Məhkəmə qərarları › İş №2(102)-2887/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2887/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2887/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Cəfərov Fərhad Məhiş oğlunun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayo n Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən vəsaitin yarısı, yəni 15.000 ABŞ dolları, eləcə də borc şəklində verilmiş 15.000 ABŞ dolları, cəmi 30.000 ABŞ dolları tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2 ödəniş günü milli manata məzənnədə 15.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.A.Mərdanova, hakimlər F.F.Babayev və E.M.Həsənov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətn amə çıxarılmaqla iddia ərizəsi rədd olunmuş və İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ə.Əhmədov, hakimlər A.İsgəndərov və İ.Dəmirov) İddiaçı və vəkili Cəfərov Fərhad Məhiş oğlunun kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən- Cavabdeh1 avtomobilin satışından əldə edilmiş 20.000 manat pulun yarısının, yəni 10.000 manat pulun tutulub İddiaçı verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli (sədrlik edən M.Məmmədov, hakimlər A.Hüseyn və E.Şamayev) qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qətnamənin apelyasiya baxışının predmeti olan hissədə, yəni “mübahisəli avtomobilin satışından əldə edilmiş pulun yarısının, yəni 10.000 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qeyd edilən tələbin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, 10.000 (on min) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissəsinin apelyasiya baxışının predmeti olmamasının müəyyən edilməsi qət edi lmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı ona qarşı olan pul tələbi barədə iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cav abdeh1 20.000 ABŞ dolları məbləğində pulun, Cavabdeh2 15 000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2012-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurmuş və onların birgə nikahından xx xxxxxx 2012-ci ildə Mir-Baba adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Həmçinin o da mübahisə edilmir ki, “Mersedes-Benz S-350” markalı, ** GM *** markalı avtomobil iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş və xx xxxx 2016-cı il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən həmin nəqliyya t vasitəsi Cavabdeh1 tərəfindən iddiaçının yazılı razılığı olmadan 20.000 manata Ceyhun Ağayevə satılmışdır. Bundan başqa işin müahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli lizing müqaviləsi əsasında Cavabdeh1 **-PE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz S-350” markalı nəqliyyat vasitəsi əldə etmişdir. Lakin ödəniş cədvəlinə əsasən ödənişləri vaxtında ödəyə bilmədiyi üçün Cavabdeh1 **-PE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz S-350” markalı nəqliyyat vasitəsini yaranmış borcun əvəzində xx xxxxxx 2017-ci il tarixində lizinq verən “xxxx” MMC-yə təhvil vermişdir. İddiaçı bildirir ki, Cavabdeh1 ilə 2012-ci ildə rəsmin nikaha daxil olaraq ailə qurmuş və nikahları 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Birgə nik ahdan bir uşağı var. Nikah dövründə Cavabdeh1 “Mersedes Benz S Class”, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili almış və ondan xəbərsiz olaraq sonradan birgə nikah dövründə həmin avtomobili satmışdır. Həmin avtomobilin qiyməti təxminən 30.000 ABŞ dolları dəyərində idi, ona görə də həmin avtomobilin satışından əldə edilmiş pulun yarısını, yəni 15000 ABŞ dollarını cavabdehdən tələb edir. Birinci maşın satılandan sonra onlar 5000 ABŞ dolları verib lizinqdən Mersedes-Benz 350, 90 PE-102 dövlət nömrə nişanlı 2-ci avtomobili alıb onu da icarəyə verərək, icarə pulundan lizing ödənişi edirdilər. Hər iki avtomobilə görə keçmiş həyat yoldaşından 20000 ABŞ dolları tələb edir. Onun