Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2907/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-4105/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qobustan Rayon Məhkəməsinin (hakim Mirələm Quliyev) 2(026)-212/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh dəymiş 2150 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılnışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus əkin sahəsinə dəymiş maddi ziyana görə 2150 manat və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşamaqla x1 torpaq sahəsi vardır. Qobustan rayonunu n Xilmilli bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixdə 09/2 saylı qərarı ilə ona 99 il müddətinə 75 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmişdir. xx xxxxxxx 2007-ci il tarixdə Xilmilli bələdiyyəsi ilə 8 saylı icarə müqaviləsi bağlayaraq həmin torpaq sahəsindən istifadə etməyə başlamış və hər ildə əkin-biçinlə məşğul olaraq torpaq sahəsini əkmişdir. 2018-ci ilin payız mövsümündə həmin sahədə əkin əkmişdir. Qobustan rayonunun Xilmilli kənd sakini Cavabdeh otardığı xırda buynuzlu heyvanları onun taxıl sahəsinə bilərəkdən buraxaraq 5,5 hektar sahəsinin 3,2 hektarını tamamı ilə məhv etmişdir. Həmin sahəyə kənd təsərrüfatı idarəsindən mütəxəssislər apararaq kənd icra nümayəndəliyi ilə birlikdə sahəyə baxış keçirib akt tərtib edilmiş və ona 2150 manat maddi ziyan də ydiyi müəyyən edilmişdir. Cavabdeh bu hərəkətini təkrar etmiş, Rüstəmə onun tərəfindən dəfələrlə xəbərdarlıq etmişdir. Lakin edilən söhbətlər bir nəticə verməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılm alı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qobustan rayonunun Xilmilli bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixdə 09/2 saylı qərarı ilə iddiaçıya 99 il müddətinə 75 hektar torpaq sahəsi ayrılmış, xx xxxxxxx 2007-ci il tarixdə Xilmilli bələdiyyəsi ilə iddiaçı arasında 8 saylı icarə müqaviləsi bağlanmış, cavabdeh ilə icarə müqaviləsi bağlanmamışdır və bu barədə sübut növü kimi cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Qobustan rayon X7 Mərkəzinin bitkiçilik sektorunun məsləhətçi-aqronomu Mirzəbər Mirzəhmədov, Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli bələdiyyəsinin sədri Namiq Mirzəyev və kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxx 2019-c u il tarixli aktdan görünür ki, İddiaçı buynuzlu heyvanlar tərəfindən dəfələrlə otarılıb, tapdalanıb, əzilib. Sahənin 3, 2 hektarından tamamı ilə məhsul gözlənilmir. Əkin sahəsinə çəkilən xərc və yetişkənlikdə olan məhsulu nəzərə alaraq vətəndaşa 2150 manat ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Xilmilli kəndi üzrə 1,0 hektar taxıl əkin sahəsinə 30 manat sum, 20 manat agır diski, 15 manat yüngül mala, 15 manat toxum səpənə, 1,0 hektara 179 kq arpa toxumu, 1 hektara amafos kubrəsi 150-200 kq, 15 manat kisənin qiyməti, 20-25 manat olan sicanabənzər gəmirilərə qarşı mübarizə tədbirlərinə, 1216 manat 1,0 hektardan gözlənilən məhsuldarlıq 30-35 senter x 0,38 q xərc çəkilməsi qeyd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən ona m əxsus əkin sahəsinə dəymiş maddi ziyana görə 2150 manat maddi ziyan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlak ının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iş üzrə iddiaçı ona dəymiş zərəri sübut etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Mülki Prosessual Məcəlləin 407.2-ci maddəsinə əsasən kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(10 5)-4105/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2907/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2907/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver