Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-289/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X2 və X3 iştiraklarıilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) Cavabdeh1 əsas borc üzrə 17.291,64 (on yeddi min iki yüz doxsan bir ABŞ dolları, altmış dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6443,44 (altı min dörd yüz qırx üç ABŞ dolları, qırx dörd sent) ABŞ dolları, cərimə borcu üzrə 79,30 (yetmiş doqquz ABŞ dolları, otuz sent) ABŞ dolları olmaqla, cəmi 23.814,38 (iyirmi üç min səkkiz yüz on dörd ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq «Bank VTB (Azərbaycan)» ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 29 saylı evin, 3a sayl ı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 83.000 (səksən üç min) manat müəyyən edilməkləaçıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, mübahisəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması, «X5» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh1 tutularaq həmin MMC-nin hesabına kö çürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, mənzilin real bazar dəyərinin öyrənilməsi üçün yenidən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə mülki iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, İ.Şirinov və T.Səmədov, iş № 2(103)xx/19) apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərdən Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İşdən göründüyü kimi, iddiaçı «Bank VTB (Azərbaycan)» ASC Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorun vəkili İ.Rüstəmov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının vəkili A.Məmmədov isə kas sasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kim i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh3 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almı şdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 30.05.2014-cü il tarixli krediti müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% olmaqla 19.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindəki 29 saylı evin 3a saylı mənzili öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir. Bankın verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 banka 17.291,64 ABŞ dolları əsas borc, 6443,44 ABŞ dolları faiz borcu, 79,30 ABŞ dolları cərimə borcu, cəmi 23.814,38 ABŞ dolları borcu vardır. “xxxx” MMC tərəfindən verilmiş 15.12.2017-ci il tarixli, QXM 41/M saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 29 say lı evdə yerləşən və Cavabdeh1 məxsus 3a saylı mənzilin 15.12.2017-ci il tarixə bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. «xxxx» MMC tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 12 mart 2018-ci il tarixinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 29 saylı evin, 3a saylı mənzilin real bazar dəyəri 83.000 manat təşkil etmişdir. “xxxx” MMC-nin rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 29 saylı evin, 3a saylı mənzilin xx xxx 2019-cu il tarixə bazar dəyəri 88.000 manattəşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri aşağıdakılara görə əsassız saymışdır. Əvvəla, cavabdehin borc məbləğinin düzgün hesablanmaması barədə dəlilləri əsassızdır. Çünki, cavabdeh tərəf etiraz etdiyi bu hala dair məhkə məyə heç bir sübut təqdim etməmişdir. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də əsas olmamışdır. Əks halda, istənilən bu xarakterli iş üzrə lüzumsuz yerə ekspertizalar təyin edilməsi bu xarakterli işlərə ağlabatan müddətdə baxılmasını iflic vəziyyətə salar. İkincisi, “xxxx” MMC tərəfindən mənzilin bazar dəyəri 140.000 (yüz qırx min) manat müəyyənləşdirmişdir. Lakin “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyində 12 mart 2018ci il tarixinə mənzilin real bazar dəyəri 83.000 (səksən üç min) manat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi də ikinci ek spert rəyini əsas götürərək mənzilin ilkin satış qiymətinin 83.000 (səksən üç min) manat müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində bunu mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq ipoteka predmetinin yenidən qiymətləndirilməsini təşkil etmiş və bu dəfə mənzilin ilkin satış qiymətinin 88.000 (səksən səkkiz min) manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmetinin bazar dəyərinin 140.000 (yüz qırx min) manat olması barədə “xxxx” MMC-nin verdiyi rəy əsassızdır. Çünki, ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş qiymət də nəzərə alınmaqla ipoteka predmeti barədə sonuncu iki rəy reallığı əks etdirir. Bununla yanaşı, ipoteka predmetinin real bazar dəyəri həm də onun ilkin satış qiyməti olmadığından apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh1 apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkə məsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda ə sas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamə nin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-289/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-289/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver