməsindən sonra Validənin oğlu Ruslanı prokurorluğa dəvət etmişdirlər və Ruslan tək qalmasın deyə ona mənəvi dəstək olmaq məqsədi ilə onunla birgə prokurorluğa getmişdir. X2 son telefon danışıqları apardığı şəxslər sırasında Validənin oğlu Ruslanla danışıqların olduğu bildirilmiş və onun izahatı alınmışdır. Bundan bir neçə gün sonra Rəsul Rüstəmo vla onun özünün də danışıqları olduğu üçün onu da dəvət edərək prokurorluğun müstəntiqi izahatını almışdır. Rəsul vəfat etdikdən sonra Validə ondan 8000 manatı tələb etməyə başlamış və uşağı işə düzəltməq məqsədi ilə kreditlər götürdüyünü demişdir. O da Validəyə onun da borclarının olduğunu bildirmiş və yalnız mülkiyyətində olan Jac J-5 markalı maşınının olduğunu və həmin maşını satdıqdan sonra Validəyə 8000 manatı qaytara biləcəyini demişdir. Validə də bu fikirlə razılaşmışdır. Bundan sonra mülkiyyətində olan avtomobil internetdə satışa qoyulmuşdur. Bir müddət sonra ona məxsus avtomobil satılmadığına görə Validə ona həmin avtomobili Zaqatalada sata biləcəyini demişdir. Validə ilə həmin avtomobilin dəyərinin 12-13 min arası olması ilə bağlı danışıqlar olmuşdur və aralarında olan razılığa ə sasən Validə avtomobili 12000 manata satdıqdan sonra özünə məxsus 8000 manatı götürməli və satışdan qalan 4000 manatın ona qaytarılmalı idi. Validə əri Aslan və Sərxan adlı şəxslə gəlib onun ünvanından maşını götürərək aparmışlar və sata bilməsi üçün Validənin yanında gələn Sərxan adlı şəxsə bununla əlaqədar etibarnamə verilmişdir. Bir müddət sonra Validənin avtomobili sata bilmədiyini və avtomobilin onun oğlu tərəfindən idarə edildiyini öyrənmişdir. Zaqatala rayonuna tanışlarının toy mərasiminə gəldiyində Validə ilə görüşmüş, ona 4000 manat pul vermiş və maşını qaytarmasını, maşın satıldıqdan sonra 4000 manatı da ona qaytaracağını bildirmişdir. Bundan sonra Validədən həyat yoldaşı Esmiranın adına mülki etibarnamə almış və avtomobili qohumunun həyətinə qoyaraq Bakı şəhərinə qayıtmışdır. Bu ndan sonra Validə Esmiranın adına verdiyi etibarnaməni ləğv etmişdir və Validəgilə verilmiş mülki etibarnamə əsasında Validə ilə alqısatqı müqaviləsi bağlanmış və Jac-J5 markalı avtomobil Validənin adına daha sonra isə üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdeh2 borclu olması ilə əlaqədar məlumatlar da onun tərəfindən təqdim edilmiş Validə ilə həyat yoldaşı Esmiraya məxsus audio yazılarda və yazışmalarda öz əksini tapmışdır. O, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında verilən sualları cavablandırarkən İddiaçı1 bildirmişdir ki, o Validəyə maşını 8000 manat borca görə vermişdir. Aralarındakı razılığa görə maşın satıldıqdan sonra 8000 manatı Validə özünə götürməli və 4000 manatı qaytarmalı idi. Eyni zamanda onlar qohum olduqları üçün almadığı 8000 ma natı Validəyə qaytarmağı vəd etmişdir. Həmin 8000 manat ona yox, Rəsula çatmışdır. O əlavə olaraq qeyd etmişdir ki, prokurorluqda izahat verərkən maşının dəyərinin 10000 manat olması ilə bağlı yazılanları o oxumadan imzalamışdır və 4000 manat əlavə pulu isə o qohum olduğu üçün və kömək məqsədi ilə Validəyə verdiyini bildirmişdir.
17. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O eyni zamanda məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, cavabdehlər bu iddia ilə yalnız avtomobilin dəyərini tələb edirlər, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 4000 manat pul bu iddia ilə əhatə olunmayıb, bunun səbəbi hazırki iddia tələbinin əsasının əsassız varlanma ilə bağlı olması və pul tələbinin əsassız varlanmaya aidiyy ətinin olmamasıdır.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, oğlu Ruslanı işə düzəltmək təklifi İddiaçı1 gəlmişdir və Rəsul Rüstəmov da onun tanışıdır. O, oğlu Ruslanın işə düzəldilməsi üçün 8000 manatı Əliyə vermişdir və işi düzəlmədikdən sonra ondan da tələb etmişdir. İddia tələbinin predmeti kimi qeyd edilən avtomobili o iddiaçıdan 9500 manat müqabilində almışdır və bunun üçün o bağını satmış və bankdan kredit götürmüşdür. Lazım gəldiyi halda yoxlana bilər onun eyni ərəfədə yanılmırsa Beynəlxalq Bankda krediti var. Əli həmin maşını ona təklif edəndə real dəyərinin 12000-13000 manat olduğunu və daha baha sata biləcəyini və ona yaxşılıq edərək dəyərindən çox aşağı maşını ona verdiyini bildirmişdir. O, əlavə olaraq qeyd etdi ki, Əlidən nağd şəkildə 4000 manat almamışdır, Əli bunu sübut etməlidir. Əli ilə aralarında olan danışığa görə o, Jac-J5 markalı avtomobili daha baha, yəni 14000 satdığı halda əlavə eldə etdiyi pulu Əliyə qaytaracaq, lakin avtomobil nasaz olduğundan həmin avtomobili baha sata bilməmişdir. Maşına dair Əli Sərxana etibarnamə vermiş və həmin etibarnamə əsasında Sərxan avtomobili Şəkidə onun adına keçirmişdir. Avtomobilin qeydiyyatı üçün Sərxana 50 manat pul vermiş və başqa vəsait verməmişdir. Məhkəmənin və iddiaçının nümayəndəsinin sualına cavab olaraq o bildirmişdir ki, 8000 manatın əvəzi olaraq avtomobil ona verilməmiş, o avtomobilə görə Əliyə 9500 manat ödəməklə onu almış və məqsədi oğlunun həmin avtomobillə taksi fəaliyyəti göstərərək qazanc əldə etməsi olmuşdur. İşə əlavə edilmiş audio y azılarda da onunla Əli arasında olan mövzular öz əksini tapıb. Əlinin yoldaşı Esmira ilə onun arasında başqa yazışmalar olub və həmin yazışmaları da təqdim etsin iddiaçı tərəf məhkəməyə. O iddia tələbini qəbul etmir, Əli ona böyük məbləğdə zərər vurub və o həmin məbləğləri ödəməlidir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” tətbiqi vasitəsi ilə “X18” adı altında qeydiyyata alınmış istifadəçi ilə aparılmış yazışmalardan görünür ki, “X18” qarşı tərəfə “Mən dort mini vermişəm bu ayın axırı qalanı veresiyem, İmkan olsa duzeltmeliyem, Neceyede olsa” yazmış və qarşı tərəf cavabında “4 mini qaytara bilmirsense kimse alan varsa yonlendir mene satim. ona” yazmışdır. 20. “Whatsapp” tətbiqi vasitəsi ilə “X18” adı altında qeydiyyata al ınmış istifadəçi ilə aparılmış yazışmalardan görünür ki, qarşı tərəf “X18” adlı istifadəçiyə “Bele gedin satinda.men satmami deyirdim mawin orda da bu qədər biabırçılıq nəyə lazimdiki. Deyerdinki mawini almaq isteyen var uzaqda deyilki mawin deyerdin xalam.gilin heyetdedi gedib baxardi alardi. ”
21. WhatsApp Audio 2022-05-29 at 16.24.34 (1) adlı audio yazıdan eşidilir ki, qadın səsi ilə “satılacaq, satılanda sənin dörd minini verəcəm, o maşını heç satmıram belə götürəndə. Dörd minin nə vaxt əlimə düşür verəcəm. Sənin qardaşın nə boyda mənim ayağımın altına quyu qazmaq istəsə də o onu bacarmayacaq... amma ki Esmira mən ona görə deyirəm ki, qohumluq arasında elə eləyək ki sabah üz üzə gələndə barışmağa bir balaca üzümüz olsun. Nə vaxt ki əlimə düşəcək, necə ki siz məni üç il fırlayırsız e əl imə düşəndə verəcəm, mən də nə vaxt əlimə düşəcək o pulu verəcəm sənə.” sözləri deyilir.
22. WhatsApp Audio 2022-05-29 at 16.24.42 (1) adlı audio yazıda deyilir ki, qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə. Mən o maşını istəyən var, satıb sənin dörd minini dala verəcəyik. Mənə heç bir qəpiyiniz də lazım deyil.” sözləri deyilir.
23. WhatsApp Audio 2022-05-29 at 16.24.36 adlı audio yazıda deyilir ki, ikinci qadın səsi ilə “hə bildim, başa düşdüm, ona görə onda gətirin bura, mən dedim də sizə keçən dəfə, burda istəyən var, prosto burdan basıb oyana Zaqatalaya gələ bilmir, gətirin bura burda sataq” sözləri deyilir.
24. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)- 621/2023 saylı, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı1 iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 4000 manat pul vəsaiti alınaraq İddiaçı1 verilməsi, Cavabdeh2 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi, 72 (yetmiş iki) manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi, İddiaçı2 iddia tələbini və İddiaçı1 iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsi ilk öncə “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmaların sübut qismində qəbul edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, N.Əsədovanın şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan d əyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
26. Göründüyü kimi iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 385.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 783, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmadığı hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, iş materiallarına əlavə edilmiş onun tərəfindən təqdim edilən WhatsApp Audio 2022-0529 at 16.24.42 (1) adlı audio yazıdan eşidilir ki, qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə...” sözləri deyilir. Məhkəməyə sübut qismində təqdim edilmiş audio səs yazısından və digər yazışmalardan görünür ki, tərəflər arasında mübahisə predmeti olan avtomobilin satış qiyməti barəsində heç bir razılıq olmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən istehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markal ı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixində ədalətli bazar dəyəri 15600 (on beş min altı yüz) manat təşkil etmişdir. Halbuki, cavabdeh həmin avtomobili hansı qiymətə özgəninkiləşdirməsi barədə ona məlumat verməmiş, bununla da vəkalət alan cavabdeh tapşırığı vicdanla icra etməmiş, nəticədə ona maddi ziyan vurmuşdur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 782.1-ci maddəsini tələblərini əsas götürərək avtomobilin satıldığı dövrdə real orta bazar qiymətinə uyğun olaraq 14000 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməli idi. Halbuki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 782.1-ci maddəsini tələblərini nəzərə almadan iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsi onun tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməmiş, təqdim edilən WhatsApp Audio 2022-05-29 at 16.24.42 (1) adlı audio yazıda eşidilən qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə...” sözlərinə düzgün hüquqi qiymət verməmişdir. Bununla yanaşı, işin faktiki hallarından müəyyən olunur ki, onun mülkiyyətində “JAC J-5” markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı2 həmin avtomobili iş üzrə digər İddiaçı1 satmış, lakin, aralarında alqı-satqı müqaviləsi bağlanmamış və avtomobil etibarnamə əsasında İddiaç ı1 sahibliyinə verilmişdir. İddiaçı1 iş üzrə Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi ilə bağlı olaraq 4000 manat pulun təminatı olaraq “JAC J5” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sahibliyinə vermək məqsədi ilə iş üzrə digər Cavabdeh1 adına etibarnamə vermişdir. İş üzrə digər Cavabdeh1 isə iddiaçıların razılığı olmadan formal olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin avtomobili iş üzrə Cavabdeh2 adına rəsmiləşdirmişdir. İş üzrə Cavabdeh2 həmin avtomobili daha sonradan özgəninkiləşdirmişdir. İşin bu halı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsində aparılmış araşdırma materialları və iş üzrə Cavabdeh2 verdiyi izahatı ilə tam təsdiq olunur. Göründüyü kimi iş üzrə Cavabdeh2 bütün bu hərəkətləri ilə əsassız varlanmışdır. İş üzrə Cav abdeh2 həmin avtomobili özgəninkiləşdirmiş, lakin avtomobilin dəyəri olan dəyəri 14.000 (on dörd min) manat pulu İddiaçı1 verməmişdir. Onlar iş üzrə Cavabdeh2, mülkiyyətində “JAC J-5” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili və yaxud onun dəyəri olan 14.000 (on dörd min) manat pulu tələb etsə də, sonuncu bundan qərəzli olaraq boyun qaçırmışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 8 yanvar 2024-cü il tarixli, 2(103)-677/2024 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və Ə.T.Məcidov) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia ərizəsi həmin hissədə təmin edilərək, 4000 manat pulun Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir.
31. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, məhkəmə kolegiyasının iclasında tərəflər arasında WhatsApp Audio 2022- 0529 at 16.24.42 (1) adlı audio yazı dinlənilərkən müəyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında olan danışıqda cavabdeh “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, yerdə qalan nə pulun varsa qəpiyinədək sənə qaytaracam...” sözlə ri deyilmişdir. Göründüyü kimi Cavabdeh2 4000 manatını dirildəcəyini qeyd etməklə, İddiaçı1 8000 manat qaytarmalı olduğunu etiraf etmişdir. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh2 İddiaçı1 məxsus avtomobili 12000 manata sataraq 4000 ona qaytarmalı idi. İddiaçı isə iddiasında qeyd edir ki, cavabdehə əlavə olaraq 4000 manat pul vermişdir. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsində də haqlıdır. Eyni zamanda birinci instansiya məhkəməsinin 5 dekabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 izahatında qeyd etmişdir ki, işə əlavə edilmiş audio yazılarda da onunla Əli arasında olan mövzular öz əksini tapıb.
32. Apellyasiya məhkəməsinin qənaətinə görə cavabdeh WhatsApp Audio 20220529 at 16.24.42 (1) adlı audio yazısındakı səs yazılarının ona məxsuslu ğunu etiraf etdiyindən kollegiya İddiaçı1 avtomobildən əlavə cavabdehə 4000 manat əlavə pul verdiyi barədə şikayətinin dəlillərini əsaslı saymışdır. Ona görə də kollegiya hesab etmişdir ki, iddia 4000 manata aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 385.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 783, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3 və 1097.1ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını və iddianın bütövlükdə təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərə r), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, y axud hüquqdan sui-istifadə olmasın.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanark ən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur
44. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
47. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin v ə öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
48. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
49. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
50. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
51. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
52. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
53. Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş ols un və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
54. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
55. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməm iş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
56. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
57. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
58. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
59. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin d əlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-445/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.