Məhkəmə qərarları › İş №2(102)-2911/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2911/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2911/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin keçməsinə görə zaminliyə xitam verilməsi, iddia müddəti fərdi müdafiə vasitəsidir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-975/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 nömrəli kredit müqaviləsinə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit vermişdir; 3. 20 iyun 2013-cü il tarixli kassa məxaric orderinin surətinə görə Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 20 iyun 2013-cü il tarixdə 5.000 ABŞ dolları məbləğində pul vəsaitini almışdır; 4. 20 iyun 2013-cü tarixli, 10-M-1-0-929-13 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür;

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfin dən verilmiş 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.085 ABŞ dolları 15 sent, cərimə qismində 2.875 ABŞ dolları 88 sent, müqavilənin bitdiyi tarixdən – 20 iyun 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ dolları 72 sent təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İdd iaçı ASC-nin xeyrinə 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1.993.34 ABŞ dolları əsas borc, 3.085.15 ABŞ dolları faiz borcu, 2.875.88 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 20 iyun 2015-ci il tarixdən, 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 974.35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8.928.72 ABŞ dolları borcun və 135.54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 30 sentyabr 2022-ci il tarixədək Cavabdeh1 iddiaçı Banka 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34 sent, faiz borcu qismində 3.085 ABŞ dolları 15 sent, cərimə qismində 2.875 ABŞ dolları 88 sent, müqavilənin bitdiyi tarixdən – 20 iyun 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ dolları 72 sent olmaqla borcu yaranmışdır.

8. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onlara qarşı qaldırdığı pul tələbinə dair iddia onlarla bank arasında 20 iyun 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi ilə bağlıdır. Həmin müqavilə 24 ay müddətinə bağlanmışdır. Qeyd olunan müqavilənin icra müddətinin bitməsindən artıq 7 il keçmişdir. Buna görə də İddiaçı Açıq Səhmdar Cəmiyy ətinin hazırki iddiası üzrə iddia müddəti ötürülmüşdür. Sonda Cavabdeh2 iddia müddəti ötürüldüyünə görə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmiş və bu barədə ərizə vermişdir.

9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən C.Y.Quliyev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 7 il 04 ay 05 gün sonra məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüş, iddia müddətini buraxmasının üzrlü səbəbdən olmasına dair heç bir mötəbər dəlili məhkəm əyə təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 373.2, 377.1 maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatsa da, la kin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş və belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam ver ilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % faizlə hesablanmış 974.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşki l etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbinin bu hissəsinə də 3 illik iddia müddəti tətbiq etmişdir. Halbuki, iddiaçı olaraq tələb etdikləri illik 5 % pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra Bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-975/23 nömrəli iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, birinci instansiya məhkəməsi düzgün olaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia tələbini rədd etmişdir. Apellyasiya kollegiyası iddiaçının tələb etdiyi illik 5% pul tələbinin kredit müqaviləsindən irəli gələn tələb olmaması, kreditorun bu tələbi irəli sürməsinin müqavilədən yox, qanundan irəli gəlməsinə dair dəlillərini də əsassız saymış və qeyd edmişdir ki, iddiaçının sözügedən tələbinin əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə söykənmişdir ki, həmin maddə borclunun müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirməsi zamanı faiz qismində tətbiq edilən sanksiyanı nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin tələb də kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetir ilməməsi səbəbindən, müqavilə tələblərinin pozulması əsası ilə əlavə tələb kimi irəli sürülmüşdür. Əlavə tələb də əsas tələbdən törəyir və onu təmin edir. Əsas tələb üzrə iddia müddəti keçmişsə, onda əlavə tələb üzrə iddia müddəti də ötmüş hesab edilir.

16. Məhkəmə kollegiyası mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 372.2, 373.2, 377.1, 375.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cu maddəsi nə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəlikləri n də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan əlavə öhdəliyin icrası vaxtı 20 iyun 2015-ci il ildə başa çatmışdır, ona görə də, birinci instansiya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın tam rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntuna yol vermişdir. Həmçinin iddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn t ələb olmamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə “gecikdirilmiş vaxt üçün faizi” eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşını almaq xarakteri daşıyır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.

25. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

26. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür et irazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

29. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

30. Maddə

512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə çıxardığı qətnamə qanunvericiliyin tə ləblərinə uyğun olmamışdır.

41. Belə ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında, hər bir cavabdehə münasibətdə, mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə aidiyyəti maddi və prosessual hüquq normaları əsasında həll edilməlidir.

42. Baxılan işdə məhkəmələr hər iki cavabdehə qarşı yönəlmiş iddia tələblərini zamin Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişlər.

43. Qeyd olunmalıdır ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə zaminə münasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir.

44. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (§ 29).

45. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il v ə ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

46. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

47. Baxılan işdə isə məhkəmlər hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçi b-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki digər cavabdehə, hətta Cavabdeh2 özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişlər.

48. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır.

49. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 20-21, 23).

50. Görü ndüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır.

51. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır.

52. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.

53. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.

54. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin q alanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur (§ 24,30).

55. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi (§ 28) bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz.

56. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi “etiraz”lardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz olmayıb, bir müdafiə vasitəsidir.

57. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını ehtiva etsə də, maddi hüquqi mənada “etiraz”la “müda fiə vasitəsi” bir-birindən fərqli institutlardır.

58. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və ya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur.

59. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti, ləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd edildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil.

60. Mülki Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia müddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki, normanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi etirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi xaricində, yəni zaminin əsas borclunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti kimi təfsir və tətbiq oluna bilməz.

61. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn zamin) iddia müddətini tətbiq etmək hüququndan borcludan asılı olmadan imtina edə bilər. Yaxud əksinə, borclu iddia müddətindən istifadə etməsə belə, zamin bu hüquqdan yararlanmaqda sərbəsdir. Mülki Məcəllənin 474.1-ci maddəsinin ikinci cümləsində də qeyd olunur ki, “zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir” (§ 28).

62. Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır (§ 46).

63. Beləliklə, yuxarı da göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz.

64. Hazırkı işdə isə əsas borcalan Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər cavabdeh (zamin) Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir.

65. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

66. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 36).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

68. Kassasiya kollegiyası iddia tələblərinin hər iki cavabdehə münasibətdə maddi və prosessual hüquq normalarının səhv tətbi q olunması ilə həll edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

69. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-975/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar