Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2892/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-701/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005355 saylı Bank Xidmətləri Müqaviləsi üzərindən xxx saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi ehtiyaclar üçün 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür 2. xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 (zamin)lər müqavilə üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
3. Maliyyə arayışına əsasən, Cavabdeh1 11408.16 manat məbləğində kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat
4. İddiaçı X1 İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.706,28 manat əsas, 4.411,17 manat faiz, 2.750,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 93.69 manat faiz borcu, cəmi 4338.17 manat borcun və iş üzrə ödənilmiş 124.23 manat dövlət rüsumunun tutularaq X1 İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli, xxx saylı bank xidmətləri müqaviləsi bağlanmışdır. Bank xidmətləri müqa viləsi üzərindən bağlanmış KM032T08170042 saylı, xx.xx.2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi ehtiyaclar üçün 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər və müqavilənin şərtlərini pozmuşlar. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə 3.706,28 manat əsas, 4.411,17 manat faiz, 2.750,11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 540.60 manat faiz borcu olmaqla, cəmi 11408.16 manat təşkil edir.
6. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-1066/2023 nömrəli iş üzrə 12 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məblə ğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müq avilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sü butları məhkəməyə təqdim etməmişdir.
11. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamışdır. İddiaçı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” məhkəməyə göndərmişdir və həmin tarixdə də ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
12. Buna görə də məhkəmə qeyd etmişdir ki, iddia müddətinin axımının xx.xx.2020-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 375.2, 376, 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı X1 İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemin də yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə elektron qaydada göndərilmişdir. Bildirmişlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005355 saylı “Bank xidmətləri müqaviləsi” üzrə xxxx saylı, xx.xx.2017-ci il tarixli əlavəyə əsasən kredit cavabdehə 36 ay müddətinə verilmiş, kredit müqaviləsinin icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmaqla, xx.xx.2023cü il tarixədək təşkil etmiş, iddiaçı tərəfindən isə iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılm ış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmçinin bildirmişlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Bu təcrübəni düzgün hesab etmirlər. Belə ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbid edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalı, işin hallarını və sübutları araşdırmalı idi. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğ ini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan sui-istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-701/2024 nömrəli mülki iş üzrə 29 mart 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə sədrlik edən, məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin e-2(015)-1066/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi nin digər əsasla rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf iddia ərizəsini 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə elektron qaydada göndərildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən isə görünür ki, iddiaçının iddia ərizəsi 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı “pdf format” adlandırdığı iddia ərizəsinin surətini məhkəməyə təqdim etmişdir ki, həmin ərizədə iddia ərizəsinin göndərilmə tarixi 21 avqust 2023-cü il göstərilmişdir. İş materiallarında olan i ddia ərizəsində isə həmin göndərilmə tarixi qeyd olunmamışdır ki, bununla da sonradan məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki göndərilməyə dair məlumat sübut qismində qəbul edilməmişdir.
18. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 münasibətdə iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
19. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir.
20. Belə ki, işin müəyyən edilmiş hallarında n görünür ki, tərəflər arasında borc müqaviləsi 22 avqust 2017-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti 22 avqust 2020-ci il tarixinədək şərtləndirilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti öhdəliyin icrasının son müddətinədək müəyyən olunmuş, idd iaçı isə öhdəliyin icrasının son müddəti bitdiyi tarixdən 1 il ərzində cavabdehlərə qarşı iddia qaldırmamış və bununla da zaminliyə xitam verilmişdir. Hərçənd ki, bu şərt müqavilənin 5.1.4-cü bəndi ilə də şərtləşdirilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyildir. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas zamin olan cavabdehlər onlara qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişlər. Həmçinin, artıq zaminliyə xitam verildiyindən, həmin öhdəlik üzrə iddia müddətini n tətbiqi də mümükün deyildir.
22. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 387.1, 470.1, 472.1, 474.1, 477.0.4, 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixdə 36 (otuz altı) ay müddətinə kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə, qa nunda nəzərdə tutulmuş 3 illik iddia müddəti isə xx.xx.2023-cü ildə bitmişdir. Bank tərəfindən iddia ərizəsi iddia müddəti bitməmiş, yəni xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sisteminə” yüklənmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən çıxarışa əsasən, iddia ərizəsinin göndərilmə tarixi xx.xx.2023-cü ildir, statusu isə qəbul edilmişdir. Elektron ərizədən göründüyü kimi, məhkəmə tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iddia müddətini tətbiq edərkən, iddianın qəbul edilmə tarixini nəzərə almışdırlar ki, bu da tamamilə yanlışdır. İddia ərizəsi poçt vasitəsilə məhkəməyə göndərilsə idi, o zaman məhkəməyə hansı tarixdə daxil olmasına, məhkəmənin onu hansı tarixdə qeydiyyata almasına baxmayaraq, göndərənin iddia ərizəsini poçt xidmətinə verdiyi gün artıq sənəd göndərilmiş hesab olunardı. Eyni qaydalar elektron sistem üçün də keçərlidir və bu “Elekron imza və elektron sənəd” haqqında Qanunda da öz əksini tapmışdır. Qanuna əsasən başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Bank xx.xx.2023-cü ildə, yəni iddia müddəti ötürmədən sənədləri elektron sistemə yükləmişdir. Elektron sənədin isə hansı tarixdə məhkəmə tərəfindən qəbul edilərək qeydiyyata alınması artıq həmin məhkəmənin öhdəlikləri çərçivəsində müəyyən edilən bir məsələdir və bu hal iddiaçı tərəfindən müvafiq iddia tələbinin iddia müddətini ötürmədən vaxtında, yəni xx.xx.2023-cü il tarixdə g öndərilməsini inkar edə bilməz. Məhkəməyə iddiaçı tərəfdən iddia ərizəsinin xx.xx.2023-cü il tarixində elektron məhkəmə sisteminə yüklənməsinə dair sənəd təqdim olunmuşdur. Lakin məhkəmə göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olduğu hal mövcud olduğu halda belə mübahisənin həlli üçün müvafiq orqanlara sorğu göndərməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində mübahisə edilən hüquq münasibətinə ətraflı toxunulmuş, şikayətə elektron sənədlərin yükləndiyini təsdiq edən elektron ərizə sübut kimi əlavə edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilənləri nəzərə almayaraq AZEMİS “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərildiyini iddia edərək, apellyasi ya şikayətini təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətin in keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsi ndə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbe tmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Elekron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının Qanunu
36. Maddə 28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiy a sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir.
37. Maddə 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiya məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsini 21 avqust 2023-cü il tarixdə “E lektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə elektron qaydada göndərildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçının iddia ərizəsi 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı “pdf format” adlandırdığı iddia ərizəsinin surətini məhkəməyə təqdim etmişdir ki, həmin ərizədə iddia ərizəsinin göndərilmə tarixi 21 avqust 2023-cü il göstərilmişdir. İş materiallarında olan iddia ərizəsində isə həmin göndərilmə tarixi qeyd olunmamışdır ki, bununla da sonradan məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki göndərilməyə dair məlumat sübut qismində qəbul edilməmişdir.
49. Buna görə də apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, Cavabdeh1 münasibətdə iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
50. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi 22 avqust 2017-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti 22 avqust 2020-ci il tarixədək şərtləndirilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstə rilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
51. Göründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti öhdəliyin icrasının son müddətinədək müəyyən olunmuş, iddiaçı isə öhdəliyin icrasının son müddəti bitdiyi tarixdən 1 il ərzində qeyd olunan cavabdehlərə qarşı iddia qaldırmamış və bununla da zaminliyə xitam verilmişdir. Hərçənd ki, bu şərt müqavilənin 5.1.4-cü bəndində də şərtləşdirilmişdir.
52. Apellyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyildir. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas zamin olan cavabdehlər onlara qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişlər. Həmçinin, artıq zaminliyə müddətin keçməsi əsasına görə xitam verildiyi üçün, həmin öhdəlik üzrə iddia müddətinin tətbiqi də istisna olunur.
53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Cavabdeh1 münasibətdə iddianı rədd e tməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2024-cü il tarixli, 2(104)-701/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.