Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2911/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan İddiaçı X3 Cavabdeh: Cavabdeh İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1006/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X3 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya Borclu) arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 399 İ saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə xx xxxx 2016-cı il tarixinədək illik 24 faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bankla Borclu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 399 İ saylı ipoteka müqaviləsinə əsasən həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsülü kimi Borclunun mülkiyyətində olan Sumqayıt şəhəri, XXX 62 (2-ci mərtəbə, ümumi sahəsi - 228.1 kv.m, yaşayış sahəsi-163.2 kv.m, yardımçı sahə 64.2 kv.m, otaqların sayı7) ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən fərdi yaşayış evinin qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə yaranmış 36996,90 manat əsas borcun, 3930,41 manat faiz borcunun, 19309 manat əldən çıxmış faydanın, cəmi 59236,76 manat məbləğində borcun, işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və Banka olan borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin sat ıldıqdan bir ay sonra boşaldılması və həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, 11658 saylı rəyi ilə kredit müqaviləsinin müddətinin bitdiyi günə, yəni xx xxxx 2016-cı il tarixinə cavabdehin əsas borcu 37441,74 manat, faiz borcu 3592,23 manat, xx xxxx 2017-ci il tarixinə əsas borcu 37441,74 manat, faiz borcu 9258,34 manat, xx xxxxxx 2017-ci il tarixinə əsas borcu 37441,74 manat, faiz borcu 13327,01 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ( bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-764/2018 nömrəli iş üzə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) iddia qismən təmin edilərək cavabdehdən əsas borc üzrə 36996,90 manat, faiz borcu üzrə 3592,23 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 manat pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 40589,13 manatın və 20 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pulun Banka ödənilməsi, qalan vəsaitin isə cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnam ədən iddiaçı və cavabdeh ayrılıqda apelyasiya şikayətləri vermişlər. Apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, eyni zamanda əmlakın qiymətləndirilməsi rəyi əldə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 4178 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Banka ödənilmiş ödəniş qəbzləri və kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin xx xxxx 2016-cı il tarixinə əsas borcu 37441,74 manat, faiz borcu 3592,23 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-ci il tarixli, A-04-/301 saylı qiymətləndirmə hesabatı ilə ipoteka predmetinin qiyməti 125000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəm əsi) 2(105)-1006/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov) iddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - «kredit borcunun Cavabdeh məxsus Sumqayıt şəhəri, XXX 62 ünvanında yerləşən yaşayış evinin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 125000 manat məbləğində müəyyən edilmiş, qətnamə – «Cavabdeh İddiaçı ASCnin xeyrinə əsas borc üzrə 36.996,90 manat, faiz borcu üzrə 3.592,23 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 manat pul tutulsun, tələb Sumqayıt şəhəri, XXX 62 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, daşınmaz əmlak açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 40.589,13 manat və 20 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pul İddiaçı ASC-yə ödənilsin, qalan vəsait Cavabdeh qaytarılsın və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi öz qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 276.1, 297, 298, 317, 319.1, 319, 442, 443.1, 445.1, 448, 427.3, 449.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3, 47.4 və 59.3-cü maddələrinə, həmçinin apelyasiya baxışı zamanı alınmış ekspert rəylərinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası Bank tərəfindən əldən çıxmış faydanın təmin edilmədiyi barədə gəlinmiş nəticə ilə razılaşaraq Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarına istinad etmiş, hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini əldən çıxmış fayda hissəsində təmin etməməklə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni cavabdehdən əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş dir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində, eləcə də ipoteka predmetinin qiyməti hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh sözügedən vəsaiti qanunsuz olaraq özündə saxlamaqla iddiaçını həmin vəsaiti başqa şəxsə kredit verməklə (investisiya etməklə) 18309,45 manat məbləğində gəlir əldə etmək imkanından məhrum etmişdir. Bundan başqa, ipoteka predmetinin qiyməti şişirdilmişdir və qiymətləndirmə rəyi qanunun tələblərinə uyğun olmamış, əsaslandırılmamışdır. Cavabdeh də (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unmasını, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməməkl və səhv təfsir olunmaqla iş üzrə qanunsuz, ədalətsiz və əsassız qətnamə çıxarılmışdır. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəfləri n iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayətləri ve rdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödəni lməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlillərindən biri iş üzrə verilmiş qiymətləndirmə rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan mütəxəssis rəyi ilə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən rəyə münasibət bildirilmişdir. İddiaçının digər dəlili əldən çıxmış fayda tələbinin təmin olunmaması ilə bağlıdır. İş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə Bank tərəfindən cavabdehə pul xx xxxx 2016-cı il tarixədək qaytarmaq şərtilə verilmişdir. Hazırda ləğv prosesində olan Bankın lisenziyası isə Azərbaycan Mərkəzi Bankının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin vaxtında ödəmədiyi kredit məbləğini yenidən kreditə verilməsi qeyri-mümkün olmuşdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın pozulduğunu və düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Hər iki kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı: Ləğv prosesin də olan İddiaçı X3 və Cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1006/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.