Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2882/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2882/2022 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh və İddiaçı 03 noyabr 2 001-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikahlarından 15 yanvar 2005-ci il tarixdə X3 və 03 may 2008-ci tarixdə X4 anadan olmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi əsasında cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 2000 manat olmaqla, cəmi 4000 manat sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlə birgə nikahdan anadan olmuş 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavab deh iddiaçının xeyrinə hər ay hər uşaq üçün 2000 manat olmaqla, 4000 manat sabit pul məbləğində alimentin, həmçinin 15 yanvar 2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 500 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ayrıldıqdan sonra hər iki uşağın problemlərini özü təkbaşına həll etmişdir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq iki uşağın saxlanılması üçün kifayət qədər məbləğdə vəsait tələb olunur. İddiaçı heç bir yerdə işləmir, cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə məhkəmə qətnaməsi mövcud olsa da, eləcə də o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdarda gəlir əldə etsə də, aliment öd əməkdən yayınmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)2371/2020 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbi nin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 07 noyabr 2019-cu il tarixli məktubuna əsasən Cavabdeh 3 kommersiya hüquqi şəxsdə təsisçidir. Eyni zamanda "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 13 mart 2016-ci il tarixindən həmin MMC-də direktor vəzifəsində çalışır və onun əmək haqqısı 1100 manat təşkil edir. "xxxx" MMC-nin 27 oktyabr 2014-cü il tarixli arayışına əsasən Cavabdeh həmin MMC-də çalışır və əmək haqqısı 1387,50 manat təşkil edir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 37, Ailə Məcəlləsinin 8.1, 22, 75, 76, 78, 112.1-ci maddələrinə isti nadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və 15 yanvar 2005-ci il təvəllüdlü X1 və 03 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat məbləğində alimentin, həmçinin 15 yanvar 2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 50 manat məbləğində pulun cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 1 fevral 2021-ci il tarixli, 2(103)-509/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlillə ri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir. Edilmiş sorğulara əsasən mütəxəssisin hesabatından orta aylıq əmək haqqı və gəlirlərə mütənasib məhkəmə tərəfindən müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsinə əsaslar müəyyən edilmir, lakin bunlar valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xo şbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
14. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75-78, 81, 99, Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-509/2021 nömrəli qətnaməsinin qismən, yəni “2 uşağın yetkinlik yaşın a çatana qədər saxlanılması üçün hər uşaq üçün 2000 manat olmaqla, hər ay sabit pul məbləğində 4000 manat, həm də hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(102)-3616/2021 nömrəli qərarı ilə (hakim E.Y.Şamayev sədrlik edən və məruzəçi, E.R.Vəliyeva və A.Ə.Abbasov ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
17. Kassasiya məhkəməsi hesab etmişdir ki, məhkəmələr, Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin qüvvədə olan 12 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay tutulan alimentin faktiki hansı məbləği təşkil etməsini, alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasların mövcudluğunu, o cümlədən hazırda iki uşağın saxlanılması üçün tutulacaq ümumilikdə 400 manat məbləğində alimentin əvvəlki qətnamə ilə tutulan alimentin məbləğinə uyğunluğunu, yəni uşaqların əvvəlki təminatı səviyyəsinin saxlanılması üçün kifayət edib-etməməsini araşdırmamışlar.
18. Halbuki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə faktiki olaraq alimentin məbləği azaldılmışdır.
19. İddiaçı apellyasiya şikayətində cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğu l olmaqla, özünün və təsis etdiyi şirkətlərin yüksək gəlirə malik olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlillərini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə etməklə, "xxxx" MMC-nin 26 noyabr 2020-ci il tarixli Audit hesabatı işə əlavə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin hesabatda gəlinən nəticəni göstərsə də, qətnamənin əsaslandırılmasında iddiaçının apellyasiya şikayətinin dəlillərinə, o cümlədən həmin hesabata hüquqi qiymət verməmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə ca vab vermir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)-673/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımov sədrlik edən və məruzəçi, hakimlər A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sabit pul məbləğində tutulan alimentin məbləği hissəsində qismən, yəni hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ artırılaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, iki uşağa görə cəmi 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmiş, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdı r.
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, aliment müəyyən edilərkən uşaqların mənafeyi nəzərə alınmalıdır. Bu mənada kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən məcburi göstərişləri nəzərə alınmalıdır. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməs i, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
23. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi töv siyə ilə də təsdiq edilmişdir.
24. Belə ki, işdə olan "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli arayışına əsasən Cavabdeh 13 mart 2016-ci il tarixindən həmin MMC-də direktor vəzifəsində çalışır və onun əmək haqqısı 1100 manat, "xxxx" MMC-nin 27 oktyabr 2014-cü il tarixli arayışına əsasən Cavabdeh həmin MMC-də çalışır və əmək haqqısı 1387,50 manat təşkil edir.
25. Göründüyü kimi, cavabdeh hər iki MMC-dən aldığı cəmi əmək haqqı 2487,50 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə bir uşağa görə 250 manat sabit pul məbləğində aliment, X1 xəstəliyi ilə əlaqədar hər ay 100 manat, cəmi 600 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.
26. Məhz bu məbləğ 2 uşağa görə tutulmalı olan alimentin məbləğinin Ailə Məcəlləsinin 76 və 78.2-ci maddəlrində nəzərdə tutulan meyara c avab vermir. Baxmayaraq ki, cavabdehin digər qazancı və gəliri barədə işdə başqa mötəbər sübutlar yoxdur və aliment ödəyən şəxsin başqa qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyil. Düzdür, qüvvədə olan qətnamə ilə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahtlardan da bəlli oldu ki, bu qətnamə hər ay təxminən hər iki uşağa görə 400 manata yaxın bir məbləğdə icra olunur. Ancaq alimentin qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulması məhz iddiaçının seçimi və istəyi olmuş, iddia tələbini də buna görə dəyişdirmişdir.
27. Buna görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 12 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay tutulan alimentin faktiki məbləği təxminən 400 manata yaxın olduğu müəyyən edildiyindən, alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasları mövcuddur, o cümlədən hazırda iki uşağın saxlanılması üçün tutulan ümumilikdə 400 manata yaxın məbləğin uşaqların əvvəlki təminatı səviyyəsinin saxlanılması üçün kifayət etmir. Çünki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilə qazancın və digər gəlirin müəyyən hissəsi kimi tutulan alimentin məbləği faktiki olaraq cüzi artmış olur.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi uşaqların mənafeyni nəzərə alaraq hər uşaq üçün sabit pul məbləğində müəyyən olunmuş alimentin məbl əğinin 250 manatdan, 400 manatadək artırılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə uyğun, yəni Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılıması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və xx.xx.2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 (yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş et mişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi 2014-cu il tarixli günümüzdə heç bir hüquqi qüvvəsi olmayan ərizə əsas alınaraq, həqiqi hallara hüquqi qiymət verilmədən çıxarılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsində Cavabdeh gəlir mənbələri əsassız şəkildə şişirdilmiş və bununla da sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən Cavabdeh hal-hazırda mövcud məşğulluğuna və aylıq qazancına qiymət verilərkən 3 kommersiya hüquqi şəxsində təsisçi olduğu, eyni zamanda "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli arayışına əsasən direktor vəzifəsində çalışdığı və aylıq 1100 manat əmək haqqı aldığı, "xxxx" MMC-nin 27 oktyabr 2014-cü il tarixli arayışına əsasən isə Cavabdeh həmin MMC-də çalışdığı və aylıq 1387,50 manat əmək haqqı aldığı qənaətinə gəlinmiş dir. Cavabdeh artıq "xxxx" MMC-də çalışmaması və həmin müəssisədən heç bir gəlirinin olmaması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindən xx.xx.2020-ci tarixli çıxarış verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu məsələyə ümumiyyətlə qiymət verilməmişdir.
31. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi saylı DOST Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir, yəni cavabdeh hal-hazırda işsizdir. Bu nüansda Bakı Apellyasiya Məhkəməsi tərəfindən diqqətə alınmamış və məsələyə hüquqi qiymət verilməmişdir.
32. Cavabdeh hal-hazırda ümumiyyətlə gəliri yoxdur, bu zaman hər uşağa 400 (dörd yüz) manat, iki uşağa görə cəmi 800 (səkkiz yüz) manat, əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar aylıq 100 (yüz) manat cəmi 900 (doqquz yüz) manat tutulması qanunvericiliyin şərtlərinə zidd olmaqla birlikdə, minimum həyat şərtlərinin də pozulması halına yol açmaqdadır. Məhkəmə tərəfindən, 2014-cü il tarixli, hal-hazırda heç bir qüvvəsi olmayan arayışın əsas alınması, 01 noyabr 2021-ci il tarixli arayışa isə heç bir hüquqi qiymət verilməməsi cavabdehin hüquq və azadlıqlarının kobud pozuntusuna səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
34. Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiya
35. Maddə
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
37. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
38. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
39. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur.
40. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çəti nlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
41. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
42. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birini n ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
44. Maddə 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə ba xılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı
45. Maddə 8.13 Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Apellyasiya məhkəməsi məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, iş üzrə əvvəlki kassasiya kollegiyasının da mövqeyini nəzərə alaraq, alimenti hər ay hər uşağa görə 400 (dörd yüz) manat, iki uşağa görə cəmi 800 (səkkiz yüz) manat məbləğində müəyyən etmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Kassasiya şikayətinin bəzi dəlilləri işin fakti ki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.