Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2910/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 26.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1708/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X9 ilə X3 15 avqust 1980-ci il tarixdə Nemətabad kənd Sovetliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 03 avqust 2003-cü il tarixli iltizamda qeyd olunur ki, “Mən Cavabdeh iltizamı verirəm ondan ötəri ki, Mingəçevir şəhər sakini on bir min (11000) ABŞ dolları əl borcu almış və həmin məbləği 2003-cü ilin oktyabr ayının sonuna qədər ödəməyə öhdəsinə götürür. Digər iltizamda qeyd olunur ki, “Mən Cavabdeh iltizamı verirəm ondan ötəri ki, X4 2002-ci il iyul ayında (11000) on bir min ABŞ dolları bu pulun bir hissəsini X13 şəhər sakini Mingəçevir kəndində yaşayan X55 adlı şəxsdən aldığını demişdir”. X9 28 iyul 2003-cü il tarixdə ölmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 fevral 2004-cü il tarixli qərara əsasən X14 in 11000 ABŞ dolları məbləğində pulu mənimsədiyi barədə ərizə ilə polis orqanlarına müraciət etmiş, sonuncunun hərəkətlərində Cinayət Məcəlləsinin 78-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddiaçı cavabdeh cavabdehə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 54120000 köhnə Azərbaycan manatı pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizəyə dəqiqləşmə təqdim edərək cavabdehdən 11000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X9 Cavabdeh oğlunu n qohumu, dostu və yerlisidir. 2002-ci il də cavabdeh onların Mingəçevir şəhərində yerləşən mənzil gələrək onların ailəsindən sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün 11000 ABŞ dolları məbləğində pulu borc istəmişdir. Mərhum əri bu pulu yəni 11000 ABŞ dolları ona borc vermişdir. Mərhum əri bu pulun 1 hissəsini öz ailə büdcəsindən götürüb 1 hissəsini isə öz dostu Mingəçevir şəhər sakini X5 almışdır. Cavabdeh qeyd edilən məbləğdə olan pulu 2002-ci ilin oktyabr ayında qaytarmağa söz vermişdir. Bu haqda o, cavabdeha iltizam vermişdir. 11000 ABŞ dollarından 5300 ABŞ dollarını X1 almışdır. Lakin cavabdeh söz verdiyi vaxtda pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1M-5512/2005 №-li, 20 sentyabr 2005-ci il tarixli qətnaməsi nə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2003-cü il tarixli qətnaməsindən X2 vermiş olduğu apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, X3 və qeyrilərinin X10, X56 qızına qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 6k-430№-li, 24 fevral 2006-cı il tarixli qərarı ilə cavabdeh X7 və X56 qızının kassasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, 2002-ci ilin iyulunda X57qohumu X55 dan fermer təsərrüfatı yaratmaq üçün dostu Cavabdeh vermək üçün faizlə 5300 ABŞ dolları borc pul almış, Azad h əmin pulu almasını yazılı qəbzlə təsdiq etsə də, qaytarılması barədə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, X55 verdiyi pulu tələb etdikdə həmin vaxt ağır xəstə olan X20 in borcunun ödənilməsinin təminatı kimi mübahisəli mənzilə ona etibarnamə vermiş, o da, öz növbəsində həmin mənzili alqı-satqı müqaviləsi əsasında arvadı X56 qızının adına keçirmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Əliəjdər Ələkbərov) 16 avqust 2004-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 11000 ABŞ dolları və ya 54120,000 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh qətnaməyə etifraz vermiş, Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 10 dekabr 2019-cu il tarixli qərardadı ilə etiraz təmin edilərək qiyabi qətnamə ləğv edilmişdir. Cavabdeh cavabdehin etibarnamə üz rə nümayəndəsi X58 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 2002-ci ildə, onun qardaşı olan cavabdeh iddiaçının mərhum əri vdan 11000 ABŞ dolları deyil, 2000 ABŞ dolları faizlə borc pul götürmüşdür. Həmin ərəfədə cavabdeh borc olaraq götürdüyü pul tam olaraq qaytarmışdır. Belə ki, bu məbləğdən 1800 ABŞ dolları şəxsən o özü ödəmiş, daha sonra isə qohumlar olan bir şəxs daha 1000 ABŞ dolları cavabdeha ödəmişdir. Lakin, görünür ki, həmin zaman 2000 ABŞ dolları faizlərlə hesablanmış və vdan 2000 deyil, 11000 ABŞ dolları məbləğində borc götürülməsi barədə cavabdeh tərəfindən iltizam verilmişdir. Bundan sonra cavabdeh Azərbaycandan çıxaraq uzun müddət xaricdə yaşamış, bu səbəbdən çıxarılmış qətnamədən belə məlumatı olmamışdır. cavabdehin adından verilmiş iltizamlarda olan i mza onun özünün imzasıdır. Götürülmüş borc elə həmin zaman qaytarıldığından iddia rədd edilməlidir.. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 25 dekabr 2019-cu il tarixli, 2(039)-2766/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh oğlundan 11000 ABŞ dolları ödənilən günə olan məzənnə üzrə manatla iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 739.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mərhum ərindən 11000 ABŞ dolları məbləğində borc almış, lakin üzərinə götürdüyü öhdəliyi pozaraq həmin pulu qaytarmamışdır. Belə ki, bu hal, təqdim edilmiş qəbzlərlə, habelə cavabdeh tərəfin qismən etirafı ilə təsdiqini tapmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi məh kəmə qərarları ilə də, iddiaçının mərhum ərinin X55 dan da 5300 ABŞ dolları alaraq Musafayevə verməsi təsdiqini tapır. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o qardaşı Cavabdeh oğlunun yerinə etibarnamə üzrə nümayəndəsi olaraq məhkəmədə iştirak etmiş və bu iddia tələbi ilə razılaşmamış, q ardaşı 2020-ci il tarixdə iddiaçının mərhum ərindən 11000 deyil, 2000 ABŞ dollar götürmüşdür və götürdüyü pulu tam olaraq qaytarmışdır. Ancaq cavabdeh bunu faizlə hesablayaraq 11000 dollara çatdırmışdır. cavabdehin adından olan iltizamlardan heç cavabdehin xəbəri belə yoxdur. Alınan borc həmin vaxtlarda tam olaraq qaytarılmışdır və 11000 ABŞ dolları süni olaraq şişirdilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli 4/792 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh adından olan 3 iyul 2003-cü il tarixli iltizamın əlyazma mətni və imza-eyni şəxs, Cavabdeh oğlu tərəfindən icra olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Rövşən Rəfiyev) 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh heç bir qəbzə imza etmədiyini və heç kimdən pul götürmədiyini bildirir və buna görə də qətnamənin ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan “qəbz” ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin iltizam dakı şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah edə bilməmişdir. Bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız cavabdeh tərəfindən imzalanmış iltizamdakı pulun qaytarılması tələbidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və y a qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının eleme ntlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış qəbzin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Buna görə də, qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu a pellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İltizamdakı imza ona məxsus olmamışdır. Ekspert rəyi əsassızdır. İş üzrə komisyon məhkəmə ekspertiza keçirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassa siya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kredi torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olara q hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya inst ansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandı rılması ilə razılaşır. Kassasiya şikayətinin komisyon məhkəmə ekspertiza keçirilməsi barədə dəlili əsassızdır. Cavabdeh iş üzrə komisyon məhkəmə ekspertizasının keçirilməsini əsaslandıra bilməmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, işə əlavə edilmiş iltizamdakı imzanın cavabehə məxsus olması ekspert rəyi ilə müəyyən edilmişdir. Cavabdeh rəyin əsassızılığına dair hər hansı bir dəlili işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman irəli sürməmiş, komisyon məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilən lərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1708/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.