Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2910/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması Açar sözlər: yataqxana otağına istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, Cavabdeh XXX oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3859/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Sumqayıt şəhəri, XXX küçəsi, 1 nömrəli yataqxananın 10 nömrəli otağı (bundan sonra – mübahisəli otaq) xx.xx.2003-cü il tarixli order əsasında İddiaçı (bundan sonra – iddiaçı) anası X2 istifadəsinə verilmiş və sonuncunun digər oğlu Cavabdeh XXX oğlu (bundan sonra – cavabdeh) həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisəli otaqda cavabdeh 5 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisəli otağa köçürülməsi və həmin otaqda istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli otaq xx xxx 2003-cü il tarixli, 23 saylı orderə əsasən anasına işlədiyi SMK zavodu tərəfindən verilmişdir. Anasının ailə üzvü kimi o, və cavabdeh həmin otaqda yaşamışlar. Hələ anasının sağlığında o, daima pul qazanmaq məqsədilə işləmək üçün Rusiyaya getmişdir. Hətta Rusiya vətəndaşlığını da almış və Rusiya Federasiyasında işləyərək ailələrinə daima maddi köməklik göstərmişdir. Anası vəfat edəndən sonra o, Rusiyadan birdəfəlik köçüb evlərinə qayıtmaq istəmiş, lakin cavabdeh onun evdə qalıb yaşamağına imkan verməmiş, səbəb kimi həmin evdə qeydiyyatının olmamasını göstərmişdir. Halbuki, ora onun faktiki yaşayış yeri olmuşdur, onun həmin otaqda yaşamağı üçün qeydiyyatının olub-olmaması əsas deyildir. Cavabdeh razılıq vermədiyindən o, mübahisəli otağa qey diyyata düşə bilmir. Bununla bağlı müvafiq orqanlara da müraciət etmişdir. Cavabdeh 2019-cu ilin aprel ayında otaqdan çıxması ilə bağlı onu məhkəməyə vermiş, sonra isə özü iddiasından imtina etmişdir və başa düşmüşdür ki, məhkəmə onu otaqdan çıxarmayacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)- 6280/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3859/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelya siya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Rusiya vətəndaşıdır, Rusiyada yaşayaraq işləmişdir, Sumqayıt şəhərinə gələrkən özünün dediyi kimi müəyyən vaxtlarda mübahisəli otaqda qalmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli otağın 2003-cü il tarixdə X2 istifadəsinə verildiyinə əsaslanaraq mübahisəyə 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106, 107-ci maddələrini tətbiq etmiş, yataqxanın təyinatını, iddiaçının qeyri-müntəzəm şəkildə mübahisəli otaqda qalmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəmə yə təqdum edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının təqdim etdiyi sübutlara qiymət verməmiş, işin hallarına uyğun olmayan, qanunsuz və əsassız qətnamə qəbul etmişlər. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İş üzrə tərəflər məhkəmə iclasına vəkilsiz gəldikləri üçün Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (madd ə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddi açı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə
106. Fəhlələrin, qulluqçuların, habelə digər vətəndaşların iş və təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə
107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, habelə digər vətəndaşların iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəsissəsə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqının qərarı ilə verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3859/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.