Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2906/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2906/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, tələbin əsaslandığı müqavilənin olmaması) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 iştirakı ilə, vəkil Vəkil İddiaçı ləğv prose sində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2680/2020 nömrəli, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Lənkəran Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 948,52 manat əsas, 1832,74 manat cərimə, 136,98 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 26.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 faizlə 24 ay müddətinə 1250 manat məbləğində kredit verilmişdir.
3. Borclunun öhdəliyinin təmin edilməsi məqsədi ilə 26.01.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu iddiaçı təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
4. Kredit müqaviləsinə əsasən borclu əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar olunmuşdur. Buna baxmayaraq, kredit müqaviləsinin icrası təmin edilməmişdir.
5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh1 iddiaya etiraz olaraq vəsatət vermiş, vəsatətdə kredit müqaviləsi imzalamadığnı, müqavilədəki imzanın ona məxsus olmamasını göstərib, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi 20 fevral 2020-ci il tarixli qərardadla xətşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsində “borclu” qrafasındakı və kassa məxaric orderində “müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh1, eləcə də 26.01.2015-ci il tarixli 1104/3/ 1 saylı zaminlik müqaviləsində imzanın Cavabdeh2 məxsus olub-olmaması barədə suallar qoyulmuşdur.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2019-cu il tarixli, 4/96 saylı rəyində qeyd edilib ki, 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsində borcalan qrafasındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 26.01.2015-ci il tarixli 1104/3/1 saylı zaminlik müqaviləsində zamin qrafasındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Kassa-məxaric orderinin əslinin təqdim edilməsi barədə vəsatət verilsə də, həmin sənəd təqdim edilmədiyindən kassa-məxaric sənədi üzrə tədqiqat aparılmayıb.
9. Lənkəran Rayon Məhkəməsinin 2(049)-715/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Toğrul Məmmədov)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı təşkilat Cavabdeh1 oğlu ilə 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsinin bağlanmasını iddia etsə də, ekspert rəyinə əsasən həmin müqaviləni Cavabdeh1 imzalamayıb, kredit müqaviləsindəki imza Cavabdeh1 məxsus deyil.
11. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2la bağlanmış 26.01.2015-ci il tarixli 1104/3/1 saylı zaminlik müqaviləsi də özü-özlüyündə etibarsızdır. Çünki əsas müqavilə üzrə öhdəlik etibarsız olduğundan, əsas müqavilə üzrə Cavabdeh1 oğlu bank qarşısında öhdəlik daşımadığından, başqa sözlə, əsas öhdəlik mövcud olmadığından, əlavə öhdəlik də özüözlüyündə etibarsızdır.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 386.1 və 460.3-cü maddələri və Mülk i Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
13. Eyni zamanda birinci instansiya məhkəməsi hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədə, 26 yanvar 2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsində saxta imza edilməsi faktında cinayətin əlamətlərinin olub-olmaması ilə bağlı 06 avqust 2020-ci il tarixdə Xüsusi qərardad da çıxarmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 qətnamədən apellyasiya şikayəti verib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri: - iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl Cavabdeh1 pretenziya qaydasında borcunu ödəməsi barədə xəbərdar edilmiş, həmin vaxt cavabdeh müqavilənin onu tərəfindən imzalanmamasını bildirməmiş, banka bu ba rədə məlumat verməmişdir; - məhkəmə ekspert rəyini MPM-in 103.1-ci maddəsinə uyğun olatraq qiymətləndirməmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2680/2020 nömrəli, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-715/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Müşviq Həsənov)
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq ed ilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
18. Apellyasiya instansiyası vurğulayıb ki, qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Tərəflər arasında borc müqaviləsi olmadığı halda Cavabdeh1 qarşı borc pulun qaytarılması tələbi barədə iddia qaldırması məhkəmədə belə bir daxili inam yaradır ki, heç də iddiaçı iddia tələbində haqlı olmamış və məhkəməyə təqdim etdiyi sübutlar tələbin təmin edilməsi üçün kifayət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Ləğv Prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 vəkil Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
23. Cavabdeh2 m əhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Digər Cavabdeh1 isə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və şikayətin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşm ası müqavilə sayılır. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onla ra qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İddiaçı bank tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsinə istinad etmişdir. Başqa sözlə, iddia tələbi müqavilədən doğan öhdəliyin icrası barədədir. Belə iddiaların da təmin olunmasının əsas və yeganə şərti müqavilənin olmasıdır.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsini Cavabdeh1 imzalamayıb. Başqa sözlə, cavabdehin bank qarşısında 26.01.2015-ci il tarixli 1104/3 saylı kredit müqaviləsinə əsaslanan öhdəliyi müəyyən edilməyib.
31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtlər i iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2680/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.