Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-291/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kirayə haqqının, maddi ziyana görə kompensasiyanın alınması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1571/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021ci il ta rixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh İddiaçı məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 saylı evin, 1 bloklu binanın 2 saylı mənzilində 07 ay müddətində yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3600 manat kirayə haqqının, mənzilində olan əşyalara dəymiş maddi ziyana görə 3040 manat və 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsasandırmışdır ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 saylı evin, 1 bloklu binanın 2 saylı 2 otaqlı mənzilini “xxxx” MMC-dən almışdır. Həmin mənzildə yaşayaraq əsaslı təmir etdirmişdir. Mənzi lində ona məxsus çilçıraqlar, divan kreslo, oturacaq stulları, stol və digər mebellər yığdırmışdır. Respublikanın hüdudlarından kənara gedib bir müddət orada yaşayıb işləməli olduğu üçün mənzilini kirayə vermək istəmişdir. Cavabdeh 2019-cu ilin yanvar ayının ilk günlərində gəlib mənzilə və içərisindəki avadanlıqlara baxaraq bəyənmiş, onunla qarşılıqlı razılaşma əsasında mənzili ayda 300 manat ödəməklə kirayə vermək razılığına gəlmişdir. O, həmin gün mənzilə köçərək orada yaşamağa başlamış və 2020-ci ilin yanvar ayının əvvəlində o, cavabdehdən kirayə haqqını istəmiş, mənzilə baxarkən otaqdakı 1 ədəd dəyəri 120 manat olan çilçırağın sökülərək yararsız halda döşəməyə qoyulduğunu, otaqda olan hər birinin dəyəri 80 manat olan 4 ədəd stulların sındırılıb yararsız hala salındığını, otaqda olan 1 ədəd dəyəri 1800 manat olan divan-kreslonun dəri örtüyünün yanaraq yararsız hala düşdüyünü görmüşdür. Bundan başqa otağın divarlarının kağızları qoparılaraq yararsız hala düşmüşdür. Həmin divar kağızlarını bərpa etmək üçün 800 manat vəsait lazımdır. Cavabdehdən 12 ay üçün 3600 manat kirayə haqqını və mənzilə vurulmuş ümumi ziyan olaraq 3040 manat pulun ödənilməsini tələb etsə də, cavabdeh bildirmişdir ki, nə kirayə haqqını, nə də vurduğu ziyanı ödəmək fikrində deyildir. Şirvan Şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2100 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı mənzilində olan əşyalara dəymiş maddi ziyana görə 3040 manat pulun alınması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında mənzilin İddiaçı məxsus olsa da, mənzildə yaşamaq üçün sonuncu ilə danışıq aparmadığını, bu barədə iddiaçının tanışı xx razılığa gəldiyini, evdə 7 ay yaşadığını, evdə olan əşyaları sındırmadığını, yararsız hala salmadığını, heç bir ziyan yetirmədiyini, bundan heç məlumatının olmadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan evdə kirayə əsaslarla yaşamış, oradan istifadə etmiş, lakin kirayə haqqı ödəməmişdir. Kirayə haqqı 300 manat olmasını və cavabdehin orada 7 ay yaşaması əsas götürülsə sonuncunun 2.100 manat kirayə haqqı borcu müəyyən ediləcəkdir. Məhkəmə hesab etmişdir ki, Cav abdeh 2.100 manat alınaraq İddiaçı verilməlidir. Dəymiş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sübutlar təqdim etməmiş, cavabdeh isə bu hissədə iddianı etiraf etməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(032)-326/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov ) xx xxxx 2020-ci il tarixli 2(106)-1571/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(032)-326/2020 sаylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı kirayə haqqı üzrə pul tələbinə dair iddiası rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sübut edilməli olan hallar - mülkiyyətində olan əmlakını cavabdehə kirayəyə verməsi, müvafiq razılaşma və cavabdehin, tərəflərin razılaşdıqları kirayə haqqını ödəməməsidir. İddiaçı kirayə müqaviləsini təqdim etməmişdir, ümumi sözlərlə mənzilini cavabdehə kirayəyə verdiyini bildirmişdir. Cavabdeh tərəf izahatında mənzilin ona satılması adı ilə başqa bir şəxsin ondan pul alıb onu mənzilə buraxdığını bildirmişdir. Birinci instans iya məhkəməsi yalnız iddiaçının izahatına əsaslanaraq iddianı əsaslı saymış, bu zaman hər hansı maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı müqavilə olmamışdır. İddiaçı mənzili kirayəyə verdiyini sübuta yetirə bilməmişdir. Belə halda kirayə haqqının tələb edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiya hesab etmişdir ki, iş üzrə yalnız iddiaçının izahatı tərəflərin arasında mənzil kirayə münasibətlərinin olmasını, onların arasında kirayə müqaviləsinin (razılaşmasının) bağlanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Odur ki, iddianı təmin etmək üçün əsas yoxdur, yalnız iddiaçının izahatı iddianı təmin etmək üçün əsas deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını p ozmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 385.1, 21-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1571/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi MPM-nin 77.1, 88, 160.3, 217.1, 217.3-217.4, 372.1, 372.6-372.7, 385.1.1-385.1.4-cü maddələrinin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədik ləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından mə hrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara mə lum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərə flərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmələr tərəfindən tərəflər arasında kirayə hüquq münasibətlərinin əmələ gəlməsi müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1571/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.