Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2905/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2905/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı1 vəkili Vəkil, Cavabdeh: X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(107)1947/2020 saylı qətnaməsindən İddiaçı1 kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan maddi zərərə görə 6.000 manat, mənəvi zərərə görə 20.000 manat olmaqla, cəmi 26.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Hümbətov) iddia qismən təmin edilərək, cavabdehdən 6.000 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh iddiaçıların mülkiyyətində olan 4 ha şumlanmış torpaq sahəsinə və 6 ha torpaq sahəsinə su buraxması və həmin torpaq sahəsində iddiaçılar tərəfindən aqrotexniki tədbirlər və əkin apara bilməmələri nəticəsində onlara 6.000 manat məbləğində maddi zərər dəyməsi mülki iş materialları ilə təsdiq olunur. Lakin cavabdehin təqsiri üzündən iddiaçılara mənəvi zərər dəyməsi işdə olan sübutlarla təsdiq olunmur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 170.3, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tari xli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qətnaməsi qismən- iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı 6.000 manat pul tələbinə aid hissədə təmin etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Maddi və prosessual hüquq normalarının tələblərini pozub. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 80, 81-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçı1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın maddi zərər tələbinə aid hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Məhəmmədmusa Kərimov məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəm əsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin qismən- maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi B.Azadov, Ağsu rayon Nuran bələdiyyəsinin sədri Aris Mustafayev və İddiaçı2 iştirakı ilə 15 mart 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən, İddiaçı2 16,0 ha torpaq sahəsinə baxış keçirilib və baxış zamanı torpaq sahəsinin 6,0 ha hissəsində buğda əkildiyinin, 4,0 ha hissəsinin şumlandığının və 6,0 ha hissəsinin su altında qa laraq gölləndiyinin şahidi olublar. Şumlanmış 4,0 ha ərazidə və 6,0 ha göllənmiş torpaq sahəsində aqrotexniki tədbirlər və əkin aparmaq mümkün deyil. İşə əlavə edilmiş “xxxx” MMC 09 iyul 2020-ci il tarixli məktubundan görünür ki, 2019-cu il üzrə Ağsu bazarında 1 kq buğdanın orta satış qiyməti 0,35-0,45 manat arasında olub. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin X4 İnkişaf Mərkəzinin 09 iyul 2020-ci il tarixli məktubundan görünür ki, 2019-cu il üçün Ağsu rayonu Nuran kənd ərazisində 1 ha torpaq sahəsində yetişdirilmiş buğdanın orta məhsuldarlığı 2,91 ton və yaxud 29,1 sentner olub. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişd ir ki, Mülki Məcəlləni 21.1, 152.5, 157.4, 170.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün aşağıdakı hüquqi əsasların olması zərəridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli sayılması. Hazırki halda bilavasitə cavabdehin təqsiri üzündən iddiaçılara 6.000 manat məbləğində maddi zərər dəyməsi mülki iş materialları ilə istisna olunur və iddiaçılar zərərin mövcud olması, zərərin cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və ə n əsası bu məsələdə cavabdehin təqsirli sayılması barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı1 kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbin ə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(107)-1947/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2905/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2905/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver