Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2906/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının "xxxx" açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, ipoteka predmeti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*6)-897/2*21 nömrəli, 15 dekabr 2*21-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə 29 iyun 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında 25 sentyabr 2*14-cü il tarixdə bağlanmış NH/63612/44/24 saylı kredit sazişinə əsasən, (Saziş bankın müştərilərlə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumu əmələ gətirir), bank tərəfindən cavabdehə avtomobil alınması məqsədilə 6* ay müddətinə, illik 17 faiz olmaqla 237*8 ABŞ dolları məbləğində kredit verilmişdir. Sazişə əsasən “Hyundai Santa-Fe” markalı G4KEEU42**75 mühərrik, KMHSU81CDEU369224 ban nömrəli 39514 manat dəyərində avtomobil ipoteka predmeti kimi çıxış etmişdir.
2. Borc alan Cavabdeh məxsus dövlət nömrə nişanı **-HT-*** olan “Hyundai SantaFe” markalı avtomobilin 25 sentyab r 2*14-cü il tarixdə bağlanmış NH/63612/44/24 saylı müqavilə əsasında "xxxx" ASC qarşısında ipoteka ilə yüklülüyü rəsmən dövlət qeydiyyatına alınmışdır.
3. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, borc alan Cavabdeh 25 oktyabr 2*14-cü il tarixdən başlayaraq hər ay 59* ABŞ dolları məbləğində ödənişlər etməklə almış olduğu krediti 25 sentyabr 2*19-cu il tarixədək qaytarmalı idi. 4. 17 yanvar 2*2*-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 25 sentyabr 2*14cü il tarixli NH/63612/44/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nə 6549.94 ABŞ dolları əsas, 8158.12 ABŞ dolları faiz borcu və 2** manat cəriməsi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kre dit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia rizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 6549.94 ABŞ dolları əsas borc, 8158,12 ABŞ dolları faiz borcu və 2** manat cərimə olmaqla, ümumilikdə 147*8,*6 ABŞ dolları məbləğində borcun və 2** manat cərimənin tutulması, tələbin Cavabdeh məxsus dövlət nömrə nişanı **-HT-*** olan “Hyundai Sanata-Fe” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olnumuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 25 sentyabr 2*14-cü il tarixli avtomobil krediti və girov-ipoteka müqaviləsinə əsasən bank cavabdehə 6* ay müddətinə, illik 17 faiz olmaqla 237*8 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı dövlət nömrə nişanı **-HT-*** olan “X3” markalı minik avtomobilini bankının xeyrinə girov qoymuşdur. Girov qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh “Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Hazırda cavabdehin banka olan əsas kredit borcu 6549.94 ABŞ d olları, faiz borcu 8158,12 ABŞ dolları, cərimə borcu isə 2** manat təkşil edir. “Kredit müqaviləsi” nə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
7. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) (bundan sonra – birinci instansiya məhkəməsi) 1* iyun 2*2*-ci il tarixli 2(*49)-866/2*2* saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 6549.94 ABŞ dolları əsas borc, 8158,12 ABŞ dolları faiz borcu və 2** manat cərimə olmaqla, ümumilikdə 147*8,*6 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2** manat cərimənin tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi, tələbin Cavabdeh məxsus dövlət nömrə nişanı **-HT-*** olan “X3” markalı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır, buna görə də təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 442, 445 və 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun normalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin əsas borc və faiz borcu hissələrdə azaldılması, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissədə rədd olunması barə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh lazımi qaydada məhkəmə prosesləri barədə məlumatlandırılmamış, bağlanmış müqavilələrdə və bankın kredit şöbəsində onun əlaqə telefonlarının olmasına baxmayaraq, b anka əlverişli olmadığından telefon vasitəsi ilə cavabdeh tapılaraq məhkəmə çəkişməsinə cəlb edilməmişdir, bununla da prosessual hüquqlarının pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh həmçinin qarşılıqlı iddia tələbi vermək hüququndan da məhrum edilmişdir, halbuki işin hallarına görə hazırki iddia tələbinə qarşı cavabdehin qarşılıqlı iddia verməsi qaçılmaz idi. Bundan başqa məhkəmə Cavabdeh banka ödədiyi pulların reyestr çıxarışını da bankdan tələb etməkdə maraqlı olmamış və borclu tərəfindən xeyli miqdarda ödənişlər aparıldıqdan sonra iddiaçı bankın tələb etdiyi faiz borcunun əsas borc məbləğinə nisbətdə böyük bir rəqəm fərqi təşkil etdiyini də diqqətə almamışdır və formal rəqəmlər olması məhkəmədə şübhə yaratmamışdır. Bu baxımdan da hazırki mülki iş hərtərəfl i və tam araşdırılmamışdır. Yalnız bank əməkdaşının, nümayəndənin izahatı əsasında və təqdim etdiyi subutlar çərçivəsində birtərəfli qaydada qətnamə çıxarılmışdır. Halbuki məhkəmə hazırki iddia tələbinə görə cədvəl üzrə müəyyən olunmuş vaxtdan əvvəl ödənilmiş pulun iddia tələbində göstərilən əsas və faiz borcuna nə kimi təsirinin olubolmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirməklə, əsas borcun və faiz borcunun şişirdilməsi, süni olaraq artırılmasını aşkara çıxarmaqla işə nəticə verməli idi. Çünki məhkəmədə iddia qaldırılanadək banka cavabdeh tərəfindən borc məbləğinin yarısından çox miqdarda pul vəsaiti ödənilmişdir. Buna baxmayaraq əsassız olaraq bank cavabdehdən həqiqi borcu yox, süni olaraq artırılmış məbləğdə kredit borcunun ödənilməsini tə ləb edir. Ona görə də hesab edir ki, məhkəmə özü riyazi hesablama aparmaqla yox, yalnız mülki iş üzrə ekspertiza təyin etməklə bankın cavabdehdən tələb etdiyi kredit borcunun məbləğinin düzgünlünü müəyyən etməlidir. Hətta banka cavabdeh tərəfindən ödənilmiş pulların ödəniş qəbzlərinin surətləri də məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə ipoteka müqaviləsinin də qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsinə də qiymət verməmişdir.
12. Apellyasiya instansiya məhkəməsinin 14 aprel 2*21-ci il tarixli qərardadına əsasən, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, həmin rəyə əsasən, Cavabdeh 25 sentyabr 2*14-cü il tarixdə bağlanmış NH/63612/44/24 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin sonuna, yəni 25 sentyabr 2*19-cu il tarixinə bank qarşısında yerinə yeti rilməmiş kredit öhdəliyinin 6549,94 ABŞ dolları əsas borc, 7219,16 ABŞ dolları faiz borcu olduğu, həmçinin borc alanın 25 sentyabr 2*19 tarixindən sonra ödəniş etmədiyi müəyyən edilmişdir.
13. Həmçinin apellyasiya instansiya məhkəməsinin 14 aprel 2*21-ci il tarixli qərardadına əsasən, qiymətləndirmə ekspertizası təyin edilmişdir. Qiymətləndirmə ekspertizası üzrə “X2” MMC-nin təqdim etdiyi *2 noyabr 2*21-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh məxsus dövlət nömrə nişanı **-HT-*** olan “X3” markalı avtomobilin likvid dəyəri 3**** manat təşkil edir.
14. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və İ.H.Əhmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*6)-897/2*21 nömrəli, 15 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8158,12 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissədə dəyişdirilmiş, cavabdehdən tutulacaq faiz borcunun məbləği 7219,16 ABŞ dolları müəyyən edilmiş, cavabdehə məxsus dövlət nömrə nişanı **-HT-*** olan “X3” minik avtomobilin açıq həracdan ilkin satış qiyməti 3**** manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilməmiş, ekspertiza tədqiqatının dəyəri və qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri cavabdehdən tutulmuşdur.
15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qa rşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır.
16. Bununla belə, birinci instansiya məhkəməsi kredit razılaşması üzrə iddiaçının cavabdehdən müqavilə müddətindən artıq olan dövr üçün müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faizləri istəməsinə diqqət yetirməyərək, əlavə araşdırma aparmadan tələb olunan faiz borcunu olduğu kimi təmin etməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, bankın tələb etdiyi 8158,12 ABŞ dolları faiz borcu maliyyə arayışına əsasən 17 yanvar 2*2*-ci il tarixinədək hesablanan faiz məbləğidir, halbuki tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti 25 sentyabr 2*19-cu il tarixində bitmiş olmuşdur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunan faiz borcunun məbləği hissədə dəyişdirilərək, ekspert rəyinə müvafiq olaraq cavabdehin ödəməli olduğu faizin məbləği 7219,16 ABŞ dolları müəyyən edilməlidir.
17. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə nəzərdən keçirərək hesab etmişdir ki, həmin dəlillər qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissədə əsasını təşkil edə bilməsə də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin hərracdan ilkin satış qiyməti müəyyən edilmədiyindən, ipoteka predmetinin təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyinə müvafiq olaraq ilkin satış qiymətinin müəyyən olunması üçün əsasdır.
18. Aparılmış tədqiqatın nəticəsi olaraq apellyasiya şi kayətinin dəlilləri qismən öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunan faiz borcunun məbləği hissədə dəyişdirilməli və ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti müəyyən edilməlidir.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 317 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2*15-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respub likasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2*13-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, mülki işin iddianın faiz borcu və iddianın ipoteka predmeti olan **-HT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santa-Fe” markalı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və onun satışından əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi hissəsində ləğv olunmasını və mülki işi həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş edilmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi Cavabdeh apellyasiya ş ikayətinin dəliləri üzrə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir və nəticədə iddiaçının apellyasiya şikayətini qismən təmin edərək bankın iddiasını qismən təmin etmişdir. Apellyasiya araşdırması zamanı da məlum olmuşdur ki, Lənkəran Rayon Məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Bütün məhkəmə prosesləri cavabdehin iştirakı olmadan keçirilmişdir. Bununla yanaşı apellyasiya şikayətində iddaçı bankın iddiasının ipoteka predmetinin hərracda satılması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanunsuz olduğunu və “İpoteka” haqqında Azərbaycan Respublikası Qanunun müddəalarına görə rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orq anı tərəfindən dövlət qeydiyyatına alınmasının vacibliyini qeyd etmişdir. Məhkəmə kollegiyası isə buna əhəmiyyət verməmişdir.
22. Bundan başqa məhkəmə kollegiyasına vəsatət təqdim edərək həmin vəsatətə də ödəniş qəbzləri əlavə edərək ekspertiza tədqiqatına göndərilməsi xahiş etmişdir. Ekspertiza isə rəyin tədqiqat X1 Dair Məlumat hissəsində məhkəmənin 15.*9.2*21-ci il tarixli məktubunun 24.*9.2*21-ci il tarixdə daxil edilməsini rəydə qeyd etməsinə baxmayaraq ekspert rəyi 22 sentyabr 2*21-ci il tarixdə vermişdir. Bu isə o deməkdir ki, faktiki olaraq ekspertiza məhkəmə tərəfindən təqdim olunan əlavə ödəniş qəbzlərini nəzərə almayaraq onları araşdırmasını aparmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyasından əlavə ekspertiza keçirilməsini tələb edilsə də vəsatət rədd edilmişdir. Ona görə də Şi rvan Apellyasiya Məhkəməsinin hazırki qətnaməsini qanunsuz hesab edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
25. Maddə 317 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
26. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geci kdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. Maddə 385.1 Borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə
442. Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
30. Maddə 448.1 Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2*13-cü il tarixli Qərarı 32. "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq h üquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağl ı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 1*.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 34. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 35. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 36. 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka p redmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 37. 1.*.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Cavabdeh birinci instansiya məhkəməsi qətnaməsinin iddianın əsas borc və faiz borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və onun satışından əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi həmin şissədə işə baxmışdır.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsində baxılan əsas borca aid hissəni mübahisələndirməmiş, kassasiya şikayəti faiz borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və onun satışından əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməs i hissəsi ilə bağlıdır, ona görə də hazırkı apellyasiya instansiyası məhkəməsinin aktı göstərilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Tərəflər arasında müqavilə bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yara nmışdır. İddiaçı ilə cavabdeh arasında 25 sentyabr 2*14-cü il tarixdə bağlanmış NH/63612/44/24 saylı sazişə əsasən, bank tərəfindən cavabdehə avtomobil alınması məqsədilə 6* ay müddətinə, illik 17 faiz olmaqla 237*8 ABŞ dolları məbləğində kredit verilmiş, lakin cavabdeh bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
51. Məhkəmə işin düzgün həlli ü çün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. Azərbaycan Respublikası MPM-nin 1*1.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
53. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq p rossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilmişdir.
56. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*6)-897/2*21 nömrəli, 15 dekab r 2*21-ci il tarixli mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.