Məhkəmə qərarları › İş №2(102)-2909/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2909/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2909/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının vəkili Qulamov Ağazahid Şirzahid oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli, 2(105)-1607/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26.889 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim Nəriman Abıyev) 2(028)-02/2019 saylı, 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 26.889 (iyirmi altı min səkkiz yüz səksən doqquz) manat pulun tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Qa fari Səyyad, Fuad Məmmədov) 09.12.2019-cu il tarixli, 2(105)1607/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Cavabdeh və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən AR MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, iddiaçı ilə 2000-ci ilədək bir müddət ticarət etmişlər, 2000 ildən sonra aralarında heç bir münasibət olmamışdır. Bir neçə il bundan qabaq ona müraciət olunaraq bildirilmişdir ki, Sumqayıt şəhər Vergilər İdarəsi tərəfindən müəssisədə yoxlama aparılır, köhnə borcları da araşdırırlar, buna görə də alver etdiyi şəxslərlə hesabatı təqdim etməlidir. Bu səbəbdən cavabdehə boş kağıza imza etməyi xahiş etmişlər. Cavabdeh boş bir kağız parçasına imza atmış və onlara təqdim etmişdir. Bu hadisədən təxminən 4-5 il sonra iddiaçı onun imzası olan kağıza öz xətti ilə istədiyi məbləği daxil etməklə məhkəməyə təqdim etmiş, məhkəməyə dəvət edilən vaxt ona məlum olmuşdur ki, guya iddiaçıya 26.889 manat borcu müəyyən olunmuşdur. O, məhkəmədə vəsatət verərək qaimələri və qəbzlərin məhkəməyə təqdim olunmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin edə rək qarşı tərəfdən həmin üzləşmənin aparılmasına əsas vermiş sənədləri təqdim etməsini bildirmiş, lakin qarşı tərəf belə bir sənədlərin olmadığını bildirməklə mübahisələndirilən üzləşmə aktı əsasında borcun yarandığını bildirmişdir. Qarşı tərəfin bu borcların mövcudluğunu təsdiqləyən sənədləri təqdim etməməsi də ona dəlalət edir ki, bu aktın hər hansı bir hüquqi əsası yoxdur, qarşı tərəf onu öz xətti ilə doldurmaqla iddiaçını böyük məbləğdə borcla yükləmək qərarına gəlmişdir. İddiaçı dəfələrlə mal verdiyini bildirmişdir, belə olan təqdirdə həmin malın verilməsini təsdiq edən mötəbər sübutlar mövcud olmadığı halda bu aktın da qanuniliyi şübhə doğurur. Lakin məhkəmə bu hallara, qarşı tərəfin qeyd edilən məbləğdə malların ona verilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməməsinə baxmay araq iddia tələbini təmin etmişdir. Bu hallar məhkəmə qətnaməsinin qanunsuz olmasına dəlalət edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Qulamov Ağazahid Şirzahid oğlu kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi: “xxxx” MMC hüquqi şəxs kimi 09.01.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin qanuni təmsilçisi X1. “xxxx” MMC-nin direktoru M.Ə.Rzayev və alıc ı Cavabdeh arasında imzalanmış 05.01.2015ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktından görünür ki, Cavabdeh 05.01.2015-ci il tarixə “xxxx” MMC-nə qalıq borcu 26.889 (iyirmi altı min səkkiz yüz səksən doqquz) manat təşkil edir. İş üzrə keçirilmiş 13.12.2018-ci il tarixli 31920 ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 5 yanvar 2015-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında “Alıcı” qrafasında “Məmədov” soyadı və imza – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yet irməmişdir və nəticədə onun iddiaçının qarşısında 26.889 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələri n əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kr editorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə o lunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)3974/2019 saylı, 17.05.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cav abdeh «xxxx» MMC-nə qarşı üzləşmə aktının etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)3330/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)3974/2019 saylı, 17.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı süb utun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsaslı olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Cavabdehin apelyasiya şikayətində göstərdiyi hallarla kasasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kasasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və a pelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 41 7.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehov oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli, 2(105)-1607/2019 nömrəli qətnaməsi edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar