Məhkəmə qərarları › İş №2(102)-2905/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2905/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2905/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülk i iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-251/2*21 nömrəli, 22 dekabr 2*21-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18.12.2**7-ci il tarixli *5L******413 saylı kredit xətti müqaviləsinə əsasən 16* ay müddətinə 1**** ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan kredit xətti müqaviləsinə dəyişikliklər edilməklə kredit xətti müqaviləsinin müddəti 171 ay, məbləği 2***** ABŞ dolları həddində müəyyən edilmişdir. 2. 17.*5.2*13-cü il tarixli *5R*****7124 saylı kredit razılaşması əsasında cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.66 67 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85*** ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 27.12.2*13-cü il tarixli *5KK*******86 saylı kredit razılaşması əsasında cavabdehə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4*** ABŞ dolları məbləğində kredit verilmişdir. 4. 15.*5.2*13-cü il tarixli *5M******741 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Habelə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda kreditorla müqavilələr bağlayaraq, Cavabdeh1 kredit öhdəliyinin icra edilməsi üç ün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə *5R*****7124 saylı kredit razılaşması üzrə 412*4.76 ABŞ dolları məbləğində kredit borcu, 18721.95 ABŞ dolları məbləğində faiz borcu və 28749.15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 88675.86 ABŞ dolları məbləğində borcun, *5KK*******86 saylı kredit razılaşması üzrə 3997.5* ABŞ dolları məbləğində kredit borcu, 54*.98 ABŞ dolları məbləğində faiz borcu və 692*.73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11459.21 ABŞ dolları, hər iki müqavilə üzrə ümum ilikdə 1**135,*7 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumunun və 2* manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, cəmi 1**135,*7 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumunun və 2* manat xidmə t haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh1 mülkiyyətində olan *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 17.*5.2*13-cü il tarixli *5R*****7124 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 85*** ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.*6.2*16-cı il tarixli *5R*****7124SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 43795.24 ABŞ dolları ödəmiş, 412*4.76 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.*8.2*17-ci il tarixə 388 gün üçün hesablanmış faiz borcu 18721.95 ABŞ dolları, 11.*8.2*17-ci il tarixə 388 gün üçün hesablanmış cərimə 28749.15 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 " xxxx" QSC ilə bağladığı 27.12.2*13-cü il tarixli *5KK*******86 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 4*** ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 27.12.2*13-cü il tarixli *5KK*******86 saylı kredit razılaşması əsasında götürdüyü kredit borcundan 2.5* ABŞ dolları ödəmiş, 3997.5 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.*8.2*17-ci il tarixə 958 gün üçün hesablanmış faiz borcu 54*.98 ABŞ dolları, 11.*8.2*17-ci il tarixə 958 gün üçün hesablanmış cərimə 692*.73 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 28.*3.2*12-ci il tarixli və 1*.*4.2*13-cü il tarixli zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında sazişlərə əsasən Cavabdeh2 borclu Cavabdeh1 kredit xətti müqaviləsinə edilmiş dəyişikliklər üzrə bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 1*.*4.2*13-cü il tarixli zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında sazişə əsasən Cavabdeh4 borclu Cavabdeh1 kredit xətti müqavi ləsinə edilmiş dəyişikliklər üzrə bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 15.*5.2*13-cü il tarixli *5M******741 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan iddiaçı Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş sonuncu tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışlar. İddiaçı bildirişin qeydiyyata alınması üçün 1* manat dövlət rüsumu və 2* manat xidmət haqqı ödəmişdir.

8. İşə məhkəmədə baxıldığı vaxt iddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə *5R*****7124 saylı kredit razılaşması üzrə 412*4,76 ABŞ dolları məbləğində kredit borcu, 26184,59 ABŞ dolları məbləğində faiz borcu və 42173,9* ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1*9563,25 ABŞ dolları məbləğində borcun, *5KK*******86 saylı kredit razılaşması üzrə 3997,5* ABŞ dolları məbləğində kredit borcu, 54*,98 ABŞ dolları məbləğində faiz borcu və 8196,27 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12734,75 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə 122298 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumunun və 2* manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, cəmi 122298 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumunun və 2* manat xidmət haqqının əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cəbrayıl Rayon Məhkəməsinin 3* avqust 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim T.Hüseynova) iddia qismən təmin edil ərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə *5R*****7124 saylı kredit razılaşması üzrə 41266.84 ABŞ dolları əsas kredit borcu, 1479*.96 ABŞ dolları faiz borcu, 1*** ABŞ dolları cərimə borcu, *5KK*******86 saylı kredit razılaşması üzrə isə 3997.5* ABŞ dolları əsas kredit borcu, 54*.98 ABŞ dolları faiz borcu, 3** ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 61896.28 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumu və 2* manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc məbləğinin qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə he sablanaraq tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 148*** manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğlərinin iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq eksper tizası cavabdehin xahişi ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 15* manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 15* manat məbləğində pulun 75 manatının iddiaçıdan, 75 manatının isə cavabdehlərdən müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə aparılmış əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası cavabdehin xahişi ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 15* manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub “X1” MMC-nin hesabına ödənilməsi, iş üzrə aparılmış təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası iddiaçının x ahişi ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 15* manat məbləğində pulun iddiaçıdan tutulub "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. 1*. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinin mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları və evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alğı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni mənzil satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmadığından iddia tələbi mənzilin satıldıqdan sonra 1 ay ərzində boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 472, 467, “İpoteka haqqında” Qanunun 4*1, 39.3.3, 59.3-cü maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, “faiz və cərimə borcunun qismən təmin edilməsi, ipote ka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən qiymətləndirilmə keçirilməklə müəyyən edilməsi, faiz və cərimə borcu hissəsində və ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-251/2*21 saylı, 22 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi *5R*****7124 saylı, 17.5.2*13-cü il t arixli kredit razılaşması üzrə faizin miqdarı və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə *5R*****7124 saylı kredit razılaşması üzrə faiz borcun 24557.64 ABŞ dolları məbləğində tutulması qət edilmiş, Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 145*** manat məbləğdə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rəy vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq məhkəmə faiz borcunun məbləği barədəki 9/112* saylı 24.*5.2*21-ci il tarixli ekspertin rəyi ilə razılaşmış və Cavabdeh 1 *5R*****7124 saylı 17.*5.2*13-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin bitdiyi 17.1*.2*18-ci il tarixə iddiaçıya 24557,64 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun sayır. Eyni zamanda hesab etmişdir ki, iddiaçı faiz borcu üzrə yalnız həmin vəsaitin tutulmasını tələb edə bilər.

15. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti üzrə onu qeyd etməyi zəruri saymışdır ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 82383 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmadıqlarından və bu qiymət müqavilədə öz əksini tapmadığından, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməkdə haqlı olmuşdur. Bununla yanaşı "xxxx" MMC-nin *7.*5.2*18-ci il tarixli rəyi ilə ipoteka predmetinin likvid dəyəri müəyyən edilmədiyindən, “X1” MMC-nin *2.1*.2*18-cu il tarixli və "xxxx" MMC-nin 26.*7.2*19-cu il tarixli rəyləri isə kifayət qədər aydın və tam olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-nin 237/AB/21 saylı 16.*6.2*21-ci il tarixli hesabatında müəyyən edilmiş likvid dəyərinə uyğun olaraq 145*** manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, tənasübsüz surətdə yüksək cərimənin azaldılması qanunla nəzərdə tutulduğundan, eləcə də iddiaçı azaltmanın mənafelərinə uyğun olmaması barədə sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmaqda haqlı olmuşdur.

17. Məhkəmə kollegiyası eyni zamanda iddianın Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində C avabdeh1 mülkiyyətində olan *.*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsi üzrə onu qeyd etməyi zəruri hesab etmişdir ki, fərdi yaşayış evinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmədən, Cavabdeh1 həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu itirməmişdir. İddianın həmin hissəsi üzrə tələb hüququ yalnız ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 isə tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədiyi halda ipoteka predmetini satın almış m ülkiyyətçiyə aid olduğundan, iddiaçının iddianın həmin hissəsi üzrə tələb etmə hüququ yaranmamışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 465.2, 467, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2*. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əmlaka tutma yönəldildikdən sonra cavabdehin həmin əmlakdan çıxarılmasının və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. Cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Hesab edirik ki, göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Ona görə də ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43 A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması hissəsində iddia tələbi təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay ərzində əmlakın boşalıdılması ilə bağlı hissədə iddia tələbində qeyd edilmiş hallara və qanunvericikiyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. “İpoteka haqqında” qanunun 59.1, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2*21-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Prosessual məsələlər

22. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 1*.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

23. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslan dırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 25. “İpoteka haqqında” Qanun Maddə 1.*.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 1.*.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilə r. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya inst ansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə qismən - «Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinin təmin olunmaması hissəsində mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən iddianın «Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi» hissəsi üzrə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv olunmalı, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar imkan verdiyinə görə yeni qərar çıxarılmaqla, iddia tələbi həmin hissədə təmin edilməlidir. 3*. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldi lməsi və satılmasından sonra tərəflər üçün bəzi hüquqi nəticələr müəyyən edilmişdir. Bu cür hüquqi nəticələrdən biri kimi, ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi nəzərdə tutulmuşdur.

31. Baxılan işdə də iddiaçı həmin norma tətbiq olunmaqla, ipoteka qoyanın fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsini tələb edir. İddiaçının bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və təmin olunmasını istisna edən hal yoxdur. Apellyasiya instansiyası məhkəməsi baxılan işdə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsini səhv təfsir etmişdir. Maddi hüquq normasının səhv təfsir edilməsi, MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normasının düzgün tətbiq edilməməsi sayılır.

32. MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar, yeni qərar qəbul etməyə imkan verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, də bilər.

34. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh 1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinin təmin olunmamasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi təmin olunmalıdır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-251/2*21 nömrəli, 22 dekabr 2*21-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - «Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabd eh1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. Abşeron rayonu Masazır kəndi M.S.Ordubadi küçəsində Cavabdeh1 mülkiyyətində olan *,*2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43A nömrəli fərdi yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququ itirilməklə, evdən çıxarılsın, ev boşaldılmaqla iddiaçıya təhvil verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar