Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2904/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2904/22 Açar sözlər: pul Bakı şəhəri, 09 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3025/2021 nömrəli mülki iş üzrə 08 dekabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə yazmış olduğu 29 oktyabr 2020-ci il tarixli və bölmədə 30 oktyabr 2020-ci il tarixində 088-11156H3120 nömrə altında qeydiyyatdan keçmiş ərizəsindən görünür ki, Cavabdeh adlı şəxsin ondan 103 qram çəkidə, ümumi ləyəri 9785 manat olan müxtəlif qızıl əşyalarını götürərək, satıb on günə pulunu ödəyəcəyinə vəd verməsinə baxmayaraq, qızılın dəyərindən ödəniş etmədiyini, tələb etdikdə isə qızılın pulunu verə bilməyəcəyini, qızılları qaytaracağını desə də, hal-hazırki vaxtadək nə qızıllarını qaytardığını, nədəki pulunu ödəmədiyini bildirib, köməklik göstərilməsini xahiş etmişdir. Müraciət müəllifi ərizə verərkən bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilmişdir.
2. İddiaçının Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə 29 oktyabr 2020-ci il tarixdə verdiyi izahatında, ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir.
3. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisinə 29 oktyabr 2020-ci il tarixdə verdiyi izahatından görünür ki, sonuncu İddiaçı 103 qram çəkidə qızıl aldığını və satıb öz şəxsi maraqları üçün xərclədiyini, İddiaçı heç-bir pul və qızıl vermədmyini və qeyd olunan hadisənin 2019-cu ilin yay aylarında baş verdiyini bildirmiş, tez bir zamanda ya qızılı, yadaki, dəyərini qaytaracağına söz vermişdir. İzahat bilavasitə Cavabdeh tərəfindən tərtib olunmasa da, sonda ki ril qrafikasında "izahat mənim sözlərimlə yazıldı, oxudum, düzdür, imzamla təsdiq edirəm" qeydi Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmişdir.
4. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin İddiaçı 05 yanvar 2021-ci il tarixində ünvanalan cavab məktubuna əsasən 30 oktyabr 2020-ci il tarixində 088-11156H3120 nömrə altında qeydiyyatdan keçmiş ərizəsi ilə bağlı bildirilir ki, ərizədə göstərilən xüsusatlar araşdırılmış və mülki xarakterli olduğundan, toplanmış material polis bölməsinin dəftərxanasında işə alınmışdır. Məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur.
5. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış şikayət ərizəsində aşağıdakılar qeyd edilmişdir: İddiaçı adlı şəxsin ondan Bakı şəhəri Nizami rayon Polis İdar əsinin 23-cü Polis Bölməsinə etmiş olduğu şikayət əsasında bölməyə çağırılmış və orada özünü sahə müvəkkili kimi təqdim edən Rəşad adlı polis əməkdaşı ondan şikayət olduğunu və həbs olunacağını ona demişdir. O isə polis əməkdaşına bildirmişdir ki, onun Gülnarəyə deyil, Gülnarənin bacısı Sevdaya borcu vardır və onu da ödəyəcəkdir. Rəşad adlı həmin polis əməkdaşı ondan işi bağlamaq üçün 1000 manat pul almış, ağ vərəqin aşağısına "izahat mənim sözlərimlə yazılıb" sözləri yazdıraraq qol çəkdirmiş və ona narahat olmamasını, işin bağlandığını demişdir. 2021-ci ilin may ayında İmişli Rayon Məhkəməsindən ona bildiriş gəlmiş və bildirişə baxanda görmüşdür ki, İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. İşə əlavə olunan sənədlərə baxanda isə görmüşdür ki, 23-cü X4 adlı polis əməkdaşının ona qol çəkdirdiyi ağ vərəqdə adından yazılmış izahatda onun Gulnarədən 9785 manat dəyərində qızıl götürdüyü və pulunu ödəmədiyi öz əksini tapmışdır. Lakin o, belə bir izahat verməmişdir və o xətt ona məxsus deyildir. İzahat onun adından başqa adam tərəfindən yazılmışdır. Bununla əlaqədar olaraq həmin Rəşad adlı polis əməkdaşına zəng vurmuş və ona iradını bildirmişdir ki, axı o belə məzmunda izahat verməmişdir. Rəşad isə ona demişdir ki, narahat olmasın, Gülnarə ilə əlaqə saxlayıb məsələni həll edəcək.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məbləğində pulun, əldən çıxmış faydaya görə 1278 (min iki yüz yetmiş səkkiz) AZN məbləğində pulun, 2000 (iki min) AZN məbləğində dəymiş mənəvi zərərin, ümumilikdə 13063 (on üç min altmış üç) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində yerləşən “Moskva” ticarət mərkəzində qızıl satılan mağazaların birində işləyir. Cavabdeh dəfələrlə ondan dəyəri az məbləğdə olan müxtəlif növ qızıl məmulatlarını nisyə almış, sonradan ödənişini həyata ke çirmişdir. Bu səbəbdən də, cavabdeh iddiaçının etibarını qazanmışdır. 2019-cu ilin yay fəslinə qədər cavabdeh qısa müddət ərzində ödəniş edəyəcəyini vəd verməklə, iddiaçıdan nisyə qızıl məmulatlarını almışdır. Beləliklə, cavabdeh iddiaçıdan ümumi dəyəri 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məbləği təşkil edən 103 (yüz üç) qram çəkidə qızıl məmulatlarını nisyə almışdır. İddiaçı 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məbləğində pulun geri qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Vəziyyətini belə olduğunu görüb, iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində iddiaçıdan ümumi dəyəri 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məblə ği təşkil edən 103 (yüz üç) qram çəkidə qızıl məmulatlarının nisyə aldığını etiraf etmiş və qısa müddət ərzində həmin pul məbləğini geri qaytarcağını bildirmişdir. Lakin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində şikayət əsasında heç bir qərar qəbul edilmədən, cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bir neçə müddət keçdikdən sonra iddiaçı ya 103 (yüz üç) qram qızıl məmulatlarının ya da qızıl məmulatlarının dəyəri olan 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məbləğində pulun geri qaytarılması üçün yenidən cavabdehə müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh 9785 (doqquz min yeddi yüz səksən beş) AZN məbləğində pulu vaxtında iddiaçıya geri qaytarsa idi, cavabdeh həmin pul məbləğindən faydalana bilərdi. Bu səbəbdən də, iddiaçı cavabdehdən əldən çıxmış faydaya görə 1278 (min iki yüz yetmiş səkkiz) AZN məbləğində pul tələb edir. Bununla yanaşı, iddiaçı cavabdehin bu qanunsuz əməli nəticəsində mənəvi cəhətdən sarsıntı keçirmişdir. İddiaçı cavabdehin bu hərəkəti nəticəsində ona dəymiş mənəvi zərəri 2000 (iki min) AZN məbləği həddində qiymətləndirmişdir.
9. İmişli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Nüsrətov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələ binin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, onun tərəfindən məhz cavabdehə ümumi dəyəri 9785 AZN məbləği təşkil edən 103 qram çəkidə qızıl məmulatlarının nisyə satılmasını və məhz cavabdehin təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona 13063 AZN məbləğində maddi və mənəvi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz.
11. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 4.1, 14.2.6, 21.2, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77, 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən hakim tərəfindən hansı maddi və prosessual normalara, hansı hallara əsaslanaraq iddia tələbinin təmin edilməməsini iddiaçı bilmir.
14. Bundan əlavə, iddiaçı cavabdehin onu uzun müddət aldatdığını görüb bu barədə Bakı şəhəri Nərimanov rayonu 23-cü Polis Bölməsinə şikayət etmiş və cavabdeh həm şifahi qaydada, həm də öz imzası il ə təsdiq olunmuş izahatla bildirmişdir ki, iddiaçıdan ümumi çəkisi 103 qram olan qızıl məmulartları götürüb və həmin qızılın dəyərində ona borcludur. O həmçinin borcunu tez bir zamanda qaytaracağını da qeyd etmişdir. Bu sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin nədənsə məhkəmə qərəzli olaraq bu sübutlara fikir verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Tərəfindən təqdim edilən sənədlər isə yazılı sübutlara aiddir və məhkəmə onlara qiymət verərkən ədalətli mövqe göstərməmişdir. Bundan əlavə məhkəmə qeyd etsədə ki, guya iddia tərəfini öz dəlil lərini sübut edə bilməmişdir, cavabdehin özü izahatında borcunun olduğunu təsdiq etmiş, lakin iddiada qeyd edilən məbləğlə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinini 76-cı maaddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübut kimi qəbul olunur. Həmin Məcəllənini 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin məhkəmə həmin sübuta qanuni qiymət verməmişdir. Bundan əlavə cavabdeh məhkəmə iclası zamanı vermiş olduğu izahatında iddiaçıya borclu olduğunu və iddiaçının ondan borcunu tələb etdiyini qeyd etsədə, bu günədək borcunu qaytarmamağa bir don geyindirmək üçün qeyd etmişdir ki, güya iddiaçını n bacısı ilə alver edib və iddiaçının bacısı ona borcu yalnız ona qaytarmağı bildirmişdir. Bu bir cəfəngiyatdır. Cavabdeh dediklərini heç bir dəlillə əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinini 77-cı maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Kərimov sədrlik edən və məruzəçi, T.Heydərov və İ.Əhmədov) 08 dekabr 2021-ci il tarixli 2(106)3025/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilib, cavabdehdən 103 qram çəkidə qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9785 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər aparılan araşdırmanın nəticəsi olaraq cavabdehə iddiaçı tərəfindən nisyə olaraq qızıl məmulatlarının satılması, lakin dəyərinin ödənilməməsi hissədə öz təsdiqini tapır.
17. Belə ki, cavabdehin iddiaçı ilə apardığı çoxsaylı vatsapp yazışmalarının mətnlərinə əsasən iddiaçı cavabdehdən dəfələrlə verdiyi qızılların dəyərinin ödənilməsini xahiş edir, vəd etdiyi tarixə ödəmədiyini bildirir.
18. Məhkəmə kollegiyası cavabdehin polis bölməsində aparılan araşdırma çərçivəsində verdiyi yazılı izahatını sübut olaraq qəbul etmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şika yətinin dəlilləri iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının nisyə olaraq satılması və dəyərinin ödənilməməsi hissədə öz təsdiqini tapdığından, apellyasiya şikayəti həmin hissədə təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin həmin hissədə təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh (alıcı) iddiaçıdan aldığı malların dəyərini alğı-satqı ödəmək vəzifəsini icra etmədiyindən, iddiaçı (satıcı) verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququna malikdir.
20. Apellyasiya şikayətinin dəlillərini 1278 manat əldən çıxmış faydanın tutulmasının təmin olunmaması hissədə araşdıran kollegiya hesab etmişdir ki, həmin hissədə tələbin təmin olunm aması üçün əsaslar mövcud deyildir.
21. Belə ki, iddiaçı tərəfindən hüquqi pozulmuş şəxs kimi pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərə dair sübutlar verilmədiyindən, əldən çıxmış faydanın tutulması hissədə tələbi təmin oluna bilməz.
22. Məhkəmə kolegiyası mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla iddiaçının keçirmiş olduğu mənəvi sarsıntıların hansı formada özünü biruzə verməsinə, bunlanırın məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsinə dair sübutlar verilmədiyindən, tələb təmin oluna bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 390.1, 324.4, 329.2, 385.1, 386.1, 425.1, 442, 448.1, 56 7, 600.1. 600.4, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində izahat sübut kimi qəbul edilə bilməz. Polis əməkdaşı ona boş kağızı imzalatdırmış və sonradan məlum məzmunlu ərizə yazmışdır.
26. Bundan əlavə, vatsapp yazışmalarında cavabd ehin iddiaçıya nə qədər borclu olması öz əksini tapmamışdır.
27. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş iddiaçının bacısı X1 ifadəsi sübut kimi qəbul edilə bilməz. Çünki o, iddiaçının bacısıdır və iddiaçının mənafeyinə uyğun ifadə vermişdir.
28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 217.2, 217.4, 385, 388, 390, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 14.1. və 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüqu qi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
31. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
33. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və b u müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa d üşülür. Sözügedən məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sözügedən məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
41. Maddə 600.1. Alğı-satqı müqavilə sində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
42. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndi
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci madd əsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə q ətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(106)3025/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Mehparə Əhmədova İsmayı