Məhkəmə qərarları › İş №2(102)-290/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-290/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-290/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Kalbalıyev Aslan Kalbalı oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Möhübbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) xx.xx.2019-cu il tarixli, 2(009)xxxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «borcunun silinməsi və avtomobilin girovdan azad olunması» tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan «VAZ-21154» markalı **-NO-*** dövlət nömrə nişanlı avtomaşının girovdan (ipotekadan) azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, F.Talışınski, Z.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şika yəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-xxxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «borcunun silinməsi və avtomobilin girovdan azad olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KB ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən mövcud olan 3727.54 manat əsas, 3277.13 manat faiz borcunun silinməsi və kreditin təminatı kimi ipoteka qoyulmuş «VAZ-21154» minik markalı avtomobilin girovdan azad edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Möhübbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki halları tam nəzərə alınmamış, işlə bağlı, tam, hərtərəfli və obyektiv qərar qəbul edilməmişdir. Belə ki, iddia müddətinin keçməsinə baxmayaraq, qəbul edilmiş heç bir məhkəmə aktında İddiaçı öhdəliyinin olmaması qeyd edilməmişdir. Eyni zamanda Səbail Rayon Məhkəməsinin qətnaməsində də qeyd edilmişdir ki, qqanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh təşkilatın iddiaçıya qarşı iddia tələbi iddia müddətinin ötürülm əsi ilə əlaqədar olaraq təmin olunmasa da, həmin müqavilə üzrə İddiaçı öhdəliklərinə faktiki olaraq xitam verilməmişdir. Lakin Səbail Rayon Məhkəməsi buna istinad edərək, borcun silinməsi hissəsində iddia tələbini rədd etmişdir. Halbuki, İddiaçı öhdəliklərinə xitam verilmədiyi üçün öhdəliklərin təminatı olan avtomobilin girovdan azad edilməsi də mümkün deyildir. Tərəflər arasında olan öhdəliklərə xitam verilmədiyi və iddiaçının faktiki olaraq borc öhdəliyi mövcud olduğu halda avtomobilin girovdan azad edilməsi bankın hüquqlarının kobud şəkildə pozulması və gələcəkdə iddiaçı tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə şərait yaradılması ilə nəticələnəcəkdir. Apellyasiya instansiyası məhkəməsi də şikayəti tam araşdırmamış, sübutlar nəzərə alınmamış, hazırda iddiaçının borcunun olmasına dü zgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad etmişdir. İddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi İddiaçı borc və girov öhdəliklərinin mövcud olması faktını istisna etmir. Öhdəlik mövcud olduğu halda avtomobilin girovdan azad edilməsi cavabdeh təşkilatın hüquqlarını pozur. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-xxxx saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Möhübbət oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şik ayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı «xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetin tutmanın y önəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması» tələbinə dair iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini n nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pros esində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş, bununla da təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinə malik məhkəmə qərarı ilə Cavabdeh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn kredit borcuna və həmin borcun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka qoyulmuş avtomobilə yönəldilməsi məsələsinə hüquqi qiymət verilmiş, iddia rədd olunmuşdur. Belə olan halda isə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Göründüyü kimi, girov (ipoteka) əsas öhdəliyin icrasının təminatı kimi çıxış edir və əsas öhdəlik olmadığı halda o, öz mahiyyətini itirir (yəni ipoteka təklikdə mövcud olmur). Belə hüquqi vəziyyətdə isə, iddiaçının mülkiyyətində olan avtomobilin ipoteka ilə yüklü vəziyyətdə qalması, sonuncunun mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması ilə nətəcələnə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda da kassasiya şikayəti apellyasiya şikaəytinin dəlilləri ilə eyni qaydada formal şəkildə əsaslandırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiy ası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabd eh KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar