Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-290/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı, X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: kooperativin üzvünün pay haqqını tam verdikdə əmlaka mülkiyyət hüququ, fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Mənzil Tikinti Koperativinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2918/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Koperativi arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14.04.2008-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında kooperativ tərəfindən inşa edilən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan 6 saylı mənzil olmuşdur. Müqaviləyə əsasən payçı 98.530 manat ödəməli idi. 2. 14.08.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh Mənzil Tikinti Koperativinin hesabına ödənilmişdir.
3. İşdə olan, 07.03.2016-cı il tarixli 509 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi (icraçı) ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X4 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 1100 manat olmaqla, cəmi 110000 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. 4. 07.03.2016-cı il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan mənzil 6 üçün pay dəyəri X4 tərəfindən Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ilk icraat
5. İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan, 3 (üç) otaqdan ibarət olan 6 nömrəli mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Koperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 14.04.2008-ci il tarixdə onunla Cavabdeh Mənzil Tikinti Koperativi arasında 55 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2-ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, o, aldığı mənzilin dəyəri 98.530 manat məbləğində pulu Cavabdeh Mənzil Tikinti Koperativinin kassasına tam ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilmişdir. Onun mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmiri işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) manat pulu Cavabdeh Mənzil Tikinti Koperativinə ödəmiş və təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzil daxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsinə tərəfindən ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkilmişdir. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkilmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) məbləğində xərc çəkilmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh Mənzil Tikinti Koperativinin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olmuş, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 (iki) ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Koperativi mənzilini ona təhvil vermirlər. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 (on səkkiz) aya mənzili istismara verməli idi. Lakin 10 (on) ilə yaxın müddətdir ki, Cavabdeh Mənzil Tikinti Koperativi müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmi r.
7. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz təqdim etməmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 29 mart 2019-cu il tarixli, 2(001)1943/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Koperativinin üzərinə qoyulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) 24 iyul 2019-ci il tarixli, 2(103)-9991/19 nömrəli qətnaməsi ilə qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(001)- 1943/2019 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(001)-1943/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat
10. Məhkəmə tərəfindən X4 mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 22 oktyabr 2019-cu il tarixli, 2(001)-1943/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi qət edilmişdir.
13. Məhkəmə Mülki Məcəllənin 152-ci və 385.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 14.04.2008-ci il tarixli m üqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh Mənzil Tikinti Koperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini pozmuşdur, yəni Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov və E.Şamayev) 18 fevral 2020-ci il tarixli, 2(103)-1487/20 nömrəli qətnaməsi ilə qətnaməsi ilə Cavabdeh Mənzil Tikinti Koperativinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 20 19-cu il tarixli 2(005)- 4175/2019 saylı qətnaməsi cavabdeh MTK Real MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), V.Həsənov və A.Abbasov) 2(102)-5000/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2(103)- 1487/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəm əsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilm işdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil X1 və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X4 məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mü mkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar «Bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Kollegiyanın qənaətinə görə X2 məhkəmə iclaslarında iştirakını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yer li baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X4 ilə müqavilənin 07.03.2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.m artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaçının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır. Kollegiyanın qənaəti nə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçibkeçməməsini də aydınlaşdırmamışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və R.Həsənov) 04 iyun 2021-ci il tarixli, 2(103)-2918/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası rədd edilmişdir.
19. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırılmışdır ki, mübahisəli mənzil 14.04.2008-ci il tarixdə İddiaçı satılmış, o, müqavilə ilə üzrə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07.03.2016-cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən İ.Seyidovaya satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə bildirir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtə yi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İ.Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Kollegiya, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək bu qənaətə gəlmişdir ki, İ.Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 55 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən o, Bakı şəhəri,Nərimanov rayonu, X.Şuşinski küç. 20 mərtəbəli yaşayış evinin 1 a blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m, mənzil 6 ünvanda yerləşən mənzil üçün 98500 manat pul ödəmişdir. Bir müddətdən sonra mənzil ona təhvil verilmiş və o, mənzilə 10500 manat xərc çəkərək bəzi təmir işləri aparmışdır. Özü Qəbələ şəhərində yaşadığından, mənzil də təmirsiz olduğundan orada yaşamırdı. İmkan daxilində mənzilinə tez-tez baş çəkirdi. 2016-cı ildə isə evinə gəldikdə digər şəxsin orda təmir işi apardığını görmüş və etirazını bildirmişdir. Həmin mənzili təmir edən şəxs təmiri saxlamaq əvəzinə iddiaçı ilə mübahisə etmişdir ki, nə edirsən et. Mənzil mənimdir. Həmin şəxs mənzilin mübahisəli olduğunu əvvəldən bilirdi. Bakı Apellyasiya Məhkəməsi iş üzrə heç bir araşdırma aparmayaraq, bu qənaətə gəlmişdir ki, guya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 14.04.2008-ci ildə İddiaçı satılmış, o, müqavilə üzrə düşən öhdəliyi tam yerinə yetirmiş, lakin cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. Tamamilə yalandır. Mənzil 2009-cu ildən iddiaçıya təhvil verilmiş və 2016-cı ilədək iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh MTK-nın iddiaya qarşı etirazı və iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK ilə iddiaçı arasında müqavilə bağlan sa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. MTK, iddiaçıya dəfələrlə müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Bu göstərilənlər hamısı yalandır. MTK heç bir vaxt iddiaçıya müqavilənin yanlışlığı və ya pulun qaytarılması barədə müraciət etməmişdir. Birdəki müqavilədə yanlışlıq məsələsi 8 ildən sonramı bilindi? Müqavilədə yanlışlıq olmuş olsaydı, onda 2016-cı ildə MTK tərəfindən verilmiş müqavilədə mənzilin nömrəsi başqa olmalı idi. Ancaq Bu belə deyildir. Müqavilədə ünvan 8 ildən sonra da əvvəlki kimi göstərilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya baxışında bildirmişdir ki, 07.03.2016-cı il tarixdə MTK ilə müqavilə bağlamış və mənzili almışdır. Mə nzilin mübahisəli olduğunu bilməmişdir. Onlar vicdanla hərəkət etmiş və MTK ilə digər şəxs arasındakı problemdən xəbərsiz olmuşlar. Bu da yalandır. İddiaçı öz mənzilinə gələndə yeni təmir başlanmışdı və həmin şəxs onunla bərabər MTK-nın ofisində olmuş və mənzilin mübahisəli olduğunu bilmişdir. Hətta məhkəmə zalında o iddiaçının sualına da cavab vermişdir ki, bəli problemdən xəbərim var idi. Həmin dövrdə qüvvədə olan MM-nin 178.8-ci maddəsinin şərhinə nəzər yetirmək lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin ə mlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 4.03.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mənzilin dəyərini tam ödəmiş şəxs həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edir. Bu hüququ mövqeyə görə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən son ra həmin mənzil barədə İ.Seyidova ilə 07.03 2016-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun deyildir. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərə k onun rədd olunmasını xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istis na olmaqla, həqiqi hesab edilir.
27. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
28. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
32. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh MTK tərəfindən mübahisəli mənzilə dair 14.04.2008-ci il tarixdə İddiaçıla, 07.03.2016-cı il tarixdə isə İlahə Seyidova ilə müqavilələr bağlanmışdır. Hər iki şəxsə mənzilin dəyərinin ödənilməsi haqqında sənəd verilmişdir.
39. Hazırda İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını, mənzilin ona verilməsini cavabdeh MTK-dan tələb edir.
40. Cavabdeh Mənzil Tikinti Koperativi iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə əqd bağlanılsa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. Mübahisəli mənzil MTK tərəfindən İlahə Seyidovaya satılmış və həmin mənzil sonuncu tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır.
41. İlahə Seyidova iddia irəli sürməsə də işə cəlb edilmiş, mənzili dəyəri ni ödəyərək aldığını və təmir etdiyini bildirir, iddianın təmin olunmasına etiraz edir.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İlahə Seyidova vicdanlı əldə edən şəxsdir, mənzil onun tərəfindən təmir olunmuşdur və orada yaşayır.
43. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız sayır ona görə ki, əvvəla daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmazla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı ş əxsin etimadı qorunur.
44. Təsadüfi deyil ki, Mülki Məcəllənin 148.2-ci və 149.2-ci maddələri məhz daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əşya hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqlarının müdafiə edildiyini, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlarının saxlanıldığını nəzərdə tutmuşdur (§ 26-28).
45. Hazırkı işdə isə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmamışdır.
46. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiy a şərtlərinə uyğun aparmamışdır.
47. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Hazırkı mübahisənin düzgün hüquqi h əlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir.
49. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır.
50. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14.04.2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
51. Bu baxımdan iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa idd iaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir (§ 2931).
52. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır.
53. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtl ərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (§ 32).
54. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır.
55. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmam ışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
56. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2918/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abi