Məhkəmə qərarları › İş №2(102)-2888/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2888/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2888/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, kredit faizinin və dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli 2(103)-10636/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 mart 2015-ci il tarixli 0708/15/ÇF/PB kredit müqaviləsinin ləğv edilməsi, ödənilməmiş 11980 ABŞ dolları 44 sent əsas borcun, 15186 ABŞ dolları 98 sent faiz borcunun və 25317 ABŞ dolları 29 sent cərimə borcunun, ümumilikdə 52484 ABŞ dolları 71 sent pulun, hüquqi yardıma görə ödənilmiş 1000 manat xərcin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nin (hakim Təhminə Xəlilova) 2(004)-2183/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin iddiası qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11980 (on bir min doqquz yüz səksən) ABŞ dolları 44 (qırx dörd) sent əsas borc, 15186 (on beş min yüz səksən altı) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 1200 (min iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 28367 (iyirmi səkkiz min üç yüz altmış yeddi) ABŞ dolları 42 (qırx iki) sent pul (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlərdən alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, həmçinin iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödən ilmiş 30 (otuz) manat dövlət rüsumunun 16 (on altı) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 14 (on dörd) manatının isə İddiaçı BOKT ASC-nə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 17 dekabr 2019-cu il tarixli 2(103)10636/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(004)-2183/2018 nömrəli qətnaməsi faiz borcun və cəmi borc məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləği 6319,18 ABŞ dolları məbləğində müəyyən edilməsi, tədqiqatının dəyəri olan 145 manat İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Eksp ertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə cavabdehlərə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli 2(103)-10636/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas borc məbləği real borcu əks etdirmir, faiz borcu və cərimə məbləği tamamilə silinməlidir. Belə ki, cavabdehlər tərəfindən kredit məbləğindən xeyli artıq məbləğdə pul iddiaçı banka ödənilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit lərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra Cavabdeh2 iddiaçı tərəfindən ödənilmiş kreditə görə 1040 manat pul geri qaytarılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı «İddiaçıbank» ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 36 faiz olmaqla 36 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədi ilə 16344 ABŞ dolları borc verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 16 mart 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehin banka 11980,44 ABŞ dolları əsas, 15186,98 ABŞ dolları faiz, 25317.29 dolları dəbbə pulu olmaqla 52484,71 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.11.2019cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 16 mart 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 16.03.2018-ci il tarixə «İddiaçıbank» ASC-nə borcu 19.018,49 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu üzrə 11980,44 ABŞ dolları, faiz borcu üzrə 7038,05 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməli, 16.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli olan faiz borcunun məbləği 6319.18 ABŞ dolları müəyyən edilməli, qətnamə cavabdehlərə münasibətdə qalan mübahsələndirilən hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 16.01.2018ci il tarixə olan borcla bağlı tələb irəli sürüldüyündən istinad olunan ekspert rəyi ilə həmin tarixə ekspertin apardığı qaydada hesablanma aparıldığı təqdirdə faiz borcunun məbləğinin 6319,18 ABŞ dolları olması müəyyən olunur. (gecikmə günləri 108 x günlük hesablanan faiz məbləği 11,98 = 1293,84 + 28.09.2017-yə hesablan borc məbləği 5025,34 = 6319,18 ABŞ do lları) Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsind ə ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca i cra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Borclu müqavilə üzrə iddiaçının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator kredit müqaviləsi üzrə borcunu artıqlaması ilə qaytarmasını qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə ödənilməli olan borc məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarı ş məlumatları və kredit razılaşmasının şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin sonuna hesablanmış faiz borcu müəyyən edilmişdir. Beləliklə də, kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasi ya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli 2(103)10636/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar