Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2904/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2400/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında 21 avqust 2014-cü il tarixdə bağlanmış ********saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25% olmaqla 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borcun qaytarılmasını təmin etmək üçün kreditorla zamin Cavabdeh2 arasında 21 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliyi tam və ya lazımınca icra etmədiyi halda borclunun öhdəliyini icra etməyı öhdəsinə götürmüşdür. Borcalan müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və 06 mart 2020-ci il tarixə 4.752,71 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 1.120,52 manat faiz borcu yaranmış, müqavilə öhdəliyini pozduğuna görə ona 4.462,62 manat cərimə, həmçinin müqavilə müddətindən sonra ödənilməmiş 603,99 manat faiz borcu hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4.752,71 manat, faiz borcu üzrə 1.120,52 manat, müqavilə müddəti bitəndən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 603,99 manat, cərimə borcu üzrə 4.462,62 manat olmaqla, cəmi 10.939,84 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mü qavilənin şərtlərini pozaraq kredit borcunu və ona hesablanmış faizləri müəyyən edilmiş qaydada ödəməkdən yayınmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmasına baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar.
4. Saatlı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(055)-580/2020 saylı qətnaməsi ilə (hаkim İ.Abuşov) iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.752,71 manat əsas borc, 1.120,52 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 5.973,23 manat pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.752,71 manat əsas borcun, 1.120,52 manat faiz borcunun, 4.462,62 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 faiz məbləğdə pulun tutulması barədə tələb üzrə cavabdehin müqavilə müddəti bitdikdən sonra cavabdehlər tərəfindən kredit borcunun ödənilməməsi nəticəsində gəlirdən, artımdan, bəhərdən və ya sair maddi xeyirdən məhrum olması barədə sübutu təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 472.2, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" ASC həmin qətn amədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə cavabdehdən müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 603,99 manat, cərimə borcu üzrə 4.462,62 manat pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2400/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.K.Soltanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinin göstərişləri, həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanınından irəli gələn mövqe baxımından məhkəmə kollegiyası tələb olunan cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% hesablanan 603,99 (altı yüz üç manat 99 qəpik) manat faiz məbləğinin təmin edilməli olması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin müqavilə müddəti bitdikdən sonra özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaiti əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmasına görə faiz tələb etsə də, bu halın təsdiqi barədə hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə nə də ki, apelyasiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. Halbuki kreditor "xxxx" ASC 21 avqust 2014-cü il tarixli, ********saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsində qeyd olunur ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cərimə borcuna münasibətdə yalnız cavabdehin mənafeyini nəzərə almışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya məhkəməsi isə kreditorun həm əmlak mən afeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almadan, yalnız cavabdehin mənafeyindən çıxış etmiş, Mülki Məcəllənin 467-ci maddəsini hazırkı işin hallarına düzgün tətbiq etməmişdir. 5 faiz məbləğ tələbinə dair sübut təqdim edilməməsi ilə bağlı bildirilir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində buna dair maliyyə arayışı təqdim edilmişdir və həmin arayışda 5 faizin hesablanması qaydası göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin dəymiş zərərin 5%-lə tələb edilə bilməsi ilə bağlı normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarındakı yanaşmaya əsasən “borclu pul məbləğinin ödənilməsini g ecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” Bu halda apelyasiya məhkəməsinin xüsusi olaraq hansı sübutu nəzərdə tutduğu aydın deyil. Həmin qərarda deyilir ki, “banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Həmin şərhin yekun hissəsinin 2-ci bəndində qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdə lik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyekt ləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh1 etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışıdır ki, məhkəmə çəkişməsi ədalətlə aparılmış, "xxxx" ASC-nin sübutları hərtərəfli qiymətləndirilmiş və əsassız olduğu sübuta yetirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində bütün tərəflərin dəlilləri tam və ədalətli araşdırılmışdır. Məhkəmə kollegiyası bütün hallara düzgün hüquqi qiymət vermişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 28 fe vral 2019-cu il tarixli Fərmanınından irəli gələn mövqe baxımından tələb olunan cərimə məbləğinin azaldılması hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli, 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. Halbuki, kreditor "xxxx" ASC 21 avqust 2014-cü il tarixli, ******* *saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsində qeyd olunur ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Ona görə də göstərilənləri nəzərə alıb kassasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəli klərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə b ilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (b orc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, y axud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
17. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı ma natla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
3. Azə rbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən “100 manat cərimə borcunun tutulması” və “cərimə məbləğinin müqavilə müddəti bitəndən sonra 603,99 manat faizin tutulması tələbinin rədd edilməsi”nin dəyişdirilmədən saxlanılması mübahisələndirildiyinə görə, məhkəmə aktı həmin hissədə yoxlanılır. hissəsində Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsi qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin «müqavilə müddəti bitəndən sonra 603,99 manat faizin tutulması» tələbinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir. Belə ki, cərimə məbləğinin azaldılması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Cərimə məbləğinin azaldılmasının əsassızlığı barədə dəlillər iddiaçı tərəfindən apelyasiya şikayətində də irəli sürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq rədd etmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Lakin apelyasiya instansiyası məhkəməsi, müqavilə müddəti bitəndən sonra illik 5 faiz olaraq hesablanmış 603,99 manat pul tələbi üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi bu iddianın rədd edilməsi zamanı ona istinad etmişdir ki, «iddiaçı cavabdehin müqavilə müddəti bitdikdən sonra özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaiti əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmasına görə faiz tələb etsə də, bu halın təsdiqi barədə hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə nə də ki, apelyasiya məhkəməsinə təqdim etməmişdir». Məhkəmə kollegiyasının qeyd etdiyi bu əsaslar, Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqi üçün zəruri olan dispozisiya şərtləridir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin baxılan işdə irəli sürülmüş «müqavilə müddəti bitəndən sonra illik 5 faiz məbləğdə pul tələbi» Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanır və iddia ərizəsində də bu normaya istinad edilm işdir. Həmin normaya görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi Mülki Məcəllənin 445.7-ci və 449.1-ci maddələrinin tətbiqi üçün fərqli hüquqi əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mü lki Məcəlləsinin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2024-cü il tarixli qərarında izah etmişdir ki, “banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcu nu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir”. Apelyasiya instansiyası məhkəməsi bu tələb üzrə öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən ümumi norma kimi Mülki Məcəllənin 448-ci maddəsinə istinad etsə də, həmin tələb üzrə tətbiq olunmalı maddi hüquq normasını tapmamış, işin hallarını həmin normanın dispozisiya şərtləri əsasında təhlil etməmişdir. Yəni məhkəmə tərəfindən maddi hüququ norm ası düzgün tətbiq edilməmişdir. Bu prosessual vəziyyət, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün MPM-nin 418.1-ci maddəsində nəzərə tutulmuş əsaslardan biridir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, tərəflər arasında bağlanmış müqavilə üzrə münasibətlərə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanı tətbiq edilib-edilmədiyi, tələb olunan illik 5 faiz məbləğin məhz hansı dövr üçün hesablandığı da araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılma sının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2400/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin «müqavilə müddəti bitəndən sonra 603,99 manat faizin tutulması» tələbinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli qətnaməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən “100 manat cərimə borcunun tutulmasının dəyişdirilmədən saxlanılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.