nikahdan qabaq özünə məxsus etibarnamə ilə əldə etdiyi BMW 020 markalı avtomobili olmuş və təxminən 2014cü ilin sonu nda həmin avtomobili satmışdır. Belə ki, keçmiş həyat yoldaşı Dubayda işlədiyinə görə orada ev alıb yaşamaq fikrində olduqlarından, özünə məxsus avtomobili sataraq Dubayda özünə yeni avtomobil almaq istəyirdi. BMW 020 markalı avtomobilin satışından əldə etdiyi 15000 ABŞ dolları pulu qayınatası olan digər Cavabdeh2 xaricə gedən zaman ona borc kimi vermişdir. Belə ki, keçmiş həyat yoldaşı Mir-Cavad Dubayda olarkən orada qəza törətmiş və bununla əlaqədar tutulmuşdu. Keçmiş qaynatası oğlunu qurtarmaq üçün Dubaya gedəndə ondan pul istədi. Keçmiş qaynatası inandırdı ki, Dubaydan gəldikdən sonra onun pulunu qaytaracaqdır. Ona görə də, o, qaynanasının yanında qaynatasına qaytarmaq şərtilə 15000 ABŞ dolları pul verdi. Münasibətləri yaxşı olanda həyat yoldaşı Mir-Cavad onu inandırırdı ki, Razində onların evi var və həmin ev satılan kimi onun pulunu qaytaracaqlar. Bu barədə Mir-Cavadla onun 2017-ci ilin fevralında whatsap danışıqları da var ki, orada o, Mir-Cavaddan soruşur ki, “Ümid edir ki, Razindəki ev satıldıqda və o öz 15000 ABŞ dolları pulunu istədikdə ona deməyəcəklər ki, hansı pullar? Belə bir şey olmayıb”. O həmin danışıqları telefondan çıxardaraq məhkəməyə təqdim eləyib. Sonradan münasibətlər pozulduğundan keçmiş qaynatası ondan borc götürüyü pulu qaytarmadı. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X2 bildirir ki, iddiaçı ilə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurub, aralarındakı nikah məhkəmə qaydasında 2017-ci ildə pozulub. Həmin nikahdan bir övladı var. İddia tələbində göstərilən ** GM *** dövlət qeydiyyat nişanlı a vtomobili nikahdan sonra atası ona hədiyyə kimi almışdı və həmin maşının alınmasında iddiaçı ona heç bir məbləğ verməyib. Həmin maşın birgə nikah dövründə 2016-cı ildə 15000 dollara satıldı. Satışdan əldə olunan pulun bir hissəsiylə ** PE *** dövlət qeydiyyat nişanlı 2-ci avtomobilin ilkin ödənişin edib lizingdən etibarnamə ilə aldı. Həmin maşını o özü idarə edirdi. Sonra lizingi ödəyə bilmədiyimə görə lizing şirkəti, borcun əvəzində maşını ondan geri aldı. Pulun qalanını iddiaçı ilə birgə ailənin ehtiyaclarına xərcləmişlər. İddiaçının onun atasına pul verməsi ilə bağlı heç bir məlumatı yoxdur, belə ki, iddiaçının göstərdiyi tarixdə o həqiqətən də, Dubayda idi və qəza ilə əlaqədar tutulmuşdu, atası da, bununla əlaqədar olaraq onun yanına Dubaya gəlmişdi. İddiaçının guya onun atasına verilm iş pulla bağlı onunla telefon yazışmaları olduğu barədə bildirdikləri həqiqətə uyğun deyil, belə ki, əvvəla, bu barədə aralarında heç bir telefon yazışması olmamışdır. Digər tərəfdən, onun valideynləri Razin qəsəbəsində olan evlərini yalnız 2018-ci ildə satmaq barədə qərara gəlmişdir və həmin evin satılması ilə bağlı 2017-ci ildə heç bir fikir söylənməmişdi ki, iddiaçı bu barədə məlumatlı olsun. Ona görə də, iddianın təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 bildirir ki, iddiaçı onun keçmiş gəlinidir. Oğlu Mir-Cavadla iddiaçı 2012-ci ildə rəsmi nikaha daxil olublar. Oğlunun toyundan sonra iddiaçının ailəsinin ona 7000-ə qədər borclu qalmışdır ki, indiyə qədər onlar həmin borcu ödəməyiblər. O, 2012-ci ildən qalan borcu iddiaçının ailəsindən istəmədiyi halda, iddiaçı indi qalxıb o ndan sonrakı illərə dair pul iddiasına düşüb. İddia tələbində göstərilən ** GM *** dövlət qeydiyyat nişanlı ilk avtomobili o, nikahdan sonra oğluna hədiyyə almışdır. Sonra oğlugil ondan xəbərsiz həmin avtomobili satdılar və lizingdən 2-ci maşını götürdülər. Həmin avtomobilin ödənişlərini də, o edirdi və bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edib. Ümumiyyətlə oğlunun ailəsini o saxlayıb. O, Dubaya oğlu orada qəza törətdiyinə görə həqiqətən getmişdi. Lakin iddiaçı həmin vaxt ona heç bir məbləğdə borc pul verməyib. İddiaçının onun oğlu ilə ailə qurana qədər BMW maşını olub və həmin maşını iddiaçı özü sürüb. İddiaçı ailə qurandan sonra həmin maşını satdı, ancaq nə vaxt satdığı ona məlum deyil. Onun iddiaçıdan borc almasına ehtiyacı yox idi, belə ki, özünün imkanı var idi. Hətta ondan so nra iddiaçı da daxil olmaqla ailəsilə birgə Londona istirahət etmək üçün getmişdilər. O, Razindəki evini 2018-ci ildə satmaq qərarına gəlmişdir. Bu səbəbdən də, 2017-ci ilin fevral ayında oğlu ilə keçmiş gəlini birgə nikah dövründə olarkən bu barədə telefon yazışmalarının olması absurddur. Ona görə də, iddianın təmin edilmədən saxlanılmasını xahiş etdi. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə “Mercedes-Benz S 350” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, sonra həmin avtomaşın Cavabdeh1 tərəfindən iddiaçının yazılı razılığı olmadan 20000 manata satılmışdır. Məhkəmə kollegiyası izahatları di nləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşin hallarından g örünür ki, Cavabdeh1 birgə nikah dövründə “Mersedes-Benz S350” markalı, ** GM *** markalı avtomobili əldə etmiş və xx xxxx 2016-cı il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən həmin nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən 20.000 manata Ceyhun Ağayevə satılmışdır. Daha sonra əldə edilmiş vəsait əsasında “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli lizing müqaviləsi əsasında **-PE*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz S-350” markalı nəqliyyat vasitəsini lizinqə götürmüşdür. Lakin ödəniş cədvəlinə əsasən ödənişləri vaxtında ödəyə bilmədiyi üçün Cavabdeh1 **-PE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz S-350” markalı nəqliyyat vasitəsini yaranmış borcun əvəzində xx xxxxxx 2017-ci il tarixində lizinq verən “xxxx” MMC-yə təhvil vermişdir. Göründüyü kimi həm birinci maşının əldə edilməsi və satılması həm də ikinci avtomobilin lizinqə götürülməsi birgə nikah dövründə baş vermişdir. Yəni birinci avtomobil tərəflərin birgə təsərrüfat apardıqları vaxt ailənin ümumi mənafeyi naminə özgəninkiləşdirilərək, satışından əldə olunmuş vəsait birgə nikah dövründə ailənin ümumi ehtiyacları və yeni avtomobilin lizinqə götürülməsinə sərf edilmişdir. Belə ki, birinci avtomobilin satılmasından sonra tərəflər bir il ərzində nikahda qalmış və birgə təsərrüfat aparmışlar. Digər tərəfdən ikinci avtomobil ümumiyyətlə tərəflərin mülkiyyətində olmamış, lizinq ödənişləri qarşılığında “xxxx” MMC-dən lizinqə götürülmüşdür. Lakin sonradan ikinci avtomobil lizinq ödənişlərinin vaxtında ödənilməməsi səbəbindən lizinq verən “xxxx” MMC tərəfindən yaranmış borcun qalşılığı nda xx xxxxxx 2017-ci il tarixdə təhvil götürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, iddiaçının ona faktiki məlum olan alqı-satqı müqaviləsi zamanı yazılı razılığı olmaması onun Mersedes-Benz S 350 minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə olunmuş əmlakın yarısının ona verilməsinə dair iddiasının bir mənalı olaraq əsaslı olmasının təsdiqi kimi də qiymətləndirilə bilməz. Ailə Məcəllənin 33.1-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilird isə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda həmin Məcəllənin 33.4-cü maddəsində göstərilir ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notraiat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İşin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan avtomobilin satılmasına yazılı razılığı olmasa da iddiaçı nikahları pozulana qədər bu əqdin bağlanmasına etiraz etməməklə həmin avtomobil barədə bağlanmış əqdi bəyənmi ş, o cümlədən qeyd edilən avtomobilin satışından əldə olunmuş 20,000 manat pulun Cavabdeh1 tərəfindən ailənin ehtiyyaclarına deyil, öz şəxsi məqsədləri üçün xərclənməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA AL Dİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar