Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2909/2021 02.04.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-2021/2019) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2018-ci il təvəllüdlü əkiz övladlarının – X1 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uş ağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü Nilayın 3 yaşına çatana kimi 50 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-2021/2019) ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq, xx.xx.2018-ci il təvəllüdlü Nilayın və Nurun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat (cəmi 340 manat), xx.xx.2020-ci il tarixdən hesablanmaqla, uşaqlar 3 yaşına çatanadək uşaqlara qulluğa görə iddiaçının özünə hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5858/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə qismən, yəni xx.xx.2018-ci il təvəllüdlü X2 və X4 3 yaşına çatanədək uşaqlara qulluğa görə iddiaçının özü üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qeyd edilən iddia tələbi təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnamə qalan hissədə dəyiş dirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hesab edirəm ki, hazırkı iş üzrə tələb müəyyən edilmiş hər ay hər uşaq üçün 130 m anat cəmi 260 manat məbləğində aliment məbləğinin artırılaraq hər ay hər uşağa 170 manat, və xx.xx.2018-ci il təvəllüdlü Nilayın 3 yaşına çatana kimi 50 manat əlavə xərcin cəmi 390 manat məbləğdə alimentin cavabdehdən tutulmasından ibarətdir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 130 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (130 X 12 ay = 1560 manat) 2000 manatdan, az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404- 1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5858/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2909/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2909/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver