Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2905/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)1184/2020 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1184/2020 saylı qərardadı ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi hakim, Ş.R.Abasov və A.Ə.Abbasov ) İddiaçı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyi üçün apelyasiya qeyri-mümkün hesab edilib. İddiaçı qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “2.000 ABŞ dolları və 1.600 manat pul tələbinə dair” iddiası rədd edilib. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini alıb və xx xxxxxx 2020-ci il tarixdə iddiaçı qətnamədən apelyasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən prosessual normaların tələblərini pozub. Kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, apelyasiyanın mümkünlüyü barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Vəkil və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən, apelyasiyanın mümkünlüyü ü çün prosessual əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 361.3, 361.2, 364-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, “xxxx” ASC-nə məhkəmə ödənişi üçün ödənilmiş 15,40 ma nat dövlət rüsumu onun tərəfindən deyil, Vəkil tərəfindən ödənilib (iş vərəq-46). Hansıki Vəkil hazırki işdə iştirak edən şəxslərin dairəsinə aid deyil və o, hazırki işə birinci və apelyasiya instansiyası məhkəmələrində baxılarkən iddiaçının nümayəndəsi və ya vəkili olmayıb. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vəkil adından ödənilmiş 15,40 manat dövlət rüsumu hazırki iş üzrə sonuncu tərəfindən Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apelyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. İddia ərizəsindən və mülki iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000 ABŞ dollarının və 1.600 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib və Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib. Göründüyü kimi, iddianın qiyməti 500 manatdan çox olduğuna görə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətinə 15 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməli idi. İddiaçının qətnamədən verdiyi apelyasiya şikayətinə isə bilavasitə onun adından deyil, Vəkil adından 15,40 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilib. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şi kayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, iddiaçının apelyasiya şikayətinə müəyyən edilmiş məbləğdə, yəni 15 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməməsinə əhəmiyyət verməyib və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə onu mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərib. Həmin Məcəllənin 366.2-ci maddəsində göstərilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, ap elyasiyanın mümkünlüyünü yoxlayıb haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinin mənasına görə iddiaçı göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apelyasiya şikayəti vermək hüququna malikdir. Kassator kassasiya şikayətində qətnamədən apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun kimin tərəfindən ödənilməsinin elə bir əhəmiyyət daşımadığını və prosessual qanunvericilikdə dövlət rüsumunun bilavasitə apelyator tərəfindən ödənilməsi vəzifəsinin imperativ qaydada müəyyən edilmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1, 361.3, 363.1.2-ci maddələrinin mənasına görə birinci instansiya məhkəməsinin qətnaməsi ndən tərəflərin və sair şəxslərin apelyasiya şikayəti vermək hüquqları vardır və məhz bu hüquqa malik olan şəxslərin qətnamədən verdikləri apelyasiya şikayətinə onların adından dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməlidir. Hazırki halda isə, qətnamədən verilmiş apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənəd iddiaçının adından deyil, işdə tərəf olmayan Vəkil adından ödənilib və işə əlavə edilib. Göründüyü kimi iddiaçı sözügedən qərardadda göstərilən nöqsanı aradan qaldırıb qətnamədən yenidən apelyasiya şikayəti vermək əvəzinə, həmin qərardadı mübahisələndirərək ondan əsassız kassasiya şikayəti verib. İşin yuxarıda qeyd olunan həqiqi hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1184/2020 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2905/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2905/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver