Məhkəmə qərarları › İş №2(102)-2888/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2888/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2888/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “behin qaytarılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: beh müqaviləsinin etibarsızlığı, uydurma əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)10135/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 28 aprel 2018-ci il tarixli notariat qaydasında təsdiq olunmuş beh müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsində istifadədə olan 0,04167 ha torpaq sahəsində yerləşən iki mərtəbəli doqquz otaqlı 209,6 kv.m yaşayış, 514,2 kv.m köməkçi sahədən ibarət 10/8 nömrəli fərdi yaşayış evini İddiaçı ******* manata satılmasına dair razılığa gələrək, sonuncudan 700000 manatı beh kimi almışdır. Beh müqaviləsi Cavabdeh adından etibarnamə əsasında nümayəndəsi X7 tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi üçün ödənilmiş behin iki misli olan ******* manatın, 54250 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 aprel 2018-ci il tarixli müqavilə ilə cavabdehə 700000 manat məbləğində beh vermiş, sonuncu 6 ay müddətində fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üçün lazımi sənədləri toplayıb əsas müqavilə rəsmiləşdirildikdə qalan ******* manat pulu almağı və həmin fərdi yaşayış evini iddiaçının adına rəsmiləşdirmə yi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və alqı-satqı müqaviləsini bağlamamışdır. İddiaçı dəfələrlə cavabdehdən alqı-satqı müqaviləsini bağlamağı tələb etsə də, cavabdeh öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınmışdır.

4. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış beh müqaviləsinin etibarsız hesab edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X1 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ilin may ayında Bakıda tanışı İddiaçı 500000 ABŞ dolları məbləğində borc almış və şərikli bizneslə məşğul olmaq barədə razılığa gəlmişlər. Sonradan problem lər yarandığından tərəflər arasında narazılıq baş vermiş və İddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. X3 biznes fəaliyyətində yaranmış çətinliklərlə bağlı pulu qaytara bilmədiyindən tərəflər razılığa gəlmişlər ki, Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 20/28 saylı ev borcun təminatı kimi müvəqqəti olaraq İddiaçı adına keçirilsin, bu məqsədlə beh müqaviləsi bağlansın və borc qaytarıldıqdan sonra müqavilə ləğv edilsin. Cavabdeh nümayəndəsi olan X2 bacısı oğlu Samir Tağıyev 28 aprel 2018-ci il tarixdə İddiaçı ilə birlikdə 27 saylı Notariat Kontoruna gedərək beh müqaviləsini rəsmiləşdirmişlər. Tərəflər arasında heç bir real alqı-satqı və beh müqaviləsi münasibətləri yaranmayacağını nəzərə alaraq razılığa gəlinmişdir ki, İddiaçı beh məbləği kimi 700000 manat məbləği bank a köçürür və dərhal həmin məbləği geri alır. Bundan sonra tərəflər müqaviləni imzalayaraq banka gedir, İddiaçı pulu depozit hesabına qoyur və sonra da həmin məbləği geri alır. Samir Tağıyev və nümayəndəsi olduğu şəxslər ümumiyyətlə, beh müqaviləsində göstərilən pul məbləğini almamış və əslində beh müqaviləsi borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. Beh müqaviləsi borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)844/2020 nömrəli qətnaməsi ilə (hakim.G.M.Abbasova) ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 700000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci in stansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı olaraq 28 aprel 2018-ci il tarixli beh müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəbdən, təqsirli olmadan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsinin qəbulu ilə bağlı icra edə bilməmiş və bu səbəbdən yalnız beh olaraq ödənilmiş 700000 manat məbləğində pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir.

8. İlk iddia tələbinin zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı zərərin nədən ibarət olması və nədə ifadə olunması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdi r.

9. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi dəlilləri sübuta yetirə bilməmiş, müqavilə bağlandıqdan sonra ona etiraz bildirməmişdir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 354.1, 354.2, 372.1, 372.2, 354.1, 354.2, 385.1, 389.1, 491.1, 491.2, 492.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)844/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Həmçinin ilk iddia üzrə cavabdeh (q arşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)-844/2020 nömrəli qətnaməsinin ilk iddianın təmin edildiyi, qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-656/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(001)-844/2020 nömrəli qətn aməsi qismən, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissələrində ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “behin qaytarılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası təmin edilən hissədə də rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında olan 28 aprel 2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddianın təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddianın isə faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığ ından birinci instansiya məhkəməsinin bu hissələr üzrə gəldiyi nəticə düzgün olmamışdır.

15. Əvvəla ona görə ki, qarşılıqlı iddiaçının X6 etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən cavabdehin adından mübahisəli fərdi yaşayış evini satmaq istədiyinə dair ərizə yazaraq 28 aprel 2018-ci il tarixdə beh müqaviləsi bağlaması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin fərdi yaşayış evinin satılmasını qarşılıqlı iddiaçının həqiqətən istəməsi və beh müqaviləsində göstərilən məbləği həqiqətən alıb-almaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Əlbəttə, qarşılıqlı iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də fərdi yaşayış evinin satılmasında qarşılıqlı iddiaçını n həqiqi iradə ifadəsi olsaydı, bunu, yəni fərdi yaşayış evinin satılmasına razı olmasını özü şəxsən də notariat orqanına ərizə verməklə ifadə edə və beh müqaviləsini də özü bağlaya və müqavilədə nəzərdə tutulan beh məbləğini özü ala bilərdi. Lakin beh müqaviləsinin bu qaydada bağlanmaması digər hallar kimi qarşılıqlı iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki həqiqətən qarşılıqlı iddiaçının mübahisəli evi satmaq niyyətinin olmaması təkzib olunmur.

16. İkincisi, mübahisə predmeti olan fərdi yaşayış evinin qarşılıqlı iddiaçı ilə X2 birgə nikahı dövründə əldə edilməsi işin mübahisələndirilməyən hallarındandır. Düzdür, tərəflər arasında bağlanmış nikah beh müqaviləsi bağlanmazdan əvvəl pozulsa da, onların birgə nikah dövründə yaranmış borclarına görə həm mübahisə predmeti olan fə rdi yaşayış evi, həm də Nəsrəddin Ocaqverdiyevin adına qeydə alınmış iki fərdi yaşayış evinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmişdir. Ona görə də Nəsrəddin Ocaqverdiyev ilə qarşılıqlı iddiaçı arasında nikah rəsmi qaydada pozulsa da, onların şəxsi və əmlak mübahisələri ilə bağlı münasibətləri davam etmişdir. Başqa sözlə, beh müqaviləsinin qarşılıqlı iddiaçının keçmiş əri Nəsrəddin Ocaqverdiyevlə ilk iddiaçının arasında yaranmış borc münasibətlərinin təminatı kimi əhəmiyyətsiz əqd kimi bağlanması barədə dəlilləri əsaslı edir.

17. Üçüncüsü, tərəflər arasında bağlanmış beh müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Belə ki, ev almaq istəyən və buna görə 700000 manat beh verən şəxs şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idi. Çünki mülki dövriyyədə evi görmədən, o nun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimliyini öyrənmədən və s. məsələləri araşdırmadan ona bu yüksək məbləğdə beh verilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o hansısa əşyanı özününkü etmək üçün, başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki insanın həyat tərzi də bunu tələb edir. Lakin İddiaçı bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən ev almaq üçün beh müqaviləsi bağlaması ümumiyyətlə inandırıcı deyildir.

18. Dördüncüsü, hazırkı iş üzrə qarşılıqlı iddia tələbi nin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə (Mülki Məcəllənin 340.2-ci maddəsi) uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir qarşılıqlı iddiaçının keçmiş əri ilə ilk iddiaçı arasında yaranmış həqiqi münasibətlərin xarakteri tərəflər arasında bağlanmış beh müqaviləsinin yalan əqd olduğuna dəlalət ed ir. Belə ki, ilk iddiaçı bilavasitə etiraf etməsə də, iş materiallarından, o cümlədən qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətlərinin məzmunundan, təqdim edilmiş sübutlardan aydın olur ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçının keçmiş əri Nəsrəddin Ocaqverdiyev arasında borc və biznes münasibətləri olmuş, məhz sonuncunun aldığı 500000 ABŞ dollarının təminatı olaraq da İddiaçı təkidi ilə Cavabdeh ilə aralarında əhəmiyyətsiz, yalan beh müqaviləsini rəsmiləşdirmişlər. Məhz 500000 ABŞ dollarının qaytarılmasının təminatı üçün Cavabdeh ilə İddiaçı arasında beh müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olunması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi beh və mübahisəli evin alınacağı ilə bağlı münasibətləri olmamışdırsa, yəni İddiaçı Cavabdeh beh müqaviləsinə görə hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz.

20. Başa düşüləndir ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçının əri olmuş Nəsrəddin Ocaqverdiyev arasında yaranmış borc münasibətlərinin etibarlı olması üçün bunun təminatlı, yaxud hansısa şərtlə olması labüd ola bilər. Lakin bütün bu hallar heç də hazırkı iş üzrə tərəfləri mübahisə predmeti olan beh müqaviləsi bağlamalarına əsas vermirdi. Çünki tərəflər və onların yaxın qohumları olmuş şəxslər aralarında yaranan həqiqi mülki münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər.

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən m üqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd borc müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki qeyd olunan maddə mülki münasibətlərə tətbiq edilsə də, borc münasibətləri bilavasitə beh müqaviləsinin tərəfləri arasında yaranmamışdır. Eyni zamanda tərəflərin bağladığı bu yalan beh müqaviləsində borc müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından, bu qaydaların tətbiqi istisna edilir.

22. Məhkəmə vurğulamışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının beh müqaviləsinin etibarsızlığını tələb etsə də, müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış beh müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Lakin Cavabdeh qarşıl ıqlı iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də burada hər hansı müddətin keçməsindən söhbət gedə bilməz. Əks halda, belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz (puç) əqdin dönüb etibarlı əqdə çevrilməsinə səbəb olmalıdır.

23. Nəhayət məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilməsi, avtomatik olaraq ilkin iddianın təmin olunmamasını labüd edir. Çünki qarşılıqlı iddia təmin edildiyindən, ilk iddianın əsaslılığı tam aradan qalxır. Ona görə də ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mövqey ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4, 340.2, 354.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-656/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2(102)-4441/2021 nömrəli qərarı ilə (hakim İ.K.Xəlilovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və M.T.Əhmədovadan ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-656/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

27. Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş bir beh müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi prezumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsi z olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), iddiaçı bunun əksini sübut etməyə borclu deyil.

28. Apellyasiya məhkəməsi özünün gəldiyi nəticələri işin müəyyən edilən faktiki halları, sübutlarla deyil, ehtimallarla əsaslandırmışdır. Məhkəmə bir tərəfdən əqdin nümayəndə vasitəsi ilə bağlanmasının qanunla qadağan edilmədiyini təsdiq edir, digər tərəfdən bu halın mövcudluğunun cavabdehin əqdi bağlamağa iradə ifadəsi olmaması kimi şərh edir. Hansı ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması qanunla təsbit olunmuşdur. Eyni zamanda məhkəmələrdə işlərin nümayəndə və vəkil vasitəsi ilə aparılması halının tərəfin ziyanına şərh edilməsi ümumiyyətlə absurddur. İddiaçının almaq istədiyi evə baxış keçirməməs i və maraqlanmaması ilə bağlı qeyd olunanlar isə iş materialları ilə təsdiq olunmur. Çünki bu halla bağlı heç bir tərəf məhkəmədə fikir bildirməmişlər.

29. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlar sırasında əqdi şübhə altına alan heç bir mötəbər məlumat yoxdur. Belə ki, nümayəndə birinci instansiya məhkəməsində əqdin etibarsız hesab olunması barədə qarşılıqlı iddia tələbi irəli sürüb, ziddiyyətli fikirlər bildirərək beh müqaviləsinin mövcud olmadığını, müqaviləni bağlayan nümayəndənin pul almadığını, beh müqaviləsi bağlanmış olsa belə, təmsil etdiyi şəxsin müqavilənin icra edilməməsində günahı olmadığını, çünki evə məhkəmə qərarları ilə tutma yönəldiyini bildirmiş, MM-in 340.2-ci maddəsinə istinad edərək əqdin etibarsız hesab olunmasını xahiş etmişdir. Nümayəndə bun dan sonra ərizəyə uyğun izahat vermiş, əlavə sübutlar təqdim etməmişdir.

30. İddiaçı tərəf beh müqaviləsinin bağlanması ilə bağlı notariat işini təqdim etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş əmin sübutlar əsasında qətnamə çıxarmışdır.

31. Cavabdeh qətnamədən apellyasiya şikayətini qarşılıqlı iddiaya uyğun əsaslandırmışdır. Yenə də, heç bir sübut təqdim etməmiş, həmin icraatda yeganə vəsatəti onunla bağlı olmuşdur ki, cavabdehi müqavilə bağlayarkən təmsil etmiş şəxs məhkəməyə çağırılaraq dindirilsin, çünki o, beh məbləğini almayıb, alsa da onu beh verənə qaytarıb. Cavabdeh niyə bu sübutu birinci instansiya məhkəməsinə təqdim etmədiyini əsaslandırmamışdır. Buna baxmayaraq apellyasiya baxışı zamanı cavabdeh həmin şahidin də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir, ha nsı ki həmin şahid onun mənafeyini müdafiə etmək üçün çağırmalı idi.

32. Əksinə məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin Binəqədi filialından verilmiş cavab məktubunda 700000 manat pulun nümayəndə X6 verilməsi təsdiq edilmişdir.

33. Göründüyü kimi apellyasiya icraatında da beh müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən heç bir mötəbər sübut olmadan apellyasiya məhkəməsi qarşılıqlı iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10135/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin ed ilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)-844/2020 saylı nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ilk iddiası təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 27 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilərək 3M-162 nömrəli reyestrdə qeydə alınmış beh müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, beh müqaviləsi yalan əqd deyil, uydurma əqddir. Həmin müqavilənin uydurma əqd olduğu aşağıdakılarla təsdiq olunur:

36. Birinci: Behin məbləği evin qiymətinin 41 faizini təşkil edir: evin qiyməti ******* manat, behin məbləği isə 700000 manatd ır. Qanunda behin məbləğinə dair məhdudiyyət müəyyən edilməyib, lakin məbləğ işdə olan digər sübutlarla birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Belə ki, behin əlamətlərindən biri ondan ibarətdir ki, beh - müqavilənin bağlanmasını təsdiq etmək üçün verilir. Mülki dövriyyədə əşyanın qiymətinin 41 faizinin beh kimi verilməsi hallarına rast gəlinmir, çünki müqavilənin bağlanmasını təsdiq etmək üçün qiymətin kiçik hissəsinin beh kimi verilməsi kifayətdir. Odur ki, bu hal behin həqiqiliyinə şübhə yaradır. Bundan başqa, behin digər əlaməti ondan ibarətdir ki, beh – müqavilənin icrasını təmin etmək məqsədilə verilir. Lakin 700000 manat kifayət qədər böyük məbləğ olduğuna görə behin özünün icrasının (geri qaytarılacağının) təmin edilməsinə zərurət var. Mülki dövriyyədə belə böyük məbləğdə pul vəsaiti adətən təminatsız (girovsuz, ipotekasız, zaminsiz) verilmir. Əgər təminat kimi çıxış etməli olan bir vasitənin özünün təminatına zərurət varsa, deməli, o, həqiqi təminat deyil.

37. İkinci: Əgər həqiqətən alqı-satqı niyyəti olmuşdursa, beh müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsi bağlana bilərdi. Çünki 700000 manat evin qiymətinin əhəmiyyətli hissəsini təşkil edirdi, nisyə alqı-satqı müqaviləsi bağlamağa mane olan hallar isə mövcud deyildi. Müqavilə azadlığı tərəflərə müqavilənin növünü seçmək azadlığı verir, lakin bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

38. Üçüncü: İddiaçı evin mülkiyyətçisini ümumiyyətlə görməyib. Onun özü də apellyasiya icraatı zamanı bu halı izahatında etiraf edib. Evin mülkiyy ətçisi Cavabdeh adından beh müqaviləsini etibarnamə əsasında nümayəndəsi Samir Tağıyev imzalayıb. İddiaçı heç vaxt görmədiyi şəxsin evini almaq üçün 700000 manatlıq beh müqaviləsini onun nümayəndəsi ilə bağlaması behin həqiqiliyinə şübhə yaradır. Həm də nəzərə alınmalıdır ki, nümayəndə evin mülkiyyətçisinin ərinin bacısı oğludur. Əgər nümayəndə mülkiyyətçinin birinci dərəcəli qohumu (övladı, valideyni), yaxud ikinci dərəcəli qohumu (qardaşı, bacısı) olsaydı, deyilə bilərdi ki, nümayəndə və mülkiyyətçinin qohumluq əlaqəsi İddiaçı inam yaradıb. Beh müqaviləsinin nümayəndə vasitəsilə bağlanması qanuna zidd deyil, lakin bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

39. Dördüncü: Oferta və aksept olmayıb. Belə ki, ev, mənzil və digər daşınm az əmlak satan və alan şəxslər buna yönələn hərəkətlər edirlər: satıcı evin satılması barədə elan verərək alıcı axtarır, alıcı satılması elan olunan evlərə baxaraq münasib ev axtarır və s. Lakin mübahisə tərəflərinin belə hərəkətlər etdiyini təsdiq edən sübut yoxdur. Alqı-satqı ilə bağlı oferta və aksept olmadığına görə behin həqiqiliyi şübhə doğurur. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

40. Beşinci: Alqı-satqıya zərurət və ya ehtiyac olmayıb. Yaşayış sahəsinin alqısatqısı zərurətdən və ya ehtiyacdan edilir: satıcı başqa yerə köçmək istəyir, yaxud pula ehtiyacı olur, alıcının yaşayış sahəsinə ehtiyacı olur, yaxud daşınmaz əmlak biznesi ilə məşğul olur və s. Hazırkı mübahisədə alqı-satqıya zərurət və ya ehtiyac müəyyən edilmədi yinə görə behin həqiqiliyi şübhə doğurur. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

41. Altıncı: Həmin evin hər hansı xüsusiyyətinə (yerləşdiyi yerə, inşa üslubuna və s.) görə İddiaçı üçün xüsusi əhəmiyyət kəsb etdiyi müəyyən olunmur. Ona görə də İddiaçı məhz bu evi əldə etmək üçün 700000 manat beh verməsi, daha sonra isə alqı-satqı müqaviləsinin bağlanmasını 6 ay gözləməsi ağlabatan deyil. Əgər İddiaçı ev almasına zərurət və ya ehtiyac var idisə, başqa ev ala bilərdi. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

42. Yeddinci: Evin mülkiyyətçisi Cavabdeh iddia ərizəsində beh müqaviləsinin həqiqi olmadığını, ərinin borcunun olması, beh müqaviləsinin bu borcun təminatı üçün bağl andığını bildirir. Beh müqaviləsini mülkiyyətçinin nümayəndəsi kimi imzalayan Samir Tağıyev apellyasiya icraatı zamanı üçüncü şəxs kimi izahat verərkən bildirib ki, beh müqaviləsini bağlamağı ona dayısı (mülkiyyətçinin əri) tapşırıb, dayısı bunun başqa şəxslə olan münasibətləri (iş birliyi) ilə əlaqədar olduğunu bildirib. Bu 2 şəxsin məhkəməyə verdiyi məlumatlar işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir.

43. Məhkəmə Mülki Məcəllənin 337.3, 337.4 və 340.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, beh müqaviləsi etibarsız sayılmalıdır. Beh müqaviləsi etibarsız sayıldığına görə İddiaçı ilk iddiası təmin edilə bilməz. Belə ki, ilk iddia beh müqaviləsinə əsaslanır.

44. Nəhayət məhkəmə hesab etmişdir ki, 700000 manat pulun etibarsız beh müqaviləsi üzrə verilib-verilmədiyi mübahisəlidir. Müqaviləni mülkiyyətçinin nümayəndəsi kimi imzalamış Samir Tağıyev bildirir ki, beh müqaviləsini imzaladıqdan sonra ona pul verilməyib. X8 adından yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizədə qeyd olunub ki, o, İddiaçı 700000 manat pul alıb. O cümlədən mədaxil orderindən görünür ki, İddiaçı 700000 manat pulu depozit hesaba köçürüb.

45. Məhkəmə qeyd etmişdir hazırkı qətnamə ilə beh müqaviləsi üzrə pulun verilibverilmədiyini müəyyənləşdirmir. Belə ki, birinci, işdə olan məlumatlar beh müqaviləsinin uydurma əqd sayılması üçün kifayətdir, pulun verilib-verilmədiyi nəticəyə təsir etməyəcək. İkinci, pulun beh müqaviləsinin tərəfi olan Cavabdeh verilməsini təsdiq edən sübut yoxdur. O, nə müqaviləni, nə də pulun verilməsi ilə bağlı sənə dləri şəxsən imzalamayıb, həmin sənədləri onun nümayəndəsi Samir Tağıyev imzalayıb. Samir Tağıyev isə Cavabdeh pul verdiyini bildirmir, ümumiyyətlə, beh müqaviləsi üzrə pul almadığını qeyd edir. Ona görə də hazırkı işdə 700000 manat pulun Cavabdeh tutulması qət edilmir, lakin bu qətnamə həmin pulun qaytarılması tələbinin rədd edilməsi barədə qətnamə sayılmır, çünki işdə belə tələb yoxdur. İddiaçı hesab edirsə ki, Cavabdeh 700000 manat pul verib, pulun qaytarılması üçün ümumi qaydada məhkəməyə iddia verə bilər. Üçüncü şəxs Samir Tağıyev 700000 manat pul almadığını qeyd edir. Nəzərə alınmalıdır ki, Samir Tağıyev beh müqaviləsinin tərəfi deyil, o cümlədən hazırkı işdə tərəf deyil, o, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi işə cəlb olunub. Ona görə də hazırkı işdə həmin pulun Samir Tağıye vdən tutulması qət edilmir, lakin bu qətnamə həmin pulun qaytarılması tələbinin rədd edilməsi barədə qətnamə sayılmır, çünki işdə belə tələb yoxdur. İddiaçı hesab edirsə ki, Samir Tağıyevə 700000 manat pul verib, pulun qaytarılması üçün ümumi qaydada məhkəməyə iddia verə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

46. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10135/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.1.5, 6.2, 331.1, 354.1, 354.2, 359.1, 359.4. 362.1, 377.1, 390.1, 460.1, 491.1, 491.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88.1, 106.1, 217.1, 217.3, 220.4-cü maddələri pozulmuşdur.

48. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və icrasını təmin etmək məqsədi ilə beh haqqında razılaşma əldə olunması və beh ödənilməsi qanunvericiliyə zidd və şübhə doğuran hal deyil. Qanunda behin məbləği ilə bağlı hər hansı bir məhdudiyyət müəyyən edilməmişdir. Məhkəmə tərəfindən behin məbləğinin beh müqaviləsinin həqiqiliyini şübhə altına alan hal kimi qiymətləndirilməsi, müqavilə azadlığı prinsipinin rədd edilməsidir. Beh müqaviləsinin əmlakını satan tərəfdən təmsilçi vasitəsi ilə bağlanması onun həqiqiliyini şübhə altına ala bilməz. Həmçinin, məhkəməyə verilmiş qarşılıqlı iddia t ələbi əsassız olmaqla bərabər müddəti də keçmişdir. Cavabdeh iddia tələbi ilə məhkəməyə 10 fevral 2020-ci il tarixdə müraciət etmişdir, halbuki beh müqaviləsi 28 aprel 2018-ci ildə bağlanmışdır. Məhkəmə nəticənin əsası kimi istinad etdiyi sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir. Məhkəmə beh müqaviləsinin uydurma olduğu, evin mülkiyyətçisi Cavabdeh keçmiş ərinin borcu olması və beh müqaviləsinin bu borcun təminatı üçün bağlandığı qənaətinə gələrək öz nəticəsini yalnız qarşı tərəfin izahatı ilə əsaslandırmışdır. Halbuki cavabdehin istinad etdiyi hallar işdəki digər sübutlarla öz təsdiqini tapmır.

49. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

50. İlk iddia üzrə cava bdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

51. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Kassasiya baxışının hədləri:

52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektlə ri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahis ə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vək il edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tət biq edilir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə yuxarıda qeyd olunan qaydada hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

59. Bu zaman apellyasiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozması müəyyən edilməmişdir.

60. Kassasiya şikayətinin qarşılıqlı iddianın sübut olunmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

61. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cüml ədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

62. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassatorun Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötməsinə dair dəlili də Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilən mövqeyə uyğun deyildir.

63. Belə ki, həmin qərarda izah olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığ ı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

64. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qə bul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10135/2021 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar