Məhkəmə qərarları › İş №2(102)-2884/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2884/2022

11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2884/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3141/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərar dadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları a) İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 15312,49 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Günel Abbasova).

2. Cavabdeh apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2(001)-6050/2020 sayl ı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdehin ərizəsi təmin edilmiş, iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13316/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qeyri-mümkn hesab edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev).

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi mülk i kollegiyasının 2(103)-3141/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)6050/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinə vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev).

7. Apellyasiya instansiyası qeyd etmişdir ki, qətnamədən Cavabdeh 14.10.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14.12.2021-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bunda n sonra iddiaçı qeyd olunan çatışmazlığı aradan qaldıraraq 19.01.2022-ci il tarixdə növbəti dəfə şikayət vermişdir (şikayəti elektron kabinetə yerləşdirmişdir).

8. Rayon məhkəməsi Cavabdeh ikinci dəfə qətnamədən apellyasiya şikayəti verdiyi zaman şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdürsə buna münasibət bildirmədən şikayəti əsassız olaraq apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 130.3, 360 və 363.1.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və qətn amədən verilmiş kassasiya şikayətinin mümkün hesab olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2(001)-6050/2020 saylı qətnaməsi poçt vasitəsi ilə ona çatmadığından məhkəməyə ərizə ilə müraciət etmiş və 18.02.2021-ci il tarixdə həmin qətnaməni rəsmi olaraq məhkəmə qəbzini imzalayaraq almışdır. 12.03.2021-ci il tarixdə 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Lakin ona məlum olmayan səbəblərdən şikayət geri qaytarılmışdır. Bu səbəbdən də apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə vəsatət vermiş, Binəqədi Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadı ilə müddət buraxılmamış hesab edilmişdir. Müddətin buraxılmamış hesab edilməsin ə dair həmin qərardadı apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə nəzərə almadan, eyni əsaslarla apellyasiyanı qeyrimümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

13. Hazırkı k assasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

15. Maddə

360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Maddə 363.1 və 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı n mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.

21. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 yanvar 2019- cu il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini o, əsasla qeyri-mümkün hesab etmişdir ki, cavabdeh qətnamədən ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman rayon məhkəməsi şikayət vermə m üddətini ötürülüb-ötürülmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyini yoxlamamış, bu məsələyə qiymət vermədən, müddət ötürülməmişdürsə buna münasibət bildirmədən şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.

23. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

24. Apellyasiyanın mümkünlüyünün prosessual əsasları isə həmin Məcəllənin 363.1ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılı r.

25. Apellyasiya şikayətinin qaytarılmaması və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi birinci instansiya məhkəməsi tərəfindən apellyasiyanın mümkünlüyünün prosessual əsaslarının, o cümlədən şikayət vermə müddətini ötürülüb-ötürülmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyini yoxlaması, bu məsələyə qiymət verməsi anlamına gəlir. Apellyasiya məhkəməsi tərəfindən apellyasiyanın mümkünlüyünü yoxlanılarkən eyni halların araşdırılması vəzifəsini qanunvercilik apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyur. Apellyasiya məhkəməsi tərəfindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmədikdə, həmin əsası qərarında konkret göstərməli, işi yalnız apellyasiya şikayətini qaytarmaqdan ötrü birinci instansiya məhkəməsinə göndərməl idir.

26. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən şikayət vermə müddətini ötürülübötürülmədiyinin, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş veribvermədiyinin yoxlaması vəzifəsini rayon məhkəməsinin üzərinə qoymuş, rayon məhkəməsi tərəfindən artıq həmin hallar yoxlanıldığına görə işin apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyini nəzərə almamış, bunnula da prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

27. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3141/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin, iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar