Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2889/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4 və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli 2(103)11222/2019 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş mənəvi zərərə görə 50.000 man at və məcburi işdən aralı qaldığı müddətdə dəymiş maddi zərərə görə 10.000 manat tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 30 may 2019-cu il tarixli, 2(011)-5084/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X1rşı cavabdehdən dəymiş mənəvi zərərə görə 50.000 manat və məcburi işdən aralı qaldığı müddətdə dəymiş maddi zərərə görə 10.000 manat tutularaq özünə ödənilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) 08 oktyabr 2019-cu il tarixli, 2(103)11222/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(011)-5084/ 2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-11222/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2(103)-11222/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11222/2019 nömrəli, 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 17 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsi, tərəflərindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin geri qaytarılmasına dair qəbul edilmiş qərardad tamamilə qanunsuz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2020 tarixli qərardadında göstərildiyi kimi 14 fevral 2019-cu ildə deyil, 14 fevral 2020-ci ildə təqdim etmiş, kassasiya şika yətini təqdim edərkən müəyyən edilmiş müddəti ötürməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsini poçt vasitəsilə rəsmi qaydada 26 oktyabr 2019-cu il tarixində qəbul etdikdən qısa müddət sonra Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək maddi imkanın aşağı olması səbəbindən məhkəmənin qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmiş, vəsatəti təmin edilərək 21 yanvar 2020-ci il tarixli orderi ilə Vəkil onun vəkili təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti isə 14 fevral 2020-ci il tarixində poçt orqanına təqdim edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mülki işin 211-ci səhifəsində olan xəbərnaməd ən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11222/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı yaşadığı ünvana göndərilmiş, həmin ünvanda 26 oktyabr 2019-cu il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətini 14 fevral 2020ci il tarixdə poçt orqanına təqdim etmişdir. Göründüyü kimi, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş, eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim edilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kol legiyası apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi 17.02.2020-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni 26.10.2019-cu il tarixdə almış, dövlət hesabına vəkil verilməsi barədə ərizəni isə 06.12.2019-cu il tarixdə vermiş, bu zaman onun kassasiya şikayəti vermək üçün 20 gün müddəti qalmışdır. İddiaçıya dövlət hesabına vəkil təyin edilməsi barədə 24.12.2019cu il tarixli qərardad icra olunaraq 21.01.2020-ci il tarixdə vəkil orderi yazılmışdır. Həmin müddətdən hesablanmaqla, iddiaçı 20 gün müddətində kassasiya şikayəti vermək üçün zəruri tədbirləri görməmiş və 14.02.2020-ci tarixdə vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətini rabitə orqanına təhvil verdiyi zaman kassasiya şikayəti vermə müddətini buraxmış və müddətin bərpasına dair ərizə verməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli 2(103)-11222/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2889/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2889/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver