Məhkəmə qərarları › İş №2(102)-2912/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2912/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2912/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(039)1335/2019, hakim G.İ.Cavadova) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən 65.865 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmi şdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2814/2019, hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 2014- 2015-ci illərdə, müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla cəmi 65.865 manat almaqla onun külli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Həmin hökm qanuni qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 65.865 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdı rılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddaçı cavabdehin ondan işə düzəltmək adı ilə 65.865 manat məbləğində pul almaqla dələduzluq etdiyinə ist inad edərək həmin məbləğin cavabdehdən tutulması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə müəyyən edilir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 2014-2015-ci illərdə, müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla cəmi 65.865 manat almaqla onun külli miqdarda pulunu ələ keçirməklə dələduzluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərər çəkmiş şəxs kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyindən və cavabdehin iddiaçıya 65.865 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi müəyyən edildiyindən, həmin hökmlə mü əyyən edilmiş hərəkətlər Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmə üçün məcburi olduğundan, iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar