Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2892/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə görə zaminliyə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə və kredit razılaşmasına əsasən, aylıq 2.1667 faiz dərəcəsi ilə müvafiq qrafik əsasında iki il müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Digər cavabdehlər bankla bağladıqları zaminlik müqavilələri əsasında borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Buna baxmayaraq Cavabdeh1 borcunu qrafik üzrə qaytarmamış və öhdəliyinin icrasını gecikdirmişdir. Bu səbəbdən bank aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4979.52 ABŞ dolları məbləğində əsas borcu, 674.66 ABŞ dolları məbləğində faiz borcu və 497.95 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6152.13 ABŞ dolları məbləğində borcun və bank tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 120 müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin arasında xx.xx.2015-ci il tarixli, xx.xx.2015ci il tarixli, xx.xx.2015-ci il tarixli sazişlərə razılaşmaya və ödəniş planına dəyişilik edilmişdir. Cavabdeh kredit razılşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı tarixdən banka qaytarmamışdır. Cavabdeh kredit razılaşması üzrə götürdüyü kredit borcundan 5020.48 ABŞ dolları ödəniş etmiş və onun 4979,52 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfind ən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu kreditora qaytarmadığı üçün xx.xx.2016-cı tarixə 138 gün üçün hesablanmış faiz borcu 674, 66 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir 20 gün üçün hesablanmış cərimə 497,95 ABŞ dolları təşkil edir. Göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən kred itor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəliklərini icra etməlidilər.
4. Zəngilan Rayon Məhkəməsinin (hakim Ş.Həsənova) xx xxxx 2019-cu il tarixli, 2(034)30/2019 nömrəli qətnaməsi ilə iddia tələbin qismən təmin edilmiş, Cavabdeh1 3797 (üç min yeddi yüz doxsan yeddi) ABŞ dolları 10 (on) sent məbləğində əsas borcu, 724 (yeddi yüz iyirmi dörd) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində faiz borcu və 50 (əlli) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4 572 (dörd min beş yüz yetmiş iki) ABŞ dolları 05 (beş) sent məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 10 (on) manatının tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
5. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını gecikdirmişdir və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Kredit xətti və zaminlik müqavilələrində bo rcun faizi göstərilmədiyindən, habelə kredit razılaşması zaminlərə imzalatdırılmadığından Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə onların zaminliyə xitam verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-L.Məmmədova (sərlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, X9 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şik ayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlərə aid hissədə iddia təmin olunmalıdır. Belə ki, zaminlik müqaviləsində Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında göstərilənlərə uyğun olaraq zaminliyin xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Həmçinin zaminlərin vəziyyətin ağırlaşdıran, öhdəliklərinin artmasını ehtiva edən heç bir sənəd mövcud olmamışdır. İşə baxmış aşağı instansiya məhkəmələri iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, MM-nin 477.0.1-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2018-ci il tarixli qərarı düzgün tədbiq edilməmişdir.
11. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxs in kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
16. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx xxx 2018-ci il qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddə sinin mənasına görə kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə s əbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur; Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəfləri n qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində iddianın zaminlərə aid hissəsinin rədd edilməsi mübahisələndir ildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
21. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC ara sında bağlanmış xx.xx.2008-ci il tarixli, 02L000002906 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
22. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Yeni ödəniş planına uyğun ödəniş ayda 788.92 ABŞ dolları olmaqla xx xxx 2013-cü il tarixdən başlamaqla xx xxx 2016-cı il tarixdə bitir.
23. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 02S********** saylı zaminlik müqaviləsindən görünür ki, 02l000002906 sayl ı kredit xətti müqaviləsi üzrə kreditin təminatı zaminlikdir. Zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar.
24. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 02S000003288 saylı, Cavabdeh6 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 02S000009050 saylı, Cavabdeh3 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 02S000014437 saylı, Cavabdeh4 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 02S000014438 saylı zaminlik müqavilələrindən görünür ki, 02l000002906 saylı kredit xətti müqaviləsi üzrə kreditin təminatı zaminlikdir. Zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar.
25. İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-ci il tarixli, 25080 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli 002R********** kredi müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 5058.72 ABŞ dolları əsas borcu, 941.20 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur.
27. Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixinə cavabdehin xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən 3797,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 724,95 ABŞ dolları məbləğində faiz borcu və 262,67 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumil ikdə cəmi 4784,72 ABŞ dolları borcu vardır.
28. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ilə bağlanmış baş kredit razılaşmasında kreditin məbləği, müddəti göstərilmiş, kreditin valyutası müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasında verilmiş kreditin məbləği, müddəti və faiz dərəcəsi göstərilmiş, kreditin valyutası ABŞ dolları ilə müəyyən edilmişdir. Beləliklə baş kredit razılaşmasında kreditin faiz dərəcəsi göstərilməmişdir. Kredit müqaviləsində isə kreditin faiz dərəcəsi göstərilmiş və kreditin valyutası ABŞ dolları ilə müəyyən edilmişdir. Buna baxmayaraq kredit müqaviləsində sonradan müəyyən edilən şərt (faiz dərəcəsi) zaminlərlə razılaşdırılmamışdır. Qeyd olunanlar zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişdirilmənin onların məsuliyyətinin artmasını və onlar üçün əlverişsiz nəticələrə səbəb olmasını təsdiq edir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi zamin olan cavabdehlərdən borcun tutulması ilə bağlı hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
29. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.