Məhkəmə qərarları › İş №2(102)-2907/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2907/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2907/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-300/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Finca Azeribaijan” MM QBKT və X5 arasında 24 ay müddətinə 10000 ABŞ dollar məbləğində xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi imzalanmışdır.

2. X5 xx.xx.2016-cı ildə vəfat etmiş, “Finca Azeribaijan” MM QBKT ildə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə kredit (Restrukturizasiya) müqaviləsi imzalanmışdır. 3. “Finca Azeribaijan” MM QBKT və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icr aat

4. İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada borcun məbləği 5537.95 manat əsas, 38.23 manat faiz, 0.00 manat cərimə borcu olmaqla cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat on səkkiz qəpik) manat, həmçinin ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh1 qanundan və müqavilədən irəli gələn öhdəliklərini bugünədək yerinə yetirməmişdir. Belə ki. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği 5537.95 AZN ǝsas, faiz borcu üzrə 38.23 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) AZN təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək borcu hissə-hissə ödəyəcəyini bildirmişdir.

7. Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada **********0391 nömrəli kredit müqaviləsi üzrə 5537.95 manat əsas, 38.23 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 5576.18 (beş min beş yüz yetmiş altı manat on səkkiz qəpik) manat pul vəsaitinin və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun tutul araq iddiaçı “Finca-Azerbaijan” MM QBKT-yə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 405.1, 443.1, 449.1, 465.2, 739.1 və 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin fa ktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, “Finca Azeribaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0391 nömrəli kredit (Restrukturizasiya) müqaviləsi 2014-cü ildə bağlanmış kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı üçün əhəmiyyətsiz əqd hesab olunur. Kredit təşkilatının üzərinə götürdüyü əsas öhdəlik müqavilədə göstərilən məbləğin kredit götürənə verməkdən ibarətdir. Əgər 2014-cu ildə bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən pulun verilməsini təmin etməyib bununla da bağladığı əqdlərin yalan əqd olduğunu bir daha sübut etmiş olur. Əgər ki, kredit təşkilatı tərəfindən 5537 manat pul verilmişdirsə kassa məxaric orderi təqdim edilməlidir.

12. Gəncə Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(104) 300/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi (hakimlər – Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Şamil Rzaquliyev) Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(066)-995/2022 nömrəli qətnaməsi dəyişdiirlmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh1 mərhum əri X5 ilə bank arasında bağlanmış kredit müqaviləsi əsasında restrukturizasiya müqaviləsi bağlamış, eləcə də ödəniş cədvəlini imzalamışdır. Cavabdehlər Cavabdeh1 ümumiyyatlə kredit məbləğinin təqdim olunmadığını, restruktruzasiya barədə müqavilənin əvvəlki kredit müqaviləsini pərdələmək üçün bağlandığını bildirsələr də buna dair hər hansı sübut təqdim etməmişlər.

14. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehlər (vəkil X3) qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyə ti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Belə ki, iddiaçının qeyd olunan pul tələbinə münasibətdə birinci instansiya məhkməsindəki icraatda iştirak etmiş Cavabdeh1 iddianı qəbul edərək borcu hissə-hissə ödəyəcəyini bildirmişdir.

20. Bununla belə, apellyasiya şikayətində “Finca Azeribaijan” MM QBKT ildə Cavabdeh1 arasında xx.xx.2019-cu il tar ixdə bağlanmış kredit (restrukturizasiya) müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı üçün əhəmiyyətsiz əqd olduğu qeyd edilmiş, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi isə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlər irəli sürdükləri dəlilləri sübuta yetirə bilməmişlər.

21. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

22. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

23. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-300/2 023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar