Məhkəmə qərarları › İş №2(102)-2900/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2900/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2900/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxxx nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2018-ci il tarixli, 2(060)3953/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1, X6, X3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı «xxxx» BOKTMMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AZBA-003331 saylı kredit müqaviləsinin (xx.xx.2013-cü il tarixli Saziş daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada iddiaçı "xxxx” BOKT MMC-nin xeyrinə 95.495,37 ABŞ dolları məbləğində əsas borc, 38.348,72 ABŞ dolları faiz borcu və 8739 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, cəmi isə 142 583.09 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının manata olan rəsmi məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manatın, məhkəməyə mür aciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun və müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 70 manatın alınması, tutmanın Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, ünvan1də yerləşən, ünvan2-də yerləşən mənzillərə yönəldilməsi, Sumqayıt şəhəri, ünvan1-də yerləşən mənzilin ilkin satış qiymətinin 100.000 manat və ünvan2-də yerləşən mənzilinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun iddiaçı «xxxx» BOKTMMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.20 19-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X8, X7 və Cavabdeh4 tərəfindən apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3953/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, cavabdehlərdən müştərək qaydada ekspertiza xərci 400 manat və 200 manatın tutulması qət edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Kollegiyasının İşin halları: İddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, X6, X3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas borcun, ödənilmiş faizlərin və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, «xxxx» BOKTMMC ilə Cavabdeh1 arasında ikinciyə 260.000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx.xx.2011-ci il tarixli, AZBA003331 saylı kredit müqaviləsinin (xx.xx.2013-cü il tarixli Saziş daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada iddiaçı "xxxx” BOKT MMC-nin xeyrinə 95.495,37 ABŞ dolları məbləğində əsas borcun, 38.348,72 ABŞ dolları faiz borcunun və 28.739 ABŞ dolları məbləğində dəbbə borcunun, cəmi isə 162.583,09 ABŞ dolları məbləğində kredit borcunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manatın, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 70 manatın alınması, tutmanın Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınan ünvan-1də və Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, ünvan2-də yerləşən mənzillərinə yönəldilməsi, Sumqayıt şəhəri, ünvan1-də yerləşən mənzilinin ilkin satış qiymətinin 100.000 manat və Sumqayıt şəhəri, ünvan2-də yerləşən mənzilinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, Sumqayıt şəhəri, ünvan1-də yerləşən mənzilin açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X5 həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şika yətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Namazlı Fariz Mübariz oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı tərəf eyni tələblə bundan öncə də məhkəməyə müraciət etmiş və mülki işə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış, 2(105)-xxxx saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli rəyinə əsasən hazırki kredit müqavilələri üzrə cavabdehin banka olan borcu 95841,03 ABŞ dolları əsas borc, 7603,44 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 103444,67 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X9 ona məlum olmayan səbəblərdən ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-xxxx saylı, xx xxxx 2017-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Buna baxmayaraq iddiaçı tələbi xeyli həcmdə artıraraq 7 aydan sonra yenidən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tələbkarın bu addımı Məhkəmə Ekspertiza Mərkəzinin kredit borcunun xeyli azaldılması ilə bağlı yuxarıda qeyd olunan rəyini diqqətdən yayındırmaq məqsədi daşıyır və bu cavabdehin mülkiyyətinə qəsddir. Həmin ərəfədə kreditin normal ödənilməsi üçün güzəştlərin tətbiq edilməsinə dair müraciətinə iddiaçı tərəfindən heç bir münasibət bildirilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan məhkəmə-mühasibatlıq ekspertizası təyin etm ədən faiz və dəbbə pulunu qətnamədə göstərilən həcmdə qeyd etməklə onu əlverişsiz vəziyyətə salmış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin ipoteka predmetinin qiymətləndirilməsinin iş üzrə mühüm əhəmiyyəti vardır. Belə ki, tələbkar iddia ərizəsində yüklü edilmiş mənzillərin ilkin satış qiymətlərini ayrı-ayrılıqda 100.000 manat müəyyən edilməsini xahiş edir. Aşağı instansiya məhkəmələri iddiaçının bu xahişinə heç bir əsas olmadan əməl ediblər. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vax tı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” BOKT MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Namazlı Fariz Mübariz oğlu və digər cavabdehlər X8, X7 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaə tinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Bundan başqa iş materiallarından görünür ki, ekspertiza rəyində müəyyən edilən məbləğlər iddia tələbindən çox olduğundan iddia ərizəsində tələb edilən məbləğ cavabdehlərdən tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, “S-Əmlak” Qiymətləndirmə Ekspert Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyə əsasən ipoteka qoyulmuş mənzillərin hər biri 65.000 manat də yərində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka qoyulmuş mənzillərin hər birinin ilkin satış qiymətinin 100.000 manat müəyyən olunması xahiş edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka qoyulmuş mənzillərin hər birinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə isə razılaşmaq olmaz. Belə ki, apelyasiya şikayəti əsaslandırılmamışdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə əsaslanmamış, apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətini də formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə ə sasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ba şa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazım ınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipote kanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışı nın başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar