Məhkəmə qərarları › İş №2(102)-2888/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2888/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2888/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-359/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 20 sentyabr 2019-cu il tarixində Ağstafa Rayon Notariat Ofisində İddiaçı 25500 (iyirmi beş min beş yüz) manat borc pul alması, həmin borcu 10 noyabr 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürməsi barədə ərizə vermişdir.

2. Ərizənin məzmununa əsasən, pulun ödənilməsində hər hansı gecikmə yaranarsa Cavabdeh bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Qazax rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 25500 manat pulun və 3175 manat əldən çıxmış faydanın, cəmi 28675 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabde h tərəfindən 25500 manat puldan 700 manatın ödənildiyini və cavabdehin ona 24800 manat borcunun qaldığını bildirmiş və qətnamə qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəlldən tanıyır və münasibətləri yaxşı olmuşdur. Cavabdehdən dəfələrlə ondan aldığı pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmamışdır.

6. Cavabdeh pulu vaxtında qaytarmadığına görə iddiaçıya maddi zərər dəymişdir. Əgər həmin pul iddiaçıda olsa idi o, xeyli gəlir əldə edəcəkdi. Cavabdeh əsassız olaraq iddiaçının pulunu saxlamaqla faydalanmışdır. Buna görə də cavabdeh iddiçının pulunu əsassız olaraq saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış (1275x2,5 ay= 3175) pul ödəməlidir.

7. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 21.2, 157.2, 385.1, 427.1, 442, 449.1, 739.1, 739.2, 740, 742.1, 743 və 1097.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Belə ki, cavabdeh “Tik-tok” sosial şəbəkəsində Əli adlı maşın alverçisi ilə tanış olmuş və maşın almaq məqsədilə ona 11000 min və 5000 manat məbləğində pul göndərmişdir; - cavabdeh iddiaçını əvvəllər tanımamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçı da Əliyə maşın sifariş vermişdir. Bir gün Əli zəng edərək, maşınların gəldiyini bildirmiş və onları Gürcüstanın Poti şəhərinə dəvət etmişdir. Cavabdeh iddiaçı ilə Poti şəhərinə getmiş və orada oteldə Əli ilə görüşmüşlər. İddiaçı cavabdehin yanında Əliyə 15000 ABŞ dolları məb ləğində pul vermişdir. Onlar üç gün orada qalmışlar; - sonradan Əli onlara bildirmişdir ki, maşınlar alınmadı və buna görə də Türkiyə Respublikasına gedib pullarını göndərəcək. Daha sonrada məlum olub ki, Əli onları aldatmışdır. Bununla bağlı cavabdeh iddiaçı ilə tez-tez danışmışlar; - 20 sentyabr 2019-cu ildə iddiaçı Qazax şəhərinə gəlmiş və bildirmişdir ki, Notariusda Əlinin borcu olması ilə bağlı ərizəyə imza etməlidir. Cavabdeh də öz növbəsində əsasını və nəticəsini bilmədən həmin ərizəni vermişdir.

9. Birinci instansiya məhkəməsində cavabdeh etirazını müdafiə edərək göstərmişdir ki, iddiaçı pulu ona yox, türk vətəndaşına vermişdi ki, həmin şəxs ona avtomobil gətirəcəkdi. O notariat orqanında iddiaçıdan borc pul aldığını deməmişdir.

10. Qazax Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tar ixli, 2(023)-1025/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində pulun alınaraq İddiaçı qaytarılması qət edilmişdir. (hakim: Fəxri Məmmədov)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutetmə vəzifəsini bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

12. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçı 25500 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş, Ağstafa Rayon Notariat Ofisində 20 sentyabr 2019-cu il tarixdə 8İ-5517 reyestr nömrə ilə təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Həmin ərizə ilə müəyyən edil ir ki, 25500 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir, cavabdeh həmin pulu 10 noyabr 2019-cu il tarixinədək ödəyib qurtaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borc kimi aldığı pulu qaytardığına dair məhkəməyə sübut təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıdan yazılı ərizə əsasında aldığı 25500 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış faydaya görə 3175 manat pulun tutulmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissəyə dair məhkəməyə sübut təqdim edə bilməmiş, bu səbəbdən iddia tələbi həmin hissədə əsassızdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(023)-1025/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazının dəlillərinə uyğun əsaslandırmış və göstərmişdir ki, notariusda heç kim imzanı nə üçün atdığın ona izah etməmişdir. İddia tam əsassızdır. İmzanı borca görə atmağını məhkəmədən bildiriş gələndə bilib. Məhkəmə qətnamə qəbul edərkən göstərilən halları araşdırm amışdır.

18. Apellyasiya baxışında şahid X2 göstərmişdir ki, o, maşın ustasıdır. İddiaçı ilə birlikdə Qazax rayonuna gəlib, cavabdehi götürüb Gürcüstan Respublikasına getmişlər. Yolda Əli adında bir nəfər də türk vətəndaşını götürüb özləri ilə aparmışlar. Gürcüstan Respublikasının Poti şəhərində oteldə iddiaçı cavabdehə onun yanında 10000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt Əli onların yanında olmamışdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-359/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2(023)-1025/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Şamil Rzaquliyev)

20. Apelly asiya instansiyası məhkəməsi qeyd edib ki, işin müəyyən edilmiş faktiki hallarına görə cavabdeh iddiaçıdan 25500 manat məbləğində borc almışdır. Tərəflər arasında olan Agstafa rayon notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli razılaşmaya (ərizəyə) əsasən Cavabdeh aldığı həmin borcu 10 noyabr 2019-cu il tarixədək tam şəkildə ödəməli olduğu halda, öhdəliyini icra etməmiş, həmin puldan cəmi 700 manat məbləğində ödəniş etmiş və qalan məbləği geri qaytarmaqdan yayınmışdır

21. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

22. Cavabdehin iddiaçıya heç bir borcunu n olmadığı barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi vəsatət verərək, əlavə sübutların təqdim edilməsi məqsədilə məhkəmə kollegiyasının iclaslarını təxirə saldırmış, lakin, qeyd edilən hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu s əbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti əsasında apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olub, qətnamə də həmin hissə üzrə qəbul edilib. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

31. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin notarial qaydada təsdiq edilmiş ərizəsinə (qəbzə) istinad etmişdir. Cavabdeh isə iddiaçıya borcunun olmaması, həmin ərizənin məzmununu bilmədən imzlamasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Pros essual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaya etirazının dəlillərini sübut etməli idi.

33. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı cavabdehin notarial qaydada verdiyi ərizə ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. İşdəki istinad edilən ərizəyə qiymət verilməsi də MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

34. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəti cəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verib. (bax: 22-ci bənd) Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-359/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar