Məhkəmə qərarları › İş №2(102)-2913/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2913/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2913/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 01.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10 mart 2015-ci il tarixli nağd pul kredit layihəsi üzrə kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 66 ay müddətinə, illik 25% olmaqla 4215 ABŞ dolları məbləğində kredit verilmişdir..

2. İddiaçı tərəfindən verilmiş 18.01.2017-ci il tarixli arayışa əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10.03.2015-ci il tarixli kredit müqaviləyə əsasən İddiaçı-yə 3794,59 ABŞ dolları əsas, 1102,03 ABŞ dolları faiz borcu var.

3. Məhkəmə-mühasibatlıq ekspertizasının 16.05.2019-cu il tarixli rəyinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 mart 2015-ci il tarixdə MM/11850/50/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 18.01.2017-ci il tarixə banka ol an borcu 7179,65 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 3871,91 ABŞ dolları, faiz borcu üzrə 3307,74 ABŞ dolları.

4. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən mülki işin 7-ci vərəqəsində olan 10 mart 2015-ci il tarixli nağd pul kredit layihəsi üzrə kredit sazişində “Müştəri Cavabdeh (imza)” qrafasındakı imza, i/v 8-9-da olan ödəniş cədvəllərində borc alan qrafalarındakı imzalar, i/v 10-da olan 2015-ci il tarixli 4050 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3794,59 ABŞ dolları əsas, 1102,03 ABŞ dolları faiz borcunun, cəmi 4896,62 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə İddiaçı arasında 10.03.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 66 ay müddətinə, ililk 25% olmaqla 4215 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

7. Səbail rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh İddiaçı-nin xeyrinə cəmi 4896,62 ABŞ dolları borc və 20 manat dövlət rüsumu tutulmuşdur.

8. Həmin məhkəmə əmrinə qarşı Cavabdeh etiraz verərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş və Bakı şəhər Səbail rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli 2(009)1214/2017 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(009)-305/2019 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə 10.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 18.01.2017-ci il tarixə ödənilməmiş 3794,59 ABŞ dolları əsas borcun və 1102,03 ABŞ dolları faiz borcunun, cəmi 4896,62 (dörd min səkkiz yüz doxsan altı dollar altmış iki sent) ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pulun tutulması, Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun tutulması, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 120 (yüz iyirmi) manat məbləğində pulun tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən ar tıq olsa da, bu hal cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə borcun tutulması üçün əsas deyil. Digər tərəfdən ekspert rəyi ilə cavabdehin banka iddia tələbində irəli sürülmüş tələbdən az məbləğdə borcunun olması halı da təsdiq olunmadığından, bu hal irəli sürülmüş iddianın əsaslı olması kimi qəbul edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci, Mülki Prossesual Məcəllənin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-305/2019 saylı mülki iş üzrə qəbul etdiyi 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

15. Belə ki, birinci instansiya məhkəməsində kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16.05.2019-cu il tarixli 674 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh 18.01.2017-ci il tarixə banka olan borcu 7179,65 ABŞ dolları məbləğində müəyyən olunmuşdur, o cümlədən əsas borc üzrə 3871,91 ABŞ dolları, faiz borcu üzrə 3307,74 ABŞ dolları.

16. Bundan başqa Cavabdeh apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 oktyabr 2020-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki işin 7-ci vərəqəsində olan 10 mart 2015-ci il tarixli nağd pul kredit layihəsi üzrə kredit sazişində “Müştəri Cavabdeh (imza)” qrafasındakı imza, i/v 8-9-da olan ödəniş cədvəllərində borc alan qrafalarındakı imzalar, i/v 10-da olan 2015-ci il tarixli 4050 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği ald ım” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasə n kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

26. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiy yət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

27. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

28. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələbl ər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

29. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

30. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

31. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

32. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə

33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar