Məhkəmə qərarları › İş №2(102)-2906/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2906/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2906/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: Kredit müqaviləsinin etibarsız hesab edilməsi Qarşılıqlı iddia tələbi: Borc məbləğinin geri qaytarılması Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3878/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiq olunmuş, 3M-715 saylı reyestr kitabında xx.xx.2017-ci il tarixdə qeydə alınmış borc müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) borca götürdüyü 150.000 manat pulu xx.xx.2018-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə əsasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən İcra qeydi verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il t arixdə Bakı şəhəri 19 saylı Notariat kontorunda cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək, 19 saylı Notariat kontorunda 3M-715 nömrəsi ilə qeydiyyatdan keçmiş, onunla iddiaçı arasında bağlanmış borc müqaviləsinin ləğv edilməsini, sonuncunun həmin borc müqaviləsi əsasında ondan aldığı və öhdəlik götürdüyü 150.000 manat pulun iddiaçıdan alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5547/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, İddiaçı ilə Cavabdeh Məhəmməd qızı arasın da xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3878/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova – sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia tələbi təmin olunmuşdur. Həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissəsind ləğv olunaraq, qarşılıqlı iddiaya aid hissədə mülki işin icraatına xitam verilmişdir. Apelyasiya insta nsiyası məhkəməsi qarşılıqlı iddiaya aid hissədə işin icraatına xitam verilməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında İcra qeydi verilmişdir və həmin İcra qeydi hal-hazırda qüvvədədir. İcra qeydinin qüvvədən düşməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə, “İcra haqqında” Qanunun 6.1.4, 8.2, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 261.0.1-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil) apelyasiya instansiyası məhkəməsinin qərardadınınkassasiya şikay əti verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın yenidən icraata alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi icra qeydinin qüvvədə olması əsası ilə qarşılıqlı iddia üzrə işin icraatına xitam vermiş, lakin sözügedən icra qeydinə xx.xx.2020-ci il tarixli qərar əsasında xitam verilmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazda iddiaçı göstərmişdir ki, icra qeydinə göstərilən tarixdə xitam verilməsi ilə əlaqədar işə birinci və apelyasiya instansiya məhkəmələrində baxılarkən hər hansı sübut təqdim olunmamışdır. Notariusun icra qeydi əsasında başlanmış icra icraatı hal-hazırda icra məmurunun icraatındadır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya ş ikayətinə baxılması zamanı kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, hazırda cavabdeh yalnız qərardaddan şikayət vermişdir. Vəkil şikayətin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşə baxan məhkəmələr tərəfindən müəyyən edimişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2019-cu il tari xdə Bakı şəhəri 19 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən İcra qeydi verilmişdir. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Qarşılıqlı iddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə cavabdehin qeyd olunmuş qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməz olmuşdur. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxaraq, tələbin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək qarşılıqlı iddiaya aid hissədə mülki işin icraatına xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh şikayətini apelyasiya instansiyası məhkəməsinin qərardadının qəbul edilməsindən sonra yaranmış faktlar və sübutlarla əsaslandırmışdır. Halbuki kassasiya icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya baxışının hədləri məhkəmə aktının qəbul edildiyi dövrdə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyinin yoxlanılması məhdudlaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3878/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar