Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-29/2019 17.01.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 17 yanvar2019-cuil İş№ 2(102)-29/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, Cavabdeh4 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1725/2018 saylı 04 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 06 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, iş № 2(014)-3 31/2018) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və x1 müştərək qaydada 7699,08 ABŞ dolları əsas borc, 1724,84 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9428,92 ABŞ dolları (doqquz min dörd yüz iyirmi səkkiz ABŞ dolları doxsan iki sent) ödəniş gününə məzənnə üzrə manatla borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürov, iş № 2(107)1725/2018) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 mart 20 18-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC -nin xeyrinə 7699,08 ABŞ dolları əsas borc, 1724,84 ABŞ dolları faiz borcu və 4851,44 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14275,36 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 06 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında 015L**********62 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh4 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsa sən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə 06 iyul 2015ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 18 fevral 2016-cı il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu, faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06 dekabr 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh4 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların 21 dekabr 2017-cı il tarixə 7699,08 ABŞ dolları əsas borc, 1724,84 ABŞ dolları faiz borcu və 4851,44 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14275,36 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh4 və vəkili Abdullayev Ehtibar Vaqif oğlu kassasiya şikayəti verərək apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25, 43, 60, 71-ci, Mülki Məcəllənin 422-ci, Mülki Prosessual Məcəllənin 217, 218, 372, 385, 386, 387-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilir ki, kredit götürüldükdən bir müddət sonra borcluların maddi imkanı ağırlaşdığından, yəni Azərbaycan manatının təkrar devolvasiyaya uğraması nəticəsində, ölkə daxilində yaşayış üçün tələb olunan bəzi gündəlik məhsulların qiymətlərinin bahalaşması nəticəsində cavabdehlər götürülmüş krediti qrafik üzrə ödəmək iqtidarında olmamışlar. Bütün bunlar barədə iddiaçı banka məlumat verilməsinə baxmayaraq cavabdehlərə düşdükləri vəziyyət ilə əlaqədar iddiaçı tərəfindən heç bir güzəşt olunmamışdır. Borclular tərəfindən götürülmüş kreditiin qaytarılması məqsədi ilə kredit müqaviləsi müddətinin faiz dərəcəsi tətbiq edilmədən uzadılması və aylıq ödənişin azaldılmasını təklif etsələr də, iddiaçı bütün bunlarla razılaşmamışdır. Düşdükləri ağır maddi vəziyyət işə baxan məhkəmələr tərəfindən də nəzərə alınmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və digər cavabdehlər apellyasiya şikayəti verməmiş, Cavabdeh4 isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Ona görə də, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin Cavabdeh4 mübahisələndirdiyi hissəsi t əşkil edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 06 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında 015L**********62 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh4 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə 06 iyul 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 18 fevral 2016-cı il tarixli 015R* *********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu, faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06 dekabr 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh4 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların 21 dekabr 2017-cı il tarixə 7699,08 ABŞ dolları əsas borc, 1724,84 ABŞ dolları faiz borc u və 4851,44 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14275,36 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcr anı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bü tün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1, 467-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməməsi barədə qənaətə gələrkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(107)-1725/2018 saylı 04 iyul 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-29/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-29/2019
17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver