Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2896/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1956/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X1 rayonu, ünvan mənzilində yaşayır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış 28.03.2013-cü il tarixli, 854 saylı məktubda göstərilmişdir ki, ünvan şəhərində 5 ədəd, ünvanndə 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olmasını bildirməklə həmin binalarda kompleks bərpagücləndirmə və təmir işlərinin aparılması xahiş edilmişdir. Həmin yaşayış binalarının layihə-smeta sənədləri hazırlanmış, aparılacaq kompleks bərpa-gücləndirmə və təmir işlərinin dəyəri 13,4 milyon manat təşkil edir. 1200 nəfərdən artıq sakinin yaşadığı həmin binalarda komleks bərpa gücləndirmə və təmir işlərinin aparılması barədə müvafiq sərəncam ve rilməsi xahiş edilir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış 02.07.2013-cü il tarixli məktubunda da həmin binalarda komleks bərpa gücləndirmə və təmir işlərinin aparılması məqsədilə 2013-cü ilin Dövlət Büdcəsinin ehtiyyat fondundan vəsait ayrılması barədə müvafiq sərəncam verilməsi xahiş edilir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış 06.08.2013-cü il tarixli, 2929 saylı məktubda qeyd edilmişdir ki, ünvan şəhərində 5 ədəd, ünvanndə 3 ədəd çoxmərtəbəli yaşayış binalarında kompleks bərpa gücləndirmə və təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 “XXXX” İnstitutu tərəfindən dəyəri 13,4 milyon manat olan layihə-smeta sənədləri hazırlanmışdır. Tərtib edilmiş yah iyə-smeta sənədləri əsasında kompleks bərpagücləndirmə və təmir işlərinə artıq başlanılmışdır. Lakin 2013-cü ilin Dövlət Büdcəsinin ehtiyyat fondundan vəsait ayrılması mnəsələsi həll edilmədiyindən iş dayandırılmışdır və vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 26.10.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, rayon İcra Hakimiyyətinin büdcə təşkilatı olduğu və bu məqsədlər üçün vəsait ayrılmadığına görə ona köməklık göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən mənzilin təmiri zamanı ona dəymiş 6500 manat məbləğində zərərin əvəzinin ondan tutu lması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək bütövlükdə mənzilin təmiri üçün verilmiş 5000 manat, hər ay 150 manat olmaqla 10 ay müddətinə kirayə yaşamaq üçün verdiyi 1500 manat və iş icraçısına verdiyi 600 manat, cəmi 7100 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə bir neçə nəfər onun yaşadığı mənzilə gələrək özlərini Fövqəladə Hallar Nazirliyinin və cavabdeh təşkilatın əməkdaşları kimi təqdim edərək bildiriblər ki, mənzili təmir olunacaq. Bu səbəbdən də mənzili boşaltması və kirayədə qalması məsləhət görülüb. Bunun üçün ona kirayə pulu da ayrılıb. O, dövlət orqanlarının nümayəndələrinin sözünə inanaraq evi boşaldıb. Bir neçə gündən sonra işçilər gəlib mənzildə söküntü işləri aparmağa başlayıblar. Belə ki, mənzilin pəncərələrini, qapılarını, döşəməni sökmüş, söküntü işlərini başa çatdırmış və bir daha geri qayıtmamışlar. Mənzili bərbad vəziyyətə salındıqdan sonra, o dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdır. Lakin vəsaitin olmadığı bəhanə gətirilərək söküntü işləri yarımçıq qalmışdır. Kirayədə qalmağa pulu olmadığına görə təmirsiz mənzildə yaşamaması üçün nisyə tikinti materialları götürərək mənzilini təmir etdirmişdir. Mənzildə təmir işləri aparan fəhlələrə borcu var. O, hissə-hissə tikinti materiallarının pulunu və 10 ay üçün kirayə haqqını ödəmişdir. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edib və ona köməklik göstərilməsini xahiş edib, lakin bunun heç bir nəticəsi olmamışdır. Mənzilin təmiri zamanı mal-materiala və təmir işləri aparan ustalara 5000 manat, eləcə də 10 ay, hər ay 150 manat olmaqla kirayə haqqı ödəyib. Həmçinin iş icraçısına 600 manat məbləğində pul ödəyib. Ona görə də mənzilin təmirinə xərclədiyi 7100 manat pulun cavabdeh təşkilatdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İşdə olan qaimələrdən görünür ki, iddiaçı “XXXXX” adlı mağazadan 28.01.2014-cü il tarixdə 3230 manat, 30.01.2014-cü il tarixdə 26,60 manat və 25.03.2014-cü il tarixdə 432 manat dəyərində tikinti-material almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 16 oktyabr 2018-ci il tarixli, 12780 saylı rəyindən görünür ki, Abşeron rayonu, ünvan, Nizami küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzilində döşəmənin, qapıların, pəncərələrin dəyişdirilməsi, eləcə də, yerinə yetirilmiş digər müxtəlif növ təmir işlərinin aparılması üçün bazar qiymətlərinə uyğun olaraq təqribən 4903,0 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsaitin xərclənməsi müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 24 dekabr 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ilə iddia tələbi rəddd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli binadan təmir-bərpa işlərinin cavabdeh təşkilat tərəfindən aparılmasının sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının (hakimlər: Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 04 iyun 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr hesab etmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 17 mart 2020-ci il tarixli, 2(102)1504/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən t əmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilində bilavasitə söküntü işləri aparmış şəxslərin dairəsini müəyyən edib, onları şahid qismində dinləmək üçün məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, həmin şəxslərlə, o cümlədən cavabdeh təşkilatın nümayəndəsinin izahatında göstərdiyi “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi ilə Cavabdeh arasındakı hüquqi bağlılığa aydınlıq gətirmədən, mənzilin təmiri üçün tələb olunan maliyyə vasitinin hansı təşkilat tərəfindən ödəniləcəyinə aydınlıq gətirmədən, həmçinin ünvanndə üç binada təmir, bərpa və güclə ndirmə işlərini aparmağı sifariş edən sifarişçi təşkilatı müəyyən etmədən, işə əlavə edilmiş çoxsaylı sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız cavabdeh təşkilatın irəli sürdüyü arqumentlərlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Odur ki, iddiaçının mənzilin təmir-söküntü işlərinin cavabdeh tərəfindən apaarılıb-aparılmaması aydınlaşdırılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Məmmədov, Şəmsəddin Abbasov) 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia t ələbi qismən təmin edilmiş, cavabdeh Abşeron rayon İcra Hakimiyyərindən İddiaçı xeyrinə dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan fotoşəkillərdən, qaimə sənədlərindən görünür ki, iddiaçıya məxsus mənzildə müvafiq söküntü və təmir işləri aparılmışdır. İddiaçının mənzilinə maddi zərəriun dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla ünvan şəhəri, ünvanndə üç binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması üçün Föv qəladə Hallar Nazirliyinin Tikintidə X2 “XXXXXXXX” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayandırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də, bunun heç bir nəticəsi olmayıb. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Abşeron rayon İcra Hakinmiyyəti tərəfindən müxtəlif orqanlara ünvanlanmış məktublardan göründüyü kimi, Abşeron rayonu ünvan şəhərində və ünvanndə qəzalı vəziyyətdə olan binaların bərpa-gücləndirmə və təmir işləri Cavabdeh tərəfindən aparılmışdır. İddiaçıya məxsus binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması Cavabdeh tərəfindən aparıldığından iddiaçıya dəymiş zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kassasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, İcra hakimiyyəti dövlət hakimiyyətinin üç qolundan biridi r. O, bir-biri ilə sıx surətdə bağlı olan müəyyən dövlət orqanları sistemində təmsil edilir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. İcra hakimiyyəti sisteminin sonuncu pilləsinə yerli icra hakimiyyəti orqanları daxildir. Yerlərdə hakimiyyət dövlət hakimiyyəti sisteminə aid olmayan, tam müstəqil fəaliyyət göstərən yerli özünüidarə orqanları - bələdiyyələr və başçıları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən və onun qarşısında məsuliyyət daşıyan icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 sayli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin əsasnamədə yerli icra hakimiyyətləri başçılarının üzərinə binalarda kompleks bərpa gücləndirmə və təmir işlər inin aparılması barədə hər hansı bir vəzifə qoyulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67-ci maddəsinin tələblərinə görə onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə g örə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir. (maddə 407.2) Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətn amə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən mənzilin təmiri zamanı ona vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş edir. İddiaçı hesab edir k i, ona məxsus mənzilin yerləşdiyi binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması Cavabdeh tərəfindən aparıldığından ona dəymiş zərər də cavabdehdən tutularaq ödənilməlidir. İş üzrə Cavabdeh inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının Terli İcra Hakimiyyəti orqanları inzibati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslə r arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman üm umi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, ididaçıya məxsus mənzilə dəymiş ziyan, ünvan şəhərində 5 ədəd, ünvanndə 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarda kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məh kəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Göstərilənlərə əsasən qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Odur ki, MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1956/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv ed ilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2896/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2896/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver