Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2901/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı Mustafa oğlu, vəkili X5, Cavabdeh2, Cavabdeh4 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsindən Cavabdeh4 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.M.Mah mudov) İddiaçı Mustafa oğlunun Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanı üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış xx xxxx 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx xxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-409/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və A.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunub. İddiaçı və üçüncü şəxs Sumqayıt bələdiyyəsi ayrıayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4128/2019 saylı qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi, T.A.Qoldman və G.A.Quliyev) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-c u il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsi ilə (hakimlər L.İddiaçı sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilərək, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsinə dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair onunla bağlanmış xx xxxx 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin, həmin bağ sahəsinə dair xxxxx adına verilmiş xx xxxxxx 2016-cı il tarixli,xxxxx adına verilmiş xx xxxxxx 2016-cı il tarixli Çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh4 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsinə dair xxxxx adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair Eldar Quliyevlə bağlanmış xx xxxx 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin, həmin bağ torpaq sahəsinə dair xxxxx adına verilmiş xx xxxxxx 2016-cı il tarixli,xxxxx adına verilmiş xx xxxxxx 2016-cı il tarixli Çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul e dilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Vüsal Mirzəyev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatla rında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1, Müşfiq Quliyev, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 02 saylı Ərazi İdarəsi və Sumqayıt bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, kassasiya instansiyası məhkəməsi bundan əvvəlki xx xxxx 2019-cu il tarixli qərarında Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermək üçün müvafiq subyektiv hüquqa mali k olub-olmamasının; alqı-satqı müqaviləsi bağlandıqdan sonra onun bağ torpaq sahəsinə dair cavabdehlərin adına olan qeydin mübahisəli olduğunu bilib-bilməməsinin; onun vicdanlı əldə edən olub-olmamasının; həmçinin 2282 saylı bağ torpaq sahəsinin mərhum xxxxx adına qeydiyyata alınmasına əsas olmuş bağ icarə müqaviləsinin mövcud olub-olmamasının; həmin bağ torpaq sahəsinin hansı qaydada özəlləşdirilməsinin; iddiaçının mülkiyyətində olan 2265 saylı bağ torpaq sahəsi ilə 2282 saylı bağ torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin ətraflı araşdırımasına və sair barədə göstərişlər versə də, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq həmin göstərişlər üzrə kifayət qədər araşdırma aparmayıb. Halbuki, qeyd olunan maddənin mənasına görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqəqi hallarından görünür ki, Sumqayıt bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 151 saylı Qərarı ilə Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 2265 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə verilib və sonuncu, həmin bağ torpaq sahəsinin alqısatqısı üçün Sumqayıt bələdiyyəsinin hesabına 3.000.000 manat (AZM) pul köçürüb. Bundan sonra qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt bələdiyyəsinə və digərlərinə qarşı “torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi, torpaq sahəsinə mü lkiyyət hüququnun tanınması” barədə iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçıla Sumqayıt bələdiyyəsi arasında xx xxxxxx 2004-cü il tarixli alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair İddiaçı adına plan və ölçü sənədənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilməsi qət edilib və iddia tələbi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində rədd edilib və qətnamə icra olunaraq Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 2265 G saylı bağ sahəsinə dair İddiaçı adına xx xxxxxxxx 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü ” sənədi və xx xxxxxxxx 2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Eyni zamanda işdən görünür ki, Sumqayıt şəhəri, “Corat” qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsi Sumqayıt Bağlar İdarəsi tərəfindən xx xxxx 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən 10 il müddətinə xxxxx icarəsinə verilib və xx xxxxxx 2015-ci il tarixdə sonuncu ölüb. Bundan sonra, xxxxx vərəsələri Reyestr Xidmətinə müraciət edərək, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,1823 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsini özəlləşdirərək onun adına xx xxxxxx 2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış almışlar. xx xxxxxx 2016-cı il tarixdə notariat orqanı tərəfindən sözügedən bağ torpaq sahəsində hər birinin payı 1/3 hi ssədə olmaqla Cavabdeh1, Cavabdeh2 vəxxxxx adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib və hər birinin payı 1/3 hissədə olmaqla həmin bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb və bu barədə xx xxxxxx 2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Daha sonra, işdən görünür ki, xx xxxxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Müşfiq Quliyev ümumi birgə mülkiyyətlərində olan Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,1823 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsinin 0,10 ha hissəsini 20.000 manata Cavabdeh4 satmışlar, lakin həmin torpaq sahəsi hazırki vaxtadək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmayıb. Bundan başqa işə əlavə edilmiş sübutlardan, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il, xx xxx 2017-ci il və xx xxxx 2017-ci il tarixli ekspert rəylərindən görünür ki, Sumqayıt şəhəri, “Corat” bağlar massivində yerləşən 2265 D saylı, 2265 C saylı, 2265 E saylı, 2265 F saylı bağ torpaq sahələri ilə 2282 saylı bağ torpaq sahəsi üst-üstə düşmür. Tədqiqata təqdim edilmiş 1 vərəqədən ibarət olan xx xxxx 1978-ci il tarixli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələri kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və sar) istifadə olunan rəngləyici maddələrə aiddir. Təqdim edilən sənədin çap olunma vaxtının müəyyən edilməsi üzrə tədqiqat işləri aparılmadı. Ekspertizaya təqdim olunmuş xxxxx adına olan 2282 saylı b ağ torpaq sahəsinə dair sxemin kserosurətinin aşağı hissəsində Seyfulla Əsədullayev, Ulduzxan Əliyev və Təvəkkül Əhmədov yazılarının qarşısında əks olunmuş imzalar- onlar tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Hazırda iddiaçı, cavabdehlərə və üçüncü qarşı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, həmin bağ torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxx 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx xxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini iddia edir. Göründüyü kimi iddiaçının məhz Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 2265 saylı bağ torpaq sahəsinə hüquq əldə etməsi işin mmübahisə olunmayan halıdır və işin bu halı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də müəyən olunur. Lakin, işdən görünür ki, iddiaçının adına 2265 saylı bağ torpaq sahəsinə dair deyil, 2265 G saylı bağ torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Bundan başqa, işə əlavə edilmiş sənədlərdən, o cümlədən ekspertin rəyindən görünür ki, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 2265 saylı bağ torpaq sahəsi ilə yanaşı, 2265 D saylı, 2265 C saylı, 2265 E saylı və 2265 F saylı bağ torpaq sahələri də vardır və ekspert rəyində 2265 saylı bağ torpaq sahəsinin deyil, məhz q eyd olunan bağ torpaq sahələrinin 2282 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilib. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər nomativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.2-ci maddəsinə görə, bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 68-ci maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərinə uyğun olaraq, 2265 D saylı, 2265 C saylı, 2265 E saylı və 2265 F saylı bağ torpaq sahələrinin hüquqi statusuna aydınlıq gətirmədən, həmin bağ torpaq sahələrinin, o cümlədən cavab dehlərə və Cavabdeh4 məxsus olan 2282 saylı bağ torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya satılmış 2265 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini araşdırmadan, hər bir bağ torpaq sahəsinin sənəd üzrə və faktiki yerində sərhədlərini müəyyən etmədən, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, iddiaçının qanuni istifadəsində olan 2265 saylı bağ torpaq sahəsi ilə cavabdehlərə və Cavabdeh4 məxsus olan 2282 saylı bağ torpaq sahəsinin üst-üstə düşməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sıralanma nömrələrinə və yerləşmə məsafələrinə görə də qeyd olunan bağ torpaq sahəsinin üst-üstə düşməsi inandırıcı, ağlabatan görünmür və işdə, bu barədə heç bir mötəbər yazılı süb ut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməyib. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçıya qanuni əsaslarla satılmış 2265 saylı bağ torpaq sahəsinin sənəd üzrə naturada sərhədləri müəyyən edilməli, həmin bağ torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış 2265 G saylı bağ torpaq sahəsinin eyni ərazilər olub-olmaması, onların faktiki olaraq üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmalı və bundan sonra iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa, işdən görünür ki, 2282 saylı bağ torpaq sahəsinə dair xxxxx adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Sumqayıt şəhər X3 xx xx xx 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən verilib və həmin müqaviləyə bağ torpaq sahəsinə dair hər hansı sxem, eskiz, kadastr sənədi əlavə edilməyib. Eyni zamanda Sumqayıt Bələdiyyəsinin xx xxxx 2017-ci il və xx xxx 2017-ci il tarixli məktublarına görə,xxxxx və onun qanun üzrə vərəsələri tərəfindən Corat bağları massivində yerləşən 2282 saylı bağ torpaq sahəsinə dair sxemin tərtib edilməsinə dair Sumqayıt Bələdiyyəsinə rəsmi qaydada müraciət olunmayıb və cavabdehlərin istinad etdikləri torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyil. Sözügedən bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa şəxsin, yəni xxxxx un icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə sadalanan h allar üzrə heç bir araşdırma aparmadan, 2282 saylı bağ torpaq sahəsinin mərhum xxxxx icarəsinə verilməsinə əsas olmuş sənədlərin qanuniliyini yoxlamadan, ilkin torpaqayırma sənədlərinə əsasən bağ torpaq sahəsinin sərhədlərini, qonşularını yerində müəyyən etmədən, həmin bağ torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla satılmış 2265 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini, həmin bağ torpaq sahəsinin bilavasitə hansı bağ torpaq sahələri ilə qonşu olmasını araşdırmadan, icarə müqaviləsinə əlavə edilmiş bağ torpaq sahəsinin planının nə vaxt, hansı qurum tərəfindən çəkilib verilməsini, mübahisəli bağ torpaq sahəsinin faktiki olaraq nə vaxtdan kimin istifadəsində olmasını, icarə müqaviləsində bağ torpaq sahəsinin ölçüsünün 0,25 ha göstərildiyi halda, xxxxx adına verilmiş Çıxarışda hə min torpaq sahəsinin ölçüsünün nəyə görə 0,1823 ha göstərilməsini, həmin bağ torpaq sahəsinin hansı sənədlərə əsasən xxxxx adına özəlləşdirilməsini araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından obyektiv hüquqi qiymət vermədən, iddia tələblərinin əsaslı olması qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumat ların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstəri lən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh4 kassasiya şikayətiqismən təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarı
Məhkəmə qərarları › İş №2(102)-2901/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2901/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